Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volosovo
Volosovo — Rusiya Federasiyasında yerləşən şəhər, Leninqrad vilayətinə daxildir.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu.V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir. O buynuzlu və dırnaqlıdır, daşda ağacda, heyvanda və s-də öz təcəssümünü tapa bilir.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Artur Voloşin
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra). == Həyatı == 1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir.
Kolobok adası
Kolobok adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının qərbində, Komsomoles adasının şimal-qərbindən 13 km məsafədə yerləşir. Qonşu Şimal adası ondan cəmi 550 m aralıda yerləşir. == Təsviri == Ada dairəvi formaya malikdir. Diametri 600 metrdir. Şimalında ensiz körfəz yerləşir. Qərbində isə kiçik göl vardır. Səthi hamardır, yüksəklik yoxdur.
Kolosov adaları
Kolosov adaları — Şimal Torpağına daxil olan iki adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizinin qərbdə yerləşir. Jiloy yarımadası ilə Paris Kamunası yarımadası arasında qərarlaşır. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 4 km cənub-şərqdə, Blizkiy adası 8,2 km şimal-şərqdə, Bazovıy adası 2,7 km şərqdə və Pustoy adasından 9 km şmalda yerləşir. Arxipelaqa daxil adalar arasında 500 m məsafə vardır. == Xüsusiyyətləri == Şimal-qərbdən cənub-şərqə 750 m uzunluğa malikdir. Sahilləri sıldırımlıdırc. Ada alcaqboylu otlarla örtülü tundra bitkiləri ilə örtülü olur.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Azeri (volost)
Azeri (est. Aseri vald) — Estoniyada balaca bir volost. Volostin sahəsi — 67,1 км². Onlardan 30 % meşədir. Volost mərkəzinin ərazisində 8 kənd var. Məlumatlara görə 2003-cü ildə Kooqu kəndində 38 insan yaşayırdı, Rannu kəndində — 201, Kırtsialuse kəndində — 33, Azerialu kəndində — 30, Kırkkyula kəndində — 38, Kalvi kəndində — 40, Kestla kəndində — 37, Oru kəndində — 24 adam.
Aechmea pimenti-velosoi
Aechmea pimenti-velosoi (lat. Aechmea pimenti-velosoi) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Sokolkskaya volos
Sokolkskaya volos-(latış. Sokolku pagasts‎) -Vilyansk əyalətinin 3 hissəsidir. Strupli kəndinin mərkəzində yerləşir. == Coğrafiyası == Əyalətin cənub-şərqində yerləşir. Şərqdə Sakstaqal Rezeknensk əyalətinin, cənubda Silmalsk Rezeknensk əyaləti, qərbdə və şimalda isə Vilyansk ilə Vilyansk əyalətinin şəhəri ilə sərhədlənir. == Əhali == 2011 ci ildə əhali 745 nəfər olmuşdur. 70,60%-ni ruslar, 27,25%-i isə latışlardan ibarətdir.
Vilyam Volos
Vilyam Volles (ing. Sir William Wallace; 3 aprel 1270 – 23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi. Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər. Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir. Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.Bundan əlavə Vilyam Vollesin ilk hadisələri Eyrşirdə cərəyan edir.
Voljsk-Kama bankının binası
Voljsk-Kama bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 55 ünvanında yerləşən bina. Bina Aleksadr Nikolayeviç Beketovun layihəsi əsaaında 1906–15-ci illər ərzində inşa edilmişdir. Binada sovet dönəmində pionerlər evi yerləşirdi. Bina modern stilində inşa edilmişdir. Voljsk-Kama bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Voljsk-Kama bankı XIX əsrin sonları Rusiya ərazisinə ən güçlü banklarından idi. Bank 1892-ci ildə Rostovda özünə filial açır. İlk əvvəllər bank özünə bina kirayələyir. 1897-ci ilə qədər bankın filialı Yaşenkonun gəlirli binasında yerləşirdi. Sonradan Qenç-Olquev binasına köçürülür.