Dəşti-Qıpçaq

Dəşt-i Qıpçaq və Kuman: xəritə (Türkcə)

Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya.

Gültigin abidəsi
Gültigin abidəsi
Türk tarixi
XIV əsrə qədər
Göytürk xaqanlığı 552–744
  Qərbi Göytürk
  Şərqi Göytürk
Avar xaqanlığı 564–804
Xəzər xaqanlığı 618–1048
Böyük Bolqar xanlığı 632–668
  Dunay Bolqariyası
  İdil Bolqariyası
Türkeş xaqanlığı 699–766
Uyğur xaqanlığı 744–840
Qaraxanlılar dövləti 840–1212
  Qərbi Qaraxanlılar
  Şərqi Qaraxanlılar
Peçeneq xaqanlığı
860–1091
Kimək xaqanlığı
743–1035
Dəşt-i Qıpçaq
1067–1239
Oğuz dövləti
750–1055
Şato sülalələri 923–979
  Sonrakı Tan
  Sonrakı Tszin
  Sonrakı Xan (Şimali Xan)
Qəznəvilər dövləti 963–1186
Böyük Səlcuq İmperiyası 1037–1194
Xarəzmşahlar dövləti 1077–1231
Rum sultanlığı 1092–1307
Dehli sultanlığı 1206–1526
  Müəzzilər sülaləsi
  Xələclər sülaləsi
  Tuğluqoğulları sülaləsi
Məmlük dövləti 1250–1517
  Bəhri sülaləsi

Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir.

Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür.

Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər. Qeyd edirlər ki, Yeni erada qüdrətli Dəşti-Qıpçaq hökmdarlığı yarandı; bu türk dövlətçiliyinin ənənəvi davamı idi. Attilanın başçılıq etdiyi bu hökmranlıq öz gücü və əzəməti ilə Roma imperiyasını, Bizansı arxada qoydu, onları həqir əyalətə, qəzaya bənzətdi. Mənbələrdə bu möhtəşəm hökmranlığın sərhədləri belə təsvir olunur: "Dəşti-Qıpçaq qərbdə Alpdan, Dunayın mənbəyindən, bu nəhəng çayın başlanğıcından başlayırdı. Və minlərlə kilometr Şərq-Baykal gölündən də Şərqə uzanırdı. Dəşti-Qıpçağın Şərqindən qərbinə səkkiz aylıq at yolu idi…"[mənbə göstərin]

Attila hökmranlığının bu ucsuz-bucaqsız ölkəsi, əlbəttə ki, Roma və Bizansın ona həsəd aparan hakimlərinin gözünə tikan kimi batırdı. Onlar çöllülərə nifrət edirdilər. Ancaq V əsrin ortalarına qədər bu qüdrətli insanlara tabe olmağa məcbur idilər.

Əbu Həyyanın müasiri XIV yüzilin İslâm tarixçilərindən Əl-Diməşqi Qızıl Orda torpaqlarındaki Qıpçaq boy adlarını sıralayaraq onların hamısının Türk olduğunu zikr etməkdedir.[1][2][3] Bunlar:

"Tokus-oba (doqquz oba), Yet-oba (yeddi oba), Boruç-oğlu, Bergü, Kangaroğlu, Ançoğlu, Duna, Kara-Baroğlu, Çur-Tan, Kara Börklü, Kotan, Barak, Yimek, Borlu, İleris, Tok, Kumandur, Berendi, Beçene, Uzun, As (Az)."

  1. L. Râsonyi, Tarihte Türklük, Türk Kültürünü Araştırma Enstitüsü Yayınlan, Ankara 1988, sayfa 145.
  2. Z. Velidî Togan, Umumî Türk Tarihine Giriş, İstanbul 1981. sayfa 163.
  3. F. Kirzıoğlu, Yukarı Kür ve Çoruk Boylarında Kıpçaklar, Türk Tarih Kurumu Yay., Ankara 1992. sayfa 91–92.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]