Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Vesta
İmenti-xenti
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Vest
Vest (ing. West) — hal-hazırda Reemtsma və İmperial Brands şirkətlərinə məxsus və istehsal olunan Alman siqaret markası.
Dəşti-Kəbir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Kəvir
Dəşti-Kəvir və ya Dəşt-i Kəvir (aranlıqda yerləşən çöl)— İranın ən böyük səhrası. İranın Simnan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Yəzd, İsfahan və Tehran ostanlarının ərazisini əhatə edir. Həmçinin Kəvir-i Nəmək (duzlu/şoranlıq aran yeri) olaraq da tanınır. Buranın iqlimi kontinental subtropiklərə aiddir. Hər tərəfdən dağlarla əhatələnməsi bu hündürlükdə yerləşən və çox isti düzənlikləri yağıntılardan məhrum edir. Dəşti-Kəvir səhrası Əlborz dağlarından Xorasana qədər böyük ərazini əhatə edir. Bura hündür, bəzən ortasında yaxın çöküntü və çuxurları olan(ən alçaq çuxur 800 metr) düzənlikdir. Səhraların dünyada sahəsinə görə sıralamasında 23-ci yerdə gedir. Səhranın şimalında Simnan aerodromu yerləşir.
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.
Dəşti-Marqo
Dəşti-Marqo (fars. دشت مارگو‎) — gilli-qumlu səhra, Yaxın Şərqdə, Əfqanıstannın cənub-qərbində, Qilmend çayı ilə Xaşrud çayı arasında qərarlaşır. Səhranın sahəsi 150 000 km², hündürlüyü 500–700 m təşkil edir. Cənub-qərbində qumlu massiv yerləşir. Burada takır və şoranlıqlar geniş sahə tutur.
Dəşti-Naümid
Dəşti-Naümid (fars. دشت ناامید‎) - Orta Asiyada, Əfqanıstan - İran sərhədində yerləşən səhra. Dəşti-Kəvir səhrasının tərkib hissəsini təşkil edir.
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Dəşti (Sərdəşt)
Dəşti (fars. دشتي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (14 ailə).
Dəşti şəhristanı
Dəşti şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Xurmoc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 71 285 nəfər və 15 465 ailədən ibarət idi.
Eesti Energia
Eesti Energia — beynəlxalq enerji konserni. 1939-cu ildə Estoniyada qurulmuşdur. Baltikyanı ölkələrdə, Finlandiya, İordaniyada və ABŞ-da fəaliyyət göstərir. Enerji istehsalı üçün əsas xammal Estoniya elektrik enerjisinin 90% -ni yandırdıqda istehsal edən yanar şistidir. Son zamanlarda alternativ enerji mənbələri — külək və hidroelektrik stansiyalarından istifadə edərək ehtiyatlara qənaət edən texnologiyalar tətbiq olunur. 2009-cu ilin may ayında qrup imicni dəyişir. Törəmə müəssisələrdə iyirmi fərqli loqotipdən istifadə etmək əvəzinə, Estoniyanın hər yerində tək bir ad və loqo tətbiq edilir. Xarici bazarda təşkilat Enefit markası altında fəaliyyət göstərir. Eesti Energia o vaxtdan bəri müxtəlif istiqamətlərdə — xammal hasilatı və daşınması, elektrik enerjisi və istilik istehsalı, daşınması və satışı, eləcə də şist yağı istehsalı ilə işlərini idarə edir. Səhmləri Estoniya hökumətinə məxsusdur.
Eesti Raudtee
Eesti Raudtee (EVR) — Estoniyanın milli dəmiryolu şirkəti. 1992-ci ildə Pribaltika dəmiryollarının Estoniya hissəsinin bazasında təşkil edilmişdir. Eesti Raudtee şirkətinə aid olan yolların uzunluğu 691 km-dir (hamısı 1520 mm). Şirkət həmçinin Estoniyada dəmir yolu ilə yük daşımalarını təmin edir. Tallin yaxınlığında sərnişin daşınması (elektrikləşdirilmiş xətlərin uzunluğu 192 kmdir) Elron tərəfindən (əvvəllər Elektriraudtee) həyata keçirilir. Edelaraudtee şirkətləri qrupuna isə Tallinn - Lelle - Pyarnu və Lelle - Vilyandi ensiz dəmiryolu xətti daxildir. Eesti Raudtee xətlərinin kilometrlərində bu sahələr nəzərə alınmır. Şirkət daxili olan yük daşınması, yerli sərnişin daşınması (dizel qatarları ilə təchiz edilmiş) və beynəlxalq daşımalarda iştirak edir (yalnız Tallinn - Moskva qatarını təmin edir). == Lokomativ parkı == 8 teplovoz ЧМЭ3 53 teplovoz GE C36-7 19 teplovoz GE C30-7Ai (silindi) 5 teplovoz ТЭМ-ТМХ 2 teplovoz DF7G-E (uzun müddətli icarəyə verildi) == Əsas xəttlər == === Fəaliyyətdə olanlar === Tallinn - Keila - Paldiski. 3 kV-lıq birbaşa elektrik ilə elektrikləşdirilir.
Eesti Televisioon
Eesti Televisioon (azərb. Estoniya Televiziyası‎) — 19 iyul 1955-ci il tarixində fəaliyyətə başlayan, Estoniyanın ilk milli və ictimai televiziyasıdır. Avropa Yayım İttifaqının üzvüdür.
Eniş dəsti
Eniş dəsti — Aviasiya sahəsində təyyarənin yerə enməsini asanlaşdıran qurğuya (adətən bu təkər olur) deyilir. Eniş dəstinin qapıları təyyarə havaya qalxdıqdan sonra enənə kimi bağlı vəziyyətdə saxlanılır. == Ümumi baxış == Aviasiyada eniş qurğuları təyyarələrin taksi hərəkətini etməsini, yerə enməsini və yerdən qalxmasını təmin edən mexaniki sistemlərdir. Eniş qurğuları ümumiyyətlə təkərlidir, ancaq eniş və ya qalxma həyata keçirdəcəyi əraziyə görə təkərlər, kirşələr və xizək olmaqla müxtəlif növlərin fərqli birləşmələri mövcuddur. Təyyarənin eniş qurğusunun tipi mühəndislər tərəfindən hava gəmisinin hansı məqsədli və necə uçuş pistlərində hərəkət edəcəyinə görə müəyyənləşdirilir. Bərk səthlərdə (uçuş-enmə zolağı, yol, gəmi göyərtəsində) uçuş həyata keçirdəcək təyyarələr eniş şok əmici sistemlər ilə təchiz edilmiş təkərli eniş dəstindən istifadə edir, müasir dövrdə bir çox təyyarədə təkərli eniş dəsti mövcuddur, amma qarlı səthlərə və suya eniş və ya qalxma həyata keçirən təyyarələr də vardır və onlar xizəklər və ya kirşələr ilə təchiz edilirlər. Eniş dəsti təyyarənin ən ağır hissələrindən biridir, təyyarənin ağırlığının 7% -i qədər ola bilərlər, lakin adətən ümumi ağırlığın 4-5 faizi civarında olurlar.
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır. Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Konstantin Mesxi
Konstantin (Kote) Semyoniviç Mesxe (gürc. კოტე (იაკობ) სიმონის ძე მესხი;1 (13) may 1857, Kutaisi – 28 may (10 iyun) 1914, Tiflis — gürcü aktyor və rejissoru. == Həyatı == Kostantin Mesxi ailənin 8-ci uşağı olaraq dünyaya gəlir. Kutaisi klassik gimnaziyasında təhsil aldıqdan sonra Konstantin böyük qardaşı Sergey ilə Tiflisə köçür. Mesxi, Droeba (Vremya) qəzetinin redaksiyasında çalışanlardan - Gürcüstanın tanınmış yazıçı və ictimai xadimlərindən (İlya Çavçavadze, İvan Maçabeli, Pyotr Umikov, Aleksandr Kazbeqi, Baçan Razikaşvili, Akaki Sereteli) çox təsirlənir. Onun teatra olan sevgisi məhz bu zaman formalaşır. 1874-cü ildən səhnədə həvəskar tamaşalarda çıxış edir. Efrosine Kldiaşvili ilə birlikdə təhsil alır. 1879-cu ildən peşəkar səhnə çıxış etməyə başlayır. Tiflisdəki gürcü teatrının yenidən qurulmasının fəal iştirakçılarından biri olur.
Lionel Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Sante Fe əyaləti[d]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Ləşti-Nişa
Ləşti-Nişa — İranın Gilan ostanında yerləşən şəhər. Ləşti-Nişanın əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Mehti Şıxəliyev
Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996, Meyniman, Hacıqabul rayonu – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mehti Şıxəliyev 1996-cı il fevralın 16-da Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. == Hərbi xidməti == Mehti Şıxəliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mehti Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehti Şıxəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində şəhid olub. Hacıqabul rayonunun Meyniman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehti Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Messi (ada)
Messi adası (ing. Massey Island) — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adaları qrupuna daxildir. Adada yaşayış yoxdur (2012). Adanın sahəsi 432 km², sahil xətdinin uzunluğu 113 km təşkil edir. Adanın uzunluğu (şərqdən qərbə) 46 km, maksimal eni (şimaldan cənuba) — 11,4 km. Adanın daxili platodan ibarətdir və burada hündürlük 100-210 metr arası dəyişir. Messi adası — Aleksandr, Messi, Vane, Kameron adaları arasında ən kiçiyidir. Vane adasından (şimaldan) 2 km eni olan Pirs boğazı, Baters adasından Erskin körfəzi, Melvill (ada)sından isə Bayam-Martin boğazı, Aleksandr adasından Boyer boğazı ayırır. Messi adasından cənub-qərbdə kiçik Mark (56 km²) adası yerləşir .