Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biotit
Biotit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn == Növ müxtəliflikləri == Lepidomelan (eyni zamanda Fe2+ və Fe3+ ilə zəngin), manqanofillit (18 %-dək MnO), natro (~ 5 % Na2O) - və titanobiotitlər ( ~13 % TiO2), kalsiumlu ( ~14 % CaO) və ceziumlu ( ~3 % Cs2O) biotitlər, hendriksit (23 %-dək ZnO) və b. == Xassələri == Rəng – qara, tünd-qəhvəyi, tünd-qonur, tünd-yaşıl, nazik lövhəciklərdə tüstülü; Mineralın cizgisinin rəngi – ağ, boz, qəhvəyi; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,70-3,12; Sərtlik – 2,5-3; Ayrılma – {001} üzrə mükəmməl, {110} və {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – asanlıqla nazik elastik vərəqlərə ayrılır; Başqa xassələr – istiliyə davamlıdır; elektroizolyatordur; Morfologiya – kristallar: nadir hallarda; lövhə - və sütunvari, piramidal; İkiləşmə: mika qanunu üzrə; Mineral aqreqatları: pulcuq- və vərəqvari, sıx kütlələr, hərdənbir druzalar. == Mənşəyi və yayılması == Turş və orta intruziv süxurların süxur əmələgətirən mineralıdır. Mineralın vulkanogen əmələgəlmələri əsasən turş lavalarda müşahidə edilir. Biotitin iri yığınlarına peqmatitlərdə rast gəlinir: burada o, tez-tez çox iri (bəzən 7 m2) kristallar əmələ gətirir. Bəzi metamorfik süxurların–qneyslərin, kristallik şistlərin və roqoviklərin səciyyəvi mineralıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, çöl şpatları, nefelin, muskovit, qranat, kianit, jedrit, andaluzit, kordiyerit, hipersten və b. Mineralın tapıldığı yerlər: Skandinaviya; Qrenlandiya; İlmen və Vişnyovıye dağları (Rusiya) və b. Azərbaycanda turş və orta intruziv əmələgəlmələrdə, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və s.
Kvintet
Kvintet (it. quintetto latıncadakı lat. quintus — "beşinci" sözündən) — beş ifaçı-musiqiçidən, vokalistdən və instrumentalistrən ibarət musiqi qrupu. == Məşhur kvintetlər == === Caz === Ən məşhur caz-kvintetlərdən biri Çarli Parkerin (saksofon) rəhbərlik etdiyi kvintet idi: Dizzi Qilespi (truba), Bad Pauel (fortepiano), Çarli Minqus (bas), Maks Rouç (baraban).
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20–25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0,5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meyilliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4–6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Vinir
Vinir (bunlara "laminat vinir, laminat vener, dental veneer, laminey, lamine, lamina, винир" da deyilir) əsasən ön dişlərin görünən hissəsinə tətbiq olunan və incə lövhəciklər şəklində hazırlanır estetik diş bərpa növüdür. Hazırlanmasında məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Lamina vinirlər dişlərin həm formasında, həm ölçülərində, həm də rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verirlər. Beləcə dişlərə ən az müdaxilə edilərək, istənilən estetik nəticəni əldə etmək mümkün olur. Kompozit vinirlər Prefabrike (əvvəlcədən hazırlanmış) vinirlər Farfor (feldşpat) vinirlər Press-keramika vinirlər Zirkon vinirlər Dişlərin formasını dəyişmək ehtiyacı olduğunda - çat, qırıq, sürtünmə, anormal forma və sair. Dişlərin rəngini dəyişmək ehtiyacı olduğunda - anadangəlmə və ya sonradan olan rəglənmələr, tatuaj və sair. Diş cərgəsinin formasını dəyişmək ehtiyacı olduğunda - aralı dişlər, qısa dişlər, minimal dərəcədə əyri dişlər və sair. Dişlərdə böyük defektlər və ya plomblar varsa 5 və ya daha çox arxa dişin olmaması Bruksizm (diş qıcama) Bəzi pis vərdişlər - dırnaq yemək, tum çırtlamaq və sair. Ağız gigiyenasının pis olması Dişətləri problemlərinin olması - qinqivit, paradantoz. Bəzi mədə-bağırsaq problemlərinin olması - qastrit, reflü və sair.
Vitis
Üzüm (lat. Vitis) — üzümkimilər fəsiləsinə aid bitki cinsi. Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir. Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar.
Rinit
Rinit (yun. ῥίς, ῥινός - "burun") — burun boşluğu selikli qişasının qıcıqlanması və iltihabı. Ümumi simptomları — burun tutulması, asqırma və burun axıntısıdır. İltihab viruslar, bakteriyalar, qıcıqlandırıcılar və ya allergenlərdən qaynaqlanır. Rinitin ən çox rast gəlinən növü allergik rinitdir, adətən toz və tük kimi havada olan allergenlər səbəb olur. Allergik rinit asqırma və burun qaşınması, öskürək, baş ağrısı, yorğunluq, halsızlıq və koqnitiv pozuntu kimi əlavə simptomlara səbəb ola bilər. Allergenlər gözlərə də təsir edə bilər, gözlərdə sulanma, qızartı və ya qaşınma, göz ətrafında şişlik yarada bilər. Əvvəllər qeyri-allergik rinit diaqnozu qoyulmuş bir çox insanda əslində yerli allergik rinit ola bilər. Əsas simptomları burun axıntısı, tutulması, tez-tez asqırmaq, tənəffüsün çətinləşməsi, burunda və boğazda qızartı, qaşıntı, qıcıqlanma və s. kəskin rinit.
