VƏZİLİ

прил. железистый, с желёзками. Vəzili yelin железистое вымя, vəzili epiteli железистый эпителий, vəzili tükcüklər железистые волоски
VƏZİFƏŞÜNASLIQ
VƏZİR
OBASTAN VİKİ
Vəzili biyan
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — biyan cinsinə aid bitki növü. 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur. paxlameyvəsi az-çox itburnu meyvəsi tipli-vəzili olur, uzunsovdur və qalınqabıqlıdır və bozumtul rəngdə olur.
Vəzili sürvə
Salvia glutinosa (lat. Salvia glutinosa) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. Vəzili sürvə - (lat. Salvia glutinosa) == Qısa morfoloji təsviri == Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur.
Vəzili kafur ağacı
== Təbii yayılması == Cənubi-Şərqi Asiya, Hindistan, Çin və Şərqi Tibetdə bitir. == Botaniki təsviri == 50 m və daha çox hündürlüyə qalxan, çadırvari çətirə malik, həmişəyaşıl ağacdır. Qabığı tünd-boz rəngdə olub, çatlıdır. Cavan zoğları yaşıldır. Yarpaqları tərs- yumurtavari, 9-12 sm uzunluqda, 5-7 sm enində, ucu sivriləşən, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıl olub, lələkvari damarlıdır. Yarpağın yan damarlarında alt tərəfdən vəziləri vardır. Yarpaq saplağı 2,5 sm uzunluqdadır. Çiçəkləri qısa saplaqlı, çiçəkyanlığı sarımtıl, 5-6 mm enində olub, 6 bölümlüdür. Erkəkcikləri 9 ədəd olub, üç cərgədə dairə şəklində yerləşmişdir. Yumurtalığı çılpaq, bir yuvalı olub, bir meyvə yarpağına malikdir.

Значение слова в других словарях