Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı.
Şandor Vöröş | |
---|---|
mac. Sándor Weöres | |
Doğum tarixi | 22 iyun 1913[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1989[1][2][…] (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, tərcüməçi, uşaq ədəbiyyatı yazıçısı, yazıçı |
Fəaliyyət illəri | 1932-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
1948-ci ildə yenidən xaricə səyahət edən Vöröş 1949-cu ilə qədər İtaliyada məskunlaşdı. 1951-ci ildən ölənə qədər isə Budapeştdə yaşadı. 1948-ci ildən sonra Macarıstanda stalinizmin tətbiq edilməsi Vöröşü susdurdu və 1964-cü ilə qədər onun əsərləri mətbuatda çox az dərc olundu.
Vöröşün macar dilinə tərcümələri olduqca geniş və çoxşaxəlidir. Belə əsərlərə Ukraynanın milli şairi Taras Şevçenko, gürcü şair Şota Rustaveli, Sloveniyalı şairlər Oton Jupançiç və Yosip Murn Aleksandrovun yaradıcılığı daxildir. O, hind şairi Cai devin "Gita Govinda" şeirini Sanskrit dilindən tərcümə etmişdir. Vöröş həmçinin Uilyam Şekspirin "Venera və Adonis" və "VIII Henri", Tomas Eliotun "Bəhərsiz torpaq" əsərlərini, Edvard Lir və Luis Kerrollun absurd şeirlərini, Stefan Malarmenin isə bütün şeirlərini macar dilinə çevirmişdir. Onun Tao Te Çinq tərcüməsi isə hazırda da Macarıstanda geniş kütlə tərəfindən oxunmağa davam edir.
Vöröşün bir çox şeirlərinə musiqi bəstələnmişdir. Macar bəstəkar Zoltan Koday 14 yaşlı şairin "Öregek" (Yaşlı insanlar) şeirinə xor bəstələmişdir. Şairin dostu Györgi Ligeti Síppal, dobbal, nádihegedüvel kompozisiyasında Rongyszőnyeg və digər kitablarından olan şeirlərə musiqi yazmışdır. Bəstəkar Peter Etvöş Vöröşün Néma zene ("Sakit musiqi") şeiri əsasında ikihissəli Atlantis və Ima adlı əsərləri ərsəyə gətirmiş, 2013-cü ildə isə Vöröşün şeirləri əsasında Speaking Drums musiqisini bəstələmişdir.