Bobbi Vinton
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır. == Həyatı == Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür. 1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss".
Oleq Vınnık
Oleq Anatolyeviç Vinnik (ukr. Олег Анатолійович Винник) — Ukraynalı müğənni, bəstəkar və mahnı müəllifi(ukrayna və rus dillərində); Səhnə adı-OLEGG ilə Almaniya, Avstriya və İsveçrədə bir sıra tanınmış müziklların baş rollarının ifaçısı kimi məşhurluq qazanmışdı.
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Tintin Amerikada
Tintin Amerikada — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 3-cü hissəsidir.
Tintin Konqoda
Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir. Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır. "Tintin Konqoda" Tintin macəralarının ikinci seriyasıdır. Hekayənin əvvəlində Tintin və Milu Belçika Konqosuna (o dövrdə Konqo Belçikanın müstəmləkəsi idi) gedən gəmidədirlər. Milu gəmidə olarkən bir neçə qəza keçirir, amma sonda Konqoya yetiçirlər. Limanda onlar bir maşın kirayəyə alırlar və Koko adlı uşağı özləri üçün bələdçi seçirlər. Konqonun daxili bölgələrinə doğru irəliləyirlər və tək olmadıqlarını hiss edirlər.
Tintin Tibetdə
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Tintin macəraları
Tintin macəraları (fr. Les Aventures de Tintin) — Belçikalı Erje tərəfindən yaradılmış komiks. XX əsrin ən məşhur komikslərindən biridir. Komiks əsasında çəkilmiş serial 50 dilə tərcümə olunmuşdur Komiksin qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir. Macəralarında ona sadiq iti Milu, dostu kapitan Heddok və digər personajlar kömək göstərirlər. Bu komiksin "ligne claire" tərzində olması, gözlənilməz hadisələri böyük rəğbət qazanmışdır. Hadisələr bir çox janrı əhatə edir: kriminal, elmi, fantaziya və s. Tintin Belçikanın paytaxtı və Erjenin doğum yeri olan Brüsseldə yaşayır. Bu faktı Tintinin Brüsselə geri qayıtdığı deyilən "Tintin SSRİ-də" və dostu Çanqın Tintin üçün məktubunu Brüsselə göndərdiyi danışılan "Tintin Tibetdə" kitabında görmək olar. Digər kitablarda da bununla bağlı faktlar tapmaq mümkündür (Brüsselin tanınmış yerləri, maşın seriya nömrələri və s.).
Vinnie Jones
Vincent Peter Jones (5 yanvar 1965, Uotford, İngiltərə) — keçmiş ingilis futbolçusudur. Futboldan sonra onun aktyorluq karyerası başlamışdır. 2011-ci ildə çəkilmiş Cross (Azərbaycan dilində: Atışma) filmində rol almışdır. O, 5 yanvar 1965-ci ildə Uotfordda Piter və Qlenda (Harris) Consun ailəsində anadan olub. 1994-cü ildə Tanya Terri ilə evlənmişdir. Tanyanın keçmiş həyat yoldaşından (Stiv Terri) Kayli (1987-ci il təvəllüdlü) adlı qızı və Vinni Consdan da Aaron (1991-ci il təvəllüdlü) adlı bir oğlu vardır. Oğlu Aaron Cons Kral Hərbi Kollecində oxumuşdur. O, 2008-ci ilin avqustunda məzun olmuş və Britaniya ordusunun Sahil Mühafizəsi bölməsində xidmət edir.
Vittiq reaksiyası
Vittiq reaksiyası — aldehidlərin və ya ketonların fosforilidləri və ya vittiq reaktivləri ilə kimyəvi reaksiyasıdır ki, bu da alken və ya alen və üçfenilfosfin oksid meydana gəlməsinə səbəb olur. Reaksiya 1954-cü ildə Georg Vittiq tərəfindən aşkar edilmişdir. Bu reaksiyanın kəşfinə görə 1979-cu ildə kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Vittiq reaksiyası alkenlər əldə etmək üçün üzvi sintezdə geniş istifadə olunur. Ilid 1-in karbonil birləşməsinə nukleofıl əlavə edilməsi nəticəsində betain 3 əmələ gəlir. Bu C-C rabitəsi ətrafında mərhələ 4-ə səbəb olan sərbəst fırlanma sayəsində baş verir. Sonuncu mərhələdə dörd üzvlü oksafosfetan halqa əmələ gətirərək sürətlə və əksinə olaraq izomerləşə bilər. (şəkil 5). Üçfenilfosfin oksidnin (formul 6) 7 formulu ilə qarşılıqlı reaksiyası formul 7 — nin Z-izomerinin əmələ gəlməsinə səbəb olur. Betain 4-ün oksafosfetan 5-ə izomerləşməsi reaksiya sürətini azaldır.
Georg Vittiq
Georg Vittiq (alm. Georg Wittig‎; 16 iyun 1897[…], Berlin – 26 avqust 1987[…], Heydelberq, Baden-Vürtemberq) — alman üzvi kimyaçı, kimya üzrə Nobel mükafatı laureatı. (1979 il, Herbert Braun ilə birlikdə) == Bioqrafiyası == 1916-cı ilə qədər Tübingen və 1923–1926 illərdə Marburq universitetlərində təhsil alıb. Sonra isə 1932-ci ilə qədər Marburq Universitetində işləyib. 1923-cü ildə həkim, 1932–1937-ci illərdə Braunşveyq Texniki Liseyində, 1937–1944-cü illərdə Frayburqda, 1944–1956-cı illərdə Tübingendə, 1956-cı ildən Heydelberq Universitetinin professoru və 1967-ci ildən təqaüddə olan fəxri professor olub. == Elmi fəaliyyəti == Tədqiqatı mürəkkəb və çətin əldə edilən üzvi birləşmələrin sintezinə həsr edilmişdir. Litium halogen mübadiləsi üsulundan istifadə edərək (1938 il) müxtəlif orqanolitium birləşmələri, o cümlədən o-litium ftorbenzol əldə etdi. O, (1942 il) o-litium ftorbenzolun iştirakı ilə reaksiyalarda qısamüddətli ara birləşmənin, dehidrobenzolun əmələ gəlməsi haqqında fərziyyə irəli sürdü və sonradan onun mövcudluğunu təsdiqlədi və onun əsasında polinüvəli aromatik birləşmələri, xüsusən benzol polimerlərini sintez etdi. O göstərdi ki, α-β yüksək doymamış bağları olan halqalar boru və ya spiral quruluşa malik polimerlər əmələ gətirir. (1942 il) fenillitiumun təsiri altında efirlərin yenidən spirtlərə çevrilib qruplaşmasını kəşf etdi (Vittiqin yenidən qruplaşdırması).
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Enrike Pinti
Enrike Pinti (isp. Enrique Pinti ; 7 oktyabr 1939 – 27 mart 2022, Buenos-Ayres) — Argentina aktyoru və komediyaçı.
Hitit Universiteti
Hitit Üniversiteti 17 mart 2006-cı il tarixli və 5467 saylı qanunla Çorumda qurulan dövlət universitetidir . Qurucu rektor Prof. Dr. Kadri Yamaç, universitetin hazırkı rektoru Prof. Dr. Əli Osman Öztürk. Əvvəllər Qazi Universitetinə bağlı olan universitet daha sonra ayrılaraq yeni müstəqil universitet təsis edərək yaradılıb. Hitit Universitetində 11 fakültə, 3 institut, 1 kollec, 7 peşə kolleci və 21 tədqiqat mərkəzi fəaliyyət göstərir. Tədris dili türkcə olan universitetdə 736 akademik heyət, 377 inzibati heyət və 18 826 tələbə ilə akademik işlər aparılır.
Nikoletta Tinti
Nikoletta Tinti (22 may 1979) — İtaliyanı təmsil edən bədii gimnast. Nikoletta Tinti İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Praski Vitti
Praski Vitti (Vitalij Petrovič Petrov; rus. Виталий Петрович Петров), 17 sentyabr 1936) — Sovet və Rusiya rəssamı. O həmçinin şair Andrey Voznesenskinin şeirləri üçün şəkillər çəkir .
Sinti-metal
Sinti-metal (ing. Synth-metal) — heavy metal və elektronika elementləri özündə əks etdirir. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir.
Sinti-pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Sinti pop
Sinti pop (elektropop və ya texnopop) — pop musiqisinun bir növüdür. Sinti popda əsas sintezator alətinin yüksək tembrdə səsləndirilməsinə yer verilir. Çünki sintezatorun səsi musiqini daha da mükəmməlləşdirir. Bu janrın ilk pionerləri Almaniyanın "Kraftwerk" qrupu Yaponiyanın qrupu "Yellow Magic Orchestra", Böyük Britaniyanın "Ultravox" və "The Human League" qrupları hesab edilir. Онлайн радио: Оригинальный синти-поп и нью-вэйв 80х Arxivləşdirilib 2018-05-02 at the Wayback Machine Международное синти-радио Synth.
Rafael Vitti
Rafael Alenkar Vitti (2 noyabr 1995, Rio-de-Janeyro) — Braziliyalı aktyor və musiqiçidir. Rio-de-Janeyroda anadan olan Rafael Vitti Rio-de-Janeyro şəhərinin cənubundakı Flamenqo məhəlləsində böyüyüb. O, aktyorlar João Vitti və Valeria Alencarın oğlu və aktyor Fransisko Vittinin qardaşıdır.