Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karol Voytıla
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır.
Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udi əsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973). == Həyatı == Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub. Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı. Nic kəndində torpağa basdırılıb.
Herman və Dorotiya
Herman və Dorotiya — 1796-1797-ci illərdə Yohann Volfqanq Göte tərəfindən qələmə alınmış nəsr əsəri. == Məzmunu == Əsər orta əsrlərdə frankların hücumu zamanı Reyn çayının bir sahilindən digər sahilinə köç edən qaçqınların düşdüyü acınacaqlı vəziyyətdən və bu zavallı insanlara yardım edən xeyirxah bir alman ailəsindən bəhs edir. Ailə zəngindir, böyük təsərrüfatı, məhsuldar torpaqları, geniş ev-eşiyi var. Ana çox mehriban, qayğıkeş, ata isə yardımsevər, ürəyitəmiz, həm də sərt xarakterli bir insandır. Ata gənc oğlu Hermanı özü kimi zəngin birinin qızı ilə evləndirmək istəyir. Oğlu isə atasının ərzaq və geyim əşyalarından ibarət yardımını qaçqınlara aparan zaman yolda həmin qaçqınlardan biri, həm də yazıq insanların sevimlisi, ümid yeri olan gözəl, ağıllı və xeyirxah Dorotiyaya aşiq olduğunu və onunla evlənmək istədiyini atasına bildirir. Ata əvvəlcə etiraz edir, sonra qayğıkeş və düşüncəli ananın sayəsində qızın evinə gəlin gəlməsinə razı olur. Gənc oğlan əvvəlcə fikirləşir ki, bu həssas və ağıllı qıza onu istədiyini necə bildirsin. Çox düşündükdən sonra ona evlərinə qulluqçu kimi gəlməyi təklif edir. Qızın qaçqın yoldaşları, xüsusən, uşaqlar onun dalınca ağlasalar da və həmin vəziyyət qız üçün əzabverici olsa da, artıq bu çətin şəraitdə canını qurtarıb, nəhayət, bir az rahat yaşamaq üçün onunla getməyə razı olur.
Zolotıe vorota metrostansiyası
«Zolotıe vorota» (ukr. «Золоті́ воро́та», ; azərb. Qızıl darvaza‎) — Kiev metropoliteninin 29-cu stansiyası. Stansiya Sresko-Peçerski xəttində, «Lukyanovskaya» və «Dvores sporta» stansiyaları arasında yerləşir. Stansiya 31 dekabr 1989-cu ildə istismara verilib. Stansiya öz adını yaxınlıqda yerləşən şəhərin tarixi ərazisindən almışdır. Ümumi sərnişin istifadəsi — 19,9 min adam/sutka. 2011-ci ildən stansiya "mədəni irs yeri", memarlıq və şəhərsalma abidəsi, monumental sənət abidəsi statusunu əldə etmişdir. == Dizayn == Zolotıe vorota stansıyasının ilkin layihəsi daha sadə və bəsit idi. Sonradan həm dərinlik artırıldı, həm də həcmi genişləndirildi.