Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İzidor Borovski
İzidor Borovski və ya İsidor Borovski (fars. ایزیدر بروسکی‎; 1770, Mazovets voyevodluğu – 24 iyun 1838, Herat) — polyak hərbi xadim, Polşa və Cənubi Amerika azadlıq mübarizəsinin iştirakçısı, Simon Bolivarın ən yaxın komandanlarından biri və adyutantı, Qacarların polyak əsilli generalı. O, Kavalalı Mehməd Əli Paşanın xidmətində Misirdə riyaziyyat və ingilis dilini tədris etmiş və buradan Abbas Mirzənin dəvəti ilə Qacar dövlətinə getmiş və Qacar ordusunun modernləşdirilməsində mühüm rol oynamışdır. Borovski Vilnoda (bugünkü Vilnüs, Litva) Rusiya protektoratlığındakı Reç Pospolitada anadan olmuşdur. Yəhudi ensiklopediyasında Borovskinin valideynləri barədə fərqli məlumatlar verilir. Onun şahzadə Radzivill ilə yəhudi qadının nikahdan kənar övladı və ya polyak zadəganla yəhudi qadının övladı olması güman edilir. Ədəbiyyat tarixçisi Leon Borovskinin (1784–1846) onun qardaşı olması ehtimalı vardır. Həyatının erkən dövrünə aid mənbələr ziddiyyətlidir. İranika Ensiklopediyasına görə o, gümanki Polşanın üçüncü bölünməsi zamanı (1795) İngiltərəyə qaçmalı olmuş və ya 1793-cü ildə Polşadan ayrılmışdır. Yagellon Universiteti tərəfindən hazırlanan akademik nəşriyyat olan Alma Mater qeyd edir ki, o, evə geri döndükdən sonra 1794-cü il Kostyuşko üsyanında iştirak etmişdir.
Aleksandr Şarovski
Aleksandr Şarovski (10 fevral 1948, Bakı) — Azərbaycan teatr rejissoru və aktyoru, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (1998). Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri == Həyatı == Aleksandr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir. 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru olmuşdur. 3 fevral 1993-cü ildən teatrın baş rejissorudur. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurmuşdur. Onun aktyor rollarından: Don Quan (A. S. Puşkin "Kiçik traqediyalar"), Roland (D. Fletçer "Ukroşeniye ukrotitelya"), Rezo (L. Roseb "Premyera"), Eldar (R. İbrahimbəyov "Dom na peske"), Beriya (V. Korkiya "Moy bednıy Soso Cuqaşvili"), Şeyx Sənan (H. Javid "Şeyx Sənan"), Fərxad (S. Vurğun "Fərxad və Şirin"), Qenrix (U. Şekspir "Kral Lir"), Mehmandarov (M. İbrahimbəyov "Neft bumu") yaratdığı obrazları misal gətirmək olar. A. Şarovski bundan başqa 4 filmdə çəkilmişdir. "Struktura momenta", "Qorxma, mən səninləyəm", "Prervannaya serenada", "Anekdot" kimi filmlərdə aktyor maraqlı rollar yaratmışdır. Quruluşçu rejissor kimi fəaliyyəti yaradıcılığında "Leto i dım" T. Vilyams, "Xoçu kupit muca" M. Zadornov, "Lebedinaya pesnya" A. P. Çexov, "Kin IV" Q. Qorin, "Petlya" R. İbrahimbəyov, "Vtoroy vıstrel" R. Toma, "Çayka" A. P. Çexov, "Teatr" M. Freyn, "Ubiysa" Elçin, "Fərxad və Şirin" S. Vurğun kimi tamaşaları misal gətirmək olar.
Horovska Şçepkovsla
Horovska Şçepkovsla (pol. Karina Szczepkowska-Horowska; doğ. 28 oktyabr 1987) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010), beynəlxalq usta (2016). == Şahmat karyerası == Müxtəlif yaş kateqoriyalarında Polşanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2003-cü ildə 16 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya ikincisi olub. Dəfələrlə gənclər arasında şahmat üzrə Polşa çempionatında mükafatçı olub. 2005-ci ildə qadın şahmatçılar arasında Polşa çempionatında gümüş, 2011, 2013, 2017-ci illərdə isə bürünc medal qazanıb. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində üç dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2012, 2014, 2016), üç dəfə komandalar arası dünya çempionatlarında (2007, 2009, 2015) və üç dəfə komandalar arası Avropa çempionatlarında (2011, 2013, 2015) çıxış etmişdir. 2010-cu ilin yanvarında qadınlar arasında beynəlxalq qrosmeyster adına, 2016-cı ilin sentyabrında isə beynəlxalq usta adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Horovska Şçepkovsla.
Vaçovski bacıları
Vaçovskilər (ing. The Wachowskis) — ABŞ-dən olan bacı kinorejissorlar. Lana və Lillidən ibarətdir. Hər ikisi transdır.
Vaçovski qardaşları
Vaçovskilər (ing. The Wachowskis) — ABŞ-dən olan bacı kinorejissorlar. Lana və Lillidən ibarətdir. Hər ikisi transdır.
Yuri Varnovski
Yuri Yuryeviç Varnovski (23 may 1947, Bakı) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Yuri Varnovski 23 iyun 1947-ci ildə Bakıda anadan olub. 1966-1969-cu illərdə Politexnik İnstitunda, 1975-1980-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1 avqust 2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-quruluşçu operator Ata (film, 1988) Avqust gələndə (film, 1984) Ayrılan yollar Azərbaycanın dəniz qapısı (film, 1992) Babək (film, 1979) Bakı gecələri (film, 2015) Banqladeş qonaqları (film, 1992) Batmış şəhərin axtarışında (film, 1987) Bir anın həqiqəti (film, 2003) Bir həsrətin nəğməsi (film, 1997) Böyük İpək Yolunda (film, 1986) Burulğan (film, 1986) Dədə Qorqud (film, 1975) Dəli Kür (film, 1969) Dənizçi ürəyi (film, 1986) Dərvişin qeydləri (film, 2013) Dörd bazar günü (film, 1975) Ərazi (film, 2005) Fransa qəhrəmanı (film, 1975) Güman (film, 1989) Hacı Qara (film, 2002) Həmyerli (film, 1989) Həsənbəy Zərdabi (film, 1992) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xoşbəxtlik qayğıları (film, 1976) İcarədarlar (film, 1990) Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (film, 1987) Kross (film, 1989) Kuklalar (film, 2009) Qafqaz (film, 2007) Qarabağ şikəstəsi (film, 1996) Qayınana (film, 1978) Qəhrəman ana (film, 1990) Qız qalası (film, 2000) Qovlar (film, 1992) Laçın dəhlizi (film, 1993) Matəm (film, 1990) Mayak (film, 2012) Mən kitabımı başlayıram (film, 2006) Nə gözəldir bu dünya... (film, 1999) Nəsimi (film, 1973) Nizami (film, 1982) Onun taleyi (film, 1991) Ovsunçu (film, 2002) Oyun (film, 1996) Pərilərə inanmayın (film, 1979) Pirverdinin xoruzu (film, 1987) Rast. Niyazi (film, 2014) Ramin (film, 1988) Sevinc buxtası (film, 1977) Son döyüş (film, 1996) Şir evdən getdi (film, 1977) Şirbalanın məhəbbəti (film, 1991) Təbəssüm (film, 1992) Tilsim (film, 2005) Unutma...
İvan Vıxovski
İvan Vıxovski (Ukraynca: Iван Виговський, Polyakca: Iwan Wyhowski/Jan Wyhowskɪ) (1608 – 16 mart 1664) 27 oktyabr 1657 – 17 oktyabr 1659 arası Kazak Hetmanlığında hakimiyyətdə olmuşdur. Məşhur Kazak lideri Boqdan Xmelnitskidən sonra Rusiya-Polşa müharibəsini davam etdirmişdir. 17 oktyabr 1659-cu ildə Hetmanliq taxtından könüllü olaraq istefa vermiş və yerinə təkrarən Yuri Hmelnitski Kazak lideri olaraq gəlmişdir. 16 mart 1664-cü ildə Zaporojye vilayətindəki Korsun şəhərində vəfat etmişdir. Dini mənsubiyyətinə görə yunan ortodoksu olmuşdur.
Sergey Vronski
Sergey Arkadeviç Vronski (rusca: Серге́й Аркадьевич Вронский, 3 sentyabr 1923, Rostov-na-Donu – 21 iyun 2003, Moskva) — sovet kinematoqrafçısıdır. Sergey Vronski 1953-cü ildə Gerasimov adına Kinematoqrafiya İnstitutunu bitirmiş və İvan Pıryev və Georgi Daneliya ilə birlikdə işləmişdir. 1981-ci ildə "Payız Marafonu" filminə görə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Kirovski kənd dairəsi
Kirovski kənd dairəsi — Krasnodar diyarının Soçi kurort-şəhər ərazisində yerləşən inzibati-ərazi vahidi. Kənd dairəsi Lazarevski rayonu daxilindədir. Dairənin inzibati mərkəzi — Txaqapş auludur. Psezuapse və Çusxvac çaylarının hövzələrində, şəhər hüdudlarından kənarda yerləşən bölgənin ərazilərini və yaşayış məntəqələrini birləşdirir. == Coğrafiyası == İnzibati ərazi vahidi Soçi kurort şəhərinin Lazarevski rayonunun mərkəzi hissəsində yerləşir. Kənd dairəsinə dörd qəsəbə daxildir. Lazarevski rayonunun ikinci ən böyük inzibati vahididir. Kirovski aşağıdakı inzibati ərazi vahidlərinin əraziləri ilə həmsərhəddir: şimal-qərbdə Lıqotxski kənd dairəsi, cənub-şərqdə Kiçmayski kənd dairəsi, həmçinin qərbdə Soçi şəhərinin mikrorayonları ilə sərhəddir. Şərqdə kənd dairəsi Baş Qafqaz silsiləsi ilə həmsərhəddir. Kənd dairəsi Böyük Soçinin dağətəyi və dağlıq ərazilərində yerləşir.
Bokovski rayonu (Rostov vilayəti)
Bokovski rayonu — Rusiyanın Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Bokovski stanisasıdır. == Coğrafiyası == Bokovski rayonunun sahəsi 1927 km² ərazini əhatə edir və Rostov vilayətinin şimalında yerləşir. Şərqdə Volqodonsk vilayəti, cənub-şərqdə Sovetski rayonu, cənubda Kaşarski rayonu, qərbdə Verxnedonski rayonu, şimalda Şoloxov rayonu ilə sərhədlənir. Rayon ərazisindən Çir çayı axır. Rayonun ərazisi bitki və heyvanlar aləmi ilə zəngindir. İnzibati mərkəzi olan Bokovski stanisası Rostov-na-Donu şəhərindən 340 km məsafədə yerləşir. Ona ən yaxın rayon mərkəzi Kaşardır. Kaşara olan məsafə 70 km təşkil edir. Yayon mərkəzindən Volqoqrada olan məsafə 280 km, Krasnodara olan məsafə 604 km, Moskvaya olan məsafə 999 km təşkil edir.
Serafim Sarovski məbədi (Sumqayıt)
Serafim Sarovski kilsəsi(rus. Храм преподобного Серафима Саровского) — Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası tabeliyində kilsə. Kilsənin Baş keşişi İyerey Rostislav Şahvələdovdur. Sumqayıt sakinləri tərəfindən Rus kilsəsi adıyla tanınan məbəd Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 24/5, mənzil 18 ünvanında yerləşir.
Kirovski rayonu (Rostov-na-Donu)
Kirovski rayonu (rus. Кировский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində istər Cənub Federal Dairəsinin istərsə Rostov vilayətinin inzibati binaları, iri iqtisadi və ticarəti şirkətlər həmcinin iri iri mədəniyyət mərkəzləri yerləşir. == Tarixi == Rayonun tarixi taleyi onunla bağlıdır ki, rayon Rostov-na-Donu şəhərinin əsas hissəsində təşkil edilmişdir. Məhs burada 1749-cu ildə şəhərin əsası qoyulmuşdur. Burada təbii su mənbəyi olmuşdur ki, ondan hətta I Pyotr belə içmişdir. Rayon ərazisində yerləşən Sedov küçəsi Rostov-na-Donu şəhərinin ən böyük və mərkəzi küçələrindən olmuşdur. Ərazi şəhər tarixinin bir çox mühüm hadisələrinə sahidlik etmişdir. Artıq XVIII əsr Rostov güclü müdafiə və ticarət şəhəri funksiyasını oynayırdı. Buradan xaricə kənd təsərrüfatı malları, dəmir məmulatları ixrac edilirdi.