Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vənlik
Vənlik — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır. Vənlik oyk., düz. Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Fətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi vən (göyrüş) sözündən və -lik şək.-sindən ibarət olub, “vən ağacı bitən yer, göyrüşlük” mənasındadır.
Velsk
Velsk (rus. Вельск) — Rusiyada yerləşən şəhər, Arxangelsk vilayətinin Velsk rayonunun inzibati mərkəzi. Sahəsi — 2650 ha. Əhalisi — 22 776 nəfər (2017). Şəhər Vaqa çayının sol sahilində, Arxangelskdən 510 km məsafədə, Vel çayının axdığı yerdə yerləşir. Yaşayış məntəqəsi ilk dəfə 1137-ci ildə Novqorod knyazı Svyatoslav Olqoviçin nizamnaməsində kilsə xəracı toplama nöqtəsi kimi qeyd olunmuşdur; 1397-ci il tarixlərində bu yer Vel kilidi olaraq xatırlanır. 1462-ci ildə Novqorod Respublikası ilə Moskva knyazlıqları arasındakı sərt mübarizə nəticəsində Vajsk volostunun bir hissəsi olan Velsk kilsəsi Moskvanın Böyük Moskva knyazlığına aid olmağa başladı. 1708-ci ildə Velsk yeni yaradılan Arxangelsk əyalətinin tərkibinə daxil oldu. Sonradan, Velsk, Ketrin II-nin islahatlarına uyğun olaraq, 25 yanvar 1780-ci ildə Arxangeloqorod vilayətindən ayrılmış Voloqda vilayətinin Vologda vilayətinin Vajsk mahalı (1715-dən 1719-cu ilədək — Vajsk payı, 1727-ci ilədək — rayon) Verkhovazhsky yarısında yerləşdi. 30 iyun 1780-ci ildə Velsk rəsmi olaraq açıldı, Velsk bir mahal şəhəri statusu aldı və Verxovaj yarısından meydana gələn Velsk mahalı Vologdanın hissəsi oldu.
Pavel Velski
Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il" və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə" və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.
Vyana valsı
Vyana valsı (alm. Wiener Walzer) — standart bal və turnir rəqslərindən olub, bir dəqiqədə 60 taktla ifa olunanaraq dünya rəqs poqramına daxil olan ən cəld rəqsdir. Sonralar Vyana valsı kimi məşhurlaşmış fransız valsı modern tipli ən qədim bal rəqsi olub, ilk dəfə 1770-ci illərdə komediya ifaçısı Bernardo Feliks tərəfindən təqdim edilmişdir. Sonradan Böyük Fransa inqilabından əvvəl məşhurlaşmış və saray aristokratlarına məxsus "Menuet" rəqsini sıxışdıraraq onun yerini tutmuşdur. Valsın alman xalq rəqsi əsasında və ya müstəqil şəkildə ona paralel olaraq yaranması haqqında çoxlu mübahisələr mövcuddur. İlk əvvəllər valsa qadının topuğu görsəndiyinə, cütlüyün bir-biri ilə sıx təmasda olmasına görə əxlaqsız rəqs kimi baxılırdı. Qisa bir müddətdə vals sərbəst və canlı xarakter alaraq ədəb rəqsinə çevrilmiş olur. 1805-ci ildə bal və aristokratik rəqs yalnız "Menuet" sayılırdı. 1814–1815-ci illər Vyana konqresi Vyanada rəqs, libas, maskarad ballarını canlandırmışdır. Bu isə öz növbəsində vals rəqsini aktuallaşdıraraq onu ictimailəşdirmişdir.
Ümid valsı
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
Ümid valsı (balet)
"Ümid valsı" — Aqşin Əlizadənin baleti. Librettonun müəllifi bəstəkarın özüdür, xoreoqraf Pulumb Agilliudur. "Ümid valsı" baletinin vacib personajlarından biri də Hacı Zeynalabdin Tağıyevdir. XX əsrin əvvəllərində Bakının qəliz ictimai durumunda iki gəncin - Elmurad və Səlminazın - sevgi hekayəsi. Azərbaycan balet tarixində ilk dəfə Zeynalabdin Tağıyevin surəti canlandırılır.