Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Moros
Moros (yun. πικρόχολος) qədim yunan mifologiyasında fəlakət tanrısı. Eyni zamanda Ereb ilə Niktanın oğlu və Tanatın qardaşıdır. Roma mifologiyasında Fatum olaraq tanınır.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Voore
Voore - Estoniyada kənd. Əhalisinin sayına görə (320 nəfər) Yıgıva rayonunda ən böyük kənddir. Vooreda məktəb, qonaq evi və kitabxana var. 4-cü Vikmediya CEE görüşü Vooreda qonaq evində keçirilmişdir.
Vorep
Vorep (fr. Voreppe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38565. Kommunanın 2007-ci il üçün əhalisi 9 655 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 185 ilə 1 702 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 15 km şimal-qərbdə yerləşir.
Vorey
Vorey (fr. Vaureilles, oks. Vaurelhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12290. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 499 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş arasında) 199 nəfər iqtisadi cəhətdən, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə bu 72.4%).
Vorms
Vorms (alm. Worms‎[ˈvɔɐ̯ms], pfals. Woms, Woams, salnamələrdə köhnə adı "Vernitsa" alm. Verniza, Vernica) — Almaniyanın cənub-qərbində, Reynland-Pfalz federal əyalətinin ərazisində, federal torpaq tabeliyində olan şəhər. Orta əsrlərdə bu şəhər Almaniyanın siyasi həyatının mühüm mərkəzi olmuşdur. Orada Reyxstaqlar toplaşmış və alman millətinin Müqəddəs Roma İmperiyasının imperatorları seçilmişdi. Vorms reformasiyanın başlanğıcı ilə bağlı burada baş verən tarixi hadisələrə, eləcə də hadisələrin çoxu Vormsda baş verən " Nibelunqenlilər " orta əsr qəhrəmanlıq eposuna görə xüsusi şöhrət qazanmışdır. Şəhər Reyn çayının sol sahilində yerləşir. 2000 illik tarixə malik olan bu şəhər Almaniyanın ən qədim şəhərlərindən biridir və onun ilk sakinləri keltlər olmuşdur. 5-ci əsrin əvvəllərində bir Alman qəbiləsi Bornholm adasından Avropaya köç etdi, üzvləri orijinal yaşayış yerlərinin adından sonra Burqundiona və ya Burqundiya adlandırıldı.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Xoroq
Xoroq (tac. Хоруғ) — Tacikistanda şəhər, Dağ-Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi. Şəhər bölgənin cənub -qərb hissəsində yerləşir və Düşənbədən 525 km aralıda, qərbdən (Günt çayının Pənclərlə birləşdiyi yerdə) Əfqanıstanla həmsərhəddir . Xoroq, bütün marşrutların keçdiyi Pamirlərin turizm mərkəzidir. Xoroq dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir, postsovet məkanında ən yüksək şəhərlərdən və Tacikistanın ən yüksək şəhərlərindən biridir. Xoroq yarı quraq iqlim zonasının bir hissəsidir. İl ərzində az yağış yağır. Köppen iqlim təsnifatına görə, şəhərin iqlimi soyuq qışları olan mülayim enliklərin quru yarı quraq iqlimidir (BSk indeksi). İlin orta hava istiliyi 9.3 ° C, illik 276 mm yağıntı düşür. Xoroq ticarət, nəqliyyat və təhsil üçün vacib bir regional mərkəzdir.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Endi Vorhol
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Foros çimərlikləri
Foros çimərlikləri — Ukraynanın Krım yarımadası, Foros şəhər tipli qəsəbəsinin sahillərinini əhatə edən çimərliklər. Sahil və dənizin dibi əsasən çınqıl daşlarınddan təşkil olunmuşdur. Buna səbəb iki dəniz cərəyanının toqquşduğu ərazi olmasıdır. Bu cərəyanlar səbəbindən suyun temperaturu 1 gün ərzində dəyişə bilir. Sahil ərazisində dərinlik 3–6 metr arasında dəyişir. Forosda yerləşən çimərliklər: Yaşıl adlanan əsas çimərlik qəsəbənin mərkəzi sahil hissəsində; "Foros sanatoriyası" yaxınlığında "Narıncı çimərlik"; "Narıncı çimərlikdən" bir qədər aralıda "Soyuq çimərlik"; "Tixoya buxtasında" isə eyni adlı çimərlik; Çexov bunrnu yaxınlığında vəhşi çimərlik; Terleski pansionatının çimərlikləri Foros çinərliyi; "Derevyaşka" və ya nudist çimərliyi; bir neçə özəl çimərliklər. == Mənbə == Крым экскурсионный. Путеводитель. 50 популярных маршрутов. Харьков.
II Vonon
II Vonon — 51-ci ildə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. II Vononun adı yalnız Korneli Tasit tərəfindən çəkilir. O, Vononun taxta çıxmazdan əvvəl Midiya hökmdarı olduğunu iddia edir, lakin onun arşakilərlə hansı qohumluq əlaqələrinə malik olduğunu dəqiqləşdirə bilməmişdir. İosif Flavi Vononun adını ümumiyyətlə çəkmir. Onun sözlərinə görə, II Qotarzın yerinə bilavasitə qardaşı I Vologez gəlmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Дибвойз Н. К. Политическая история Парфии / Пер. с англ., науч. ред. и библиографич.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər) O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Keylum Vörti
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. == Həyatı == Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. == Coğrafiyası == Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Le-Vördr
Le-Vördr (fr. Le Veurdre) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lyursi-Levi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 544 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 291 nəfər yaşda olan (15-64 yaş arasında) 201 nəfər iqtisadi cəhətdən fəal, 90 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.1%, 1999-cu ildə 65.8%). Fəal olan 201 nəfərdən 165 nəfər (89 kişi və 76 qadın), 36 nəfər işsiz (20 kişi və 16 qadın) idi. 90 hərəkətsiz 18 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Moroz yarımadası
Moroz yarımadası (ing. Moroz Peninsula) — Kanadanın Saskaçevan əyalətindəki Uoşikamio gölündə, ölkənin mərkəzi hissəsində, paytaxt Ottavadan 2600 km qərbdə yerləşən yarımada. Dəniz səviyyəsindən yüksəkliyi 439 metr. Yarımadanın ərazisində demək olar ki, yaşayış yoxdur. 1 kvadrat kilometrə 2 nəfərdən az adam düşür. Yarımada Subarktika iqlimi zonasında yerləşir. Bu bölgədəki orta illik temperatur –2 °C-dir. Ən isti ay iyul, ortalama temperatur isə 15 °C olduğu zaman, ən soyuq ay fevral, ortalama temperatur isə -20 °C-dir.
Qabriel Veron
Gabriel Veron Fonseka de Souza (3 sentyabr 2002) – Portuqaliya Premyer Liqasında çıxış edən Portunun brazilyalı hücumçusu. Palmeirasın heyətində ilk matçına 29 noyabr 2019-cu ildə keçirilən Fluminense-Palmeiras matçının 76-cı dəqiqəsində çıxıb. Matç Fluminensenin 1–0 hesablı qələbəsi ilə başa çatıb. Palmeirasda ilk qolunu isə 6 dekabr 2019-cu ildə keçirilən Palmeiras-Goias matçında vurub. Matça 58-ci dəqiqədə daxil olmasına baxmayaraq 70-ci və 90-cı dəqiqələrdə qol vurmağı bacarıb. Matç Palmeirasın 5–1 hesablı qələbəsi ilə başa çatıb. Palmeirasın heyətində 10-cu qolunu isə 24 yanvar 2021-ci ildə keçirilən Ceara-Palmeiras matçının 34-cü dəqiqəsində vurub. Matç Cearanın 2–1 hesablı qələbəsi ilə başa çatıb. 1. Qabriel Veron Soccerway 2.
Reqina Moroz
Reqina Moroz — rus qadın voleybolçu. Ampluası blokçudur. Dinamo Kazan klubunda oynayır. Bu klubda "on yeddi" nömrəli formanı tərlədir.
Rockstar North
Sokolkskaya volos
Sokolkskaya volos-(latış. Sokolku pagasts‎) -Vilyansk əyalətinin 3 hissəsidir. Strupli kəndinin mərkəzində yerləşir. Əyalətin cənub-şərqində yerləşir. Şərqdə Sakstaqal Rezeknensk əyalətinin, cənubda Silmalsk Rezeknensk əyaləti, qərbdə və şimalda isə Vilyansk ilə Vilyansk əyalətinin şəhəri ilə sərhədlənir. 2011 ci ildə əhali 745 nəfər olmuşdur. 70,60%-ni ruslar, 27,25%-i isə latışlardan ibarətdir.