Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alunit
Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr. == Mənşəyi və yayılması == Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.
Velebit
Velebit — Xorvatiyada yerləşən dağ massivi. Dağın ən hündür zirvəsi Vaqansidir. Hündürlüyü 1757 m-dir. Silsilə cənub-şərq istiqamətində gedərək Adriatik dənizinə doğru uzanır. Dağ silsiləsi dənizə doğru altında sualtı qayalıq əmələ gətirir. Bəzi zirvələri isə 1600 m-dən yüksəkdir. Velebit Sen şəhəri yaxınlığında başlayır. Bu silsilə Knin şəhəri yaxınlığında isə artır bitir. Velebit 4 hissədən ibarətdir: Şimali Velebit — Vratnik və Böyük Alan arasında yerləşir. Vratnik magistral yolundan Sen şəhərinə doöru itir.
Albit
Albit — mineral - Na[AlSi3O8]. == Haqqında == Plagioklazın izomorf sırasının son üzvü. Kris­tallik quruluşun nizamlanmasından asılı olaraq struktur növ müxtəlifliyi ayrılıb: yüksək albit, aşağı albit, aralıq albit. Morfoloji növləri: qəndəbənzər albit, geniş lövhəli albit, leystli albit, klevelandit. Albit qələvi metasomatitlərin, peqmatitlərin və b. süxurların əsas tərkib hissəsidir. == Albit ikiləşməsi == Albit ikiləşməsi albit qanununa tabe olan ikiləşmə. İkiləşmə oxu (010), bitişmə müstəvisi (ikiləşmə tikişi) (010). Triklinik çöl şpatlarında (turş plagio­klazlar və mikroklin) çox geniş yayılmışdır. Adətən polisintetikdir.
Velebit mağaraları
Velebit mağaraları (ing. Velebit caves) — Xorvatiyanın Velebit dağ massivində yerləşən bir neçə dərin mağaralar sistemi. Lukina yama — Xorvatiyanın ən dərin mağarası. Dərinliyi 1431 metr olan bu mağara dünyada dərinliyinə görə 16-cı yerdədir. Cənub-Şərqi Avropanın ən dərin mağarası. Mağaranın dibində, göl və kiçik çaylarda ən böyük zəlilər koloniyası mövcuddur (Erpobdella mestrovi). Bu ehtimal olunur ki, yeni növ, cins və aiiləyə aid olunur. Mağarada aşkar olunan digər canlılara quru ilbizlərini misal göstərmək olar (Zospeum tholussum). Ümumən Xorvatiyanın Velbit mağaralar şəbəkəsində yetərincə maraqlı və qəribə zəlilərə rast gəlinir. Onlar daha çox ən dərin su hövzələrdə məskunlaşıblar.
Elbit Systems
Elbit Systems Ltd. (ivr: אלביט מערכות) İsrail mərkəzli bir müdafiə elektronikası şirkətidir. Şirkət 1966-cı ildə yaradılmışdır və aviasiya, quru və dəniz sistemləri, komandanlıq və nəzarət kompüterlər, kəşfiyyat nəzarəti və kəşfiyyat, pilotsuz uçuş aparatları, inkişaf etmiş elektro-optik, elektro-optik kosmik sistemlər, elektron döyüş qrupları, elektron kəşfiyyat sistemləri, kommunikasiya əlaqələri, rabitə sistemləri və radio sahəsində fəaliyyət göstərir. Şirkətin mərkəzi ofisi Hayfada yerləşir.
Klubi 04
Bir sıra futbolçular HJK Helsinki klubunda qeydiyyatda olduğu üçün Klubi 04 HJK Helsinki klubunun reserv komandası hesab olunur. == Tarixi == Klubi 04 2004-cü ildə HJK Helsinki klubunun nəznində Jokerit adı altında təsis edilmişdir. Əvvəllər Klubi 04 Finlandiyanın ən yüksək üçüncü liqası olan Kakkonendə mübarizə aparmışdır. Klubi 04 klubu 2006-cı ildə İnter klubunun reserv komandası VG-62 klubunu məğlub edərək İkkonenə yüksəlmişdir.
Zəylik alunit yatağı
Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur. Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematit və flüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir. Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır. Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur.
Elbit Hermes 450
Hermes 450 uzun məsafələrdə taktiki missiyaları yerinə yetirmək məqsədilə hazırlanmış, orta ölçülü İsrail istehsalı pilotsuz uçuş aparatıdır. Havada 20 saat fasiləsiz uçuş edə bilən bu PUA kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. == İstifadəçilər == Azərbaycan Botsvana Braziliya Kolumbiya: Elbit Systems şirkəti ilə 2012-ci ilin avqust ayında imzalanan müqaviləyə əsasən İsrail Kolumbiyanı Hermes 450 və Hermes 900 PUA-ları ilə təchiz etməlidir. Xorvatiya: İki ədəd Hermes 450 PUA 2006-cı ilin sonlarında sifariş verilmiş, 2007-ci ildə təhvil alınmışdır. Kipr Gürcüstan: Silahlı Qüvvələrə məxsus PUA-lar Abxaziya üzərində kəşfiyyat məqsədilə istifadə olunur. Şimali Makedoniya: Daxili İşlər Orqanları tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur. Meksika: 2009-cu ildə satın alınmışdır. Sinqapur: Hərbi Hava Qüvvələrində istifadə olunur. İsrail: 2006-cı ildə baş verən Livan müharibəsi zamanı və daha sonra Qəzzə zolağında aktiv şəkildə istifadə olunmuşdur. Bundan başqa, 2014-cü ilin avqustunda İran öz ərazisinə daxil olan Hermes 450 PUA-nı Nətənz nüvə obyekti yaxınlığında vurduğunu açıqlamışdır.
Elbit Hermes 900
Hermes 900 orta hündürlükdə uçuş həyata keçirən, uzun müddətli dözümlülüyə sahib İsrail istehsalı orta ölçülü taktiki pilotsuz uçuş aparatıdır. 9100 metr yüksəklikdə 36 saat ərzində fasiləsiz uçuş həyata keçirə bilən bu pilotsuz uçuş aparatı (PUA) əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. Qanadlarının açıqlığı 15 metr, ağırlığı 970 kq olan bu PUA 300 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir. Hermes 900-ün faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. == İstifadəçilər == Azərbaycan Dövlət Sərhəd Xidmətinin 2017-ci ilin avqust ayında Xəzər dənizində həyata keçirdiyi genişmiqyaslı təlimlər zamanı istifadə olunmuşdur. Braziliya İsrailin Elbit Systems şirkəti ilə imzalanan müqaviləyə əsasən Hermes 900 pilotsuz uçuş aparatları Braziliya Hərbi Hava Qüvvələrinə təhvil verilməlidir. Çili 2011-ci ilin iyul ayında Elbit şirkəti Hermes 900 PUA-larının ilk dəfə olaraq xarici ölkəyə ixracını həyata keçirmişdir və bu ölkə Çili olmuşdur. Çili Hərbi Hava Qüvvələrinin üç Hermes 900 istifadə etdiyi bildirilir. 2013-cü ilin oktyabrında Çili HDQ öz dəniz sularının mühafizəsi məqsədilə bu PUA-dan sifariş vermişdir. Kolumbiya Hermes 900 PUA-larının Kolumbiyaya satışı ilə əlaqədar müqavilə 2012-ci ilin avqust ayında imzalanmışdır.
Klubi 04 FK
Bir sıra futbolçular HJK Helsinki klubunda qeydiyyatda olduğu üçün Klubi 04 HJK Helsinki klubunun reserv komandası hesab olunur. == Tarixi == Klubi 04 2004-cü ildə HJK Helsinki klubunun nəznində Jokerit adı altında təsis edilmişdir. Əvvəllər Klubi 04 Finlandiyanın ən yüksək üçüncü liqası olan Kakkonendə mübarizə aparmışdır. Klubi 04 klubu 2006-cı ildə İnter klubunun reserv komandası VG-62 klubunu məğlub edərək İkkonenə yüksəlmişdir.
Severni Velebit Milli Parkı
Severni Velebit Milli Parkı (xorv. Nacionalni park Sjeverni Velebit) — Xorvatiyada yerləşən və adını Xorvatiyanın ən böyük dağı olan Velebit dağından alan milli park. Velebit dağının ətrafındakı təbiətin müxtəlifliyinə görə 1999-cu ildə bu ərazi milli park statusu almış və sentyabrdan fəaliyyət göstərməyə başlamışdır. Velebit dağının özü təbiət parkı statusuna malikdir. Velebit dağının cənub hissəsində isə Paklenitsa Milli Parkı yerləşir. Milli park qorunur və ziyarətçilərin ancaq təyin olunmuş marşrutlar üzrə hərəkətinə icazə verilir. Milli parkda iki botanika qoruğu vardır: Visibaba və Zavişan-Balinovaç-Velika botanika qoruğu. Visibaba botanika qoruğunda Xorvatiyanın endemik növlərindən olan Sibiraea altaiensis bitir. İkinci botanika qoruğunu dağ bitkiləri ilə zəngindir. Ərazidə farmakoloq Fran Kuşan tərəfindən 1967-ci ildə qurulmuş Velebit botanika bağı yerləşir.