Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Didivar
Didivar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin adı XVIII əsrin əvvəllərində Didəbad variantında qeydə alınmışdır. Tədqiqatçıların bir qismi belə hesab edir ki, oykonim qədim İran dillərindəki didi (qala) və var (möhkəmləndirilmiş kənd, şəhər, yurd, məskən) sözlərindən ibarət olub, "qala kənd" mənasındadır. Bəzi tədqiqatçılar isə oykonimi fars dilindəki didi (görüş, görüşmə) və var (yer, yurd, məskən) komponentlərinin birləşməsi kimi "iki çayın görüşdüyü yerdə kənd" mənasında izah edirlər. Didivar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvançay ilə Cəhriçayın qovuşduğu yerdə yerləşir. Əhalinin əsas hissəsini azərbaycanlılar, qalan hissəsini kürdlər və çox cuzi hissəsini isə yəhudilər təşkil edir. Kənddə bir kitabxana və bir mədəniyyət evi fəaliyyət göstərir. Kənddə Didivar kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Vidivdad
Vidivdat və ya Visprat - ("Bütün ratular"; ratu - "hökmdar", "hakim", "tanrı" deməkdir. Beləliklə, "Bütün hökmdarlar", "Bütün hakimlər", "Bütün tanrılar") 24 fəsildən ibarət olan (müxtəlif əlyazmalarda fəsillərin sayı müxtəlifdir) kahin, dua kitabıdır. Kitab müxtəlif tanrılara ehtiramın izhar olunması ilə ibadət səciyyəli müraciətlərdən ibarətdir. Visprat mahiyyətcə Yəsnaya əlavədir və öz xarakterinə görə Bibliya kitabı olan "Levit"ə bir qədər bənzəyir. Bu kitab "Avesta"nın ən solğun və maraqsız qismidir. Videvdatı (təhrif olunmuş Vendidat da işlədilir) hazırda son zamanlaradək edildiyi kimi, sadəcə olaraq, "Divlər əleyhinə qanun" kimi deyil, dəqiqləşdirmə ilə "əvvəlki tanrıların rədd olunması" kimi tərcümə edirlər. Videvdat "Avesta"nın Sasanilər dövründə bərpa olunmuş 21 kitabından yeganəsidir ki, təqribən tam qalmışdır və qədim "Avesta"nın kitablarından birinə təqribən tamamilə uyğundur. Videvdat ilk növbədə nəyin qadağan olunduğunu, nəyə icazə verildiyini göstərən qanun və göstərişlər külliyyatıdır. 22 fəsildən (afqarddan və yaxud farqarddan) ibarət olan bu kitabda mərasimlə əlaqədar təmizlənmə qaydaları, müxtəlif ayinlərin həyata keçirilməsi üsulları əks olunmuşdur. Bu kitabda oda və başqa təbii qüvvələrə xüsusi diqqət göstərilməsi, itlərə və digər faydalı heyvanlara qayğı bəslənilməsi zərurəti, əkinçilik qaydaları haqqında danışılır, günahların və xeyirli əməllərin siyahısı sadalanır, günahların yuyulması məsələsinə dair göstərişlər verilir, bəzi dini-hüquqi müddəalar, mülki və cinayət hüququ və s.
Didivan qalası
Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir. Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur.
Didivar nekropolu
Didivar nekropolu — Babək rayonunda eyniadlı kəndin şərqində Tunc dövrünə aid arxeoloji abidə. Geniş tədqiqat işləri aparılmamışdır. Buradan qırmızı rəng üzərindən qara rənglə naxışlanmış boyalı gil qab nümunələri aşkar olunmuşdur. Abidənin yaxınlığında II Kültəpə yaşayış yerinin olması onu təqribən e. ə. III-II minilliklərə aid etməyə imkan verir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 83.