Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mariya Vittek
Mariya Vittek (pol. Maria Wittek; 16 avqust 1899, Mazoviya, Rusiya imperiyası – 19 aprel 1997, Varşava, Polşa) — briqada generalı rütbəsinə layiq görülən ilk polşalı qadın. Bu ad təqaüdə çıxdıqdan sonra 1991-ci ildə verilmişdir. 18 yaşından Polşa ordusunda və müxtəlif hərbi təşkilatlarda xidmət etmişdir. Heç vaxt evlənməmişdir. == Həyatı == === Erkən həyatı === Mariya Vittek Polşanın Rusiya hissəsində anadan olmuşdur. Atası Stanislav Vittek dülgər idi. Polşa Sosialist Partiyasının üzvü olaraq, 1915-ci ildə ailəsi ilə birlikdə rus səlahiyyətliləri tərəfindən həbs olunmamaq üçün Ukraynaya köçür. Mariya hələ məktəbdə olarkən Kiyevdəki kəşfiyyat heyətinə qatılır. Daha sonra Kiyev Universitetinin riyaziyyat şöbəsinin ilk qadın tələbəsi olur.
Vilçek Torpağı
Vilçek Torpağı — Şimal Buzlu okeanında yerləşən, Frans-İosif Torpağına daxil olan ikinci ən böyük ada. Ada Avstriyalı Karl Veyprext və Yulius Payerin rəhbərlik etdiyi ekspedisiyanı maliyyələşdirən Hans Vilçekin şərəfinə adlandırılmışdır. Ada 1873-cü ildə kəşf edilmişdir. Frans-İosif Torpağı yasaqlığı ərazisinə daxildir. == Coğrafiyası == Arxipelaqın şərqində yerləşir. Qərb qrupunda yerləşən adalardan Avstriya boğazı ilə ayrılır. Qrehem-Bell adası ilə arasında Morqan boğazı yerləşir. Üzəri əsasən buzlaqlarla örtülü olur. Hündürlük 400-600 metr arasında dəyişir. Sahəsi 2055 km², ən hündür nöqtəsi isə 606 metrdir.
Vilçek adası
Vilçek adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada İohan Vilçekin şərəfinə adlandırılmışdır. == Coğrafiyası == Ən hündür buzlağı 187 m-dir. Zirvə adanın şimal-qərbində yerləşir. İkinci buzlağın hündürlüyü isə 122 metrdir. Bu zirvə adanın cənub-şərqində yerləşir. Adanın buzdan azad maksimal hüdürlüyü isə 42 metrdir. Bu zirvə Şillinq burnunda yerləşir. Adanın ucqar nöqtələri: şimal — Zolotov burnu, qərb — Çillinq burnu, cənub — Orqel burnu, ucqar şərq nöqtəsində burun yoxdur.