Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Sopita Tanasan
Sopita Tanasan (d. 23 dekabr 1994; Çumpfon, Tailand) — Tailandlı ağır atlet. Sopita Tanasan 2016-cı ildə Tailandı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. Tanasan həmdə 2013-cü ildə Dünya Çempionatında gümüş medal qazanıb. Sopita Tanasan 1994-cü ilin 23 dekabr günündə Tailandın Çumpfon vilayətində anadan olub. Sopita Tanasan karyerasında birinci ciddi uğurunu 2013-cü ildə Polşanın Vroslav şəhərində qazandı. Tanasan Dünya Çempionatında 203 kiloqramlıq nəticə ilə gümüş medal qazandı. Sopita Tanasan karyerasında birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında Tanasan birdən qaldırmada 92 kiloqram, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərdi. Ümumi olaraq isə 200 kiloqramlıq nəticə ilə Sopita Tanasan XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Volnat-Krik (Arizona)
Volnat-Krik (ing. Walnut Creek) — ABŞ-nin Arizona ştatında Mohave qraflığında qeyri-korporativ icma və siyahıyaalma tərəfindən təyin edilmiş yerdir (CDP). 2020-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 571 nəfər idi.