Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fortuna
Fortuna — Roma mifologiyasında bəxt tanrısı. Çox zaman rəsmlərdə gözübağlı və ayaqları altında təkər təsvir olunur.
Kоrçulа
Kоrçulа (xorv. Korčula) — Korçula, Adriatik dənizində Xorvatiyaya bağlı olan bir ada və bu adada yerləşən ətrafı divarlarla əhatə olunmuş köhnə bir şəhərdir. Adanın sahəsi 276,03 km², uzunluğu 46,8 km və eni 7,8 km-dir. Ən yüksək nöqtəsi 568 m hündürlüyü olan Klupcadır. Korçula şəhəri yerli hökumət olaraq Dуbrоvniçkо-Nеrеtvаnskаya bölgəsində yerləşir. 2011-ci il siyahıyaalmasına görə şəhərin əhalisi 5,663 nəfərdir. Əhalinin 96,77%-i xorvatlardan ibarətdir. Krkdan sonra ən çox nüfuza sahib olan ikinci Xorvat adasıdır.
Vorkuta
Vorkuta — Rusiya Federasiyasında yerləşən şəhər. Komi Respublikasına daxildir. Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə, qütb zonasının üçüncü şəhəridir. Şəhərdə 60 mindən çox adam yaşayır. Vorkuta 1930-cu ildə salınıb və buna səbəb ərazidə iri daş kömür yataqlarının ortaya çıxması olub.
Çorçana
Çorçana (gürc. ჩორჩანა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 80 nəfər idi. 2014-cü ildə 62 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
Voruta
Voruta — 13-cü əsrdə kral Mindauqasın dövründə Litva Böyük Litva Knyazlığının paytaxtı olduğu düşünülür. Voruta haqqında yazılı mənbələrdə bir dəfə qısaca bəhs olunur və dəqiq yeri məlum deyil. Bütün qeyri-müəyyənliklərə baxmayaraq, Voruta anlayışı Litva təsəvvüründə məşhur və populyardır. == Tarixdə == İlk və yeganