Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Virivil
Virivil (fr. Viriville) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38561. Kommunanın 1999-cu il üçün əhalisi 1207 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 306 ilə 606 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Filial
Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Vilvan
Vilvan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Vilvanın kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğunu tarixi faktlarla sübut edir. Təxminən 5–6 hektar ərzidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskənin qalıqları olduğu ehtimal edilir. Kənddə atəşpərəstlik dinin əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kənddə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tünc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağıdılmışdı. 1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin] == Toponimiyası == Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər.
Vilvar
Vilvar (az-əbcəd. ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
Vilavan Apinyaponq
Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır. == Karyerası == Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır. Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir. Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi.
Vilvan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Con Viliam
Con Viliam — (25 iyun 1811 - 17 avqust 1893) Amerikalı rəssam. == Həyatı == O, Nyu-Yorkda anadan olub. Viliam və Durand yaxın dost olub. Onlar 1830-cu illərdə Nyu-Yorkda qravüraçı kimi bərabər işləyiblər. Dostu Durandın sayəsində onun rəssamlığa marağı artıb və rəssamlıqla yaxından maraqlanıb. == Ailə həyatı == 1867-ci ildə o, Nyu-Hempşirin Tamvorst şəhərində Helen M. Havord ilə evlənib. Onların (1867-1939) adlı bir oğlu olub. Viliam 1893-cü ildə Nyu-Yorkun Saratoqa-Sprinqs şəhərində vəfat edib.
Bilaval Bhutto Zərdari
Bilaval Bhutto Zərdari(urdu بلاول بھٹو زرداری; 21 sentyabr 1988, Kəraçi)—Pakistanlı siyasətçi və Pakistan Xalq Partiyasının sədri. Bənazir Bhutto və Asif Əli Zərdarinin oğlu,Zülfüqar Əli Bhutto isə nəvəsidir.
Atari, Inc. (filial)
Atari, Inc. (əvvəllər GT Interactive Software Corp. və Infogrames, Inc.) — "Atari, SA" şirkətinin ABŞ filialı və nəşr qolu. 1993-cü ildə "GoodTimes Home Video" şirkətinin videooyun nəşri qolu kimi yaradılmışdır. Şirkətin böyük bir hissəsi 1999-cu ildə "Infogrames" tərəfindən satın alınır və adını "Infogrames, Inc." olaraq dəyişir. "Infogrames Entertainment" şirkətinin 2003-cü ilin may ayında keçirdiyi rebrendinq kampaniyasının bir parçası olaraq, "Infogrames, Inc." adını "Atari, Inc." olaraq dəyişmişdir. "Infogrames" 11 oktyabr 2008-ci il tarixində şirkətin satın alma prosesini tamamlayır və tamamilə öz filialına çevirir. "Atari, Inc." 21 yanvar 2013-cü il tarixində bankrot olur. == Tarixi == "GT Interactive Software Corporation" (GTI) 1993-cü ilin fevral ayında "GoodTimes Home Video" şirkətinin filialı kimi yaradılmışdır. Şirkətin prezidenti Ron Çaymoviç olmuçdur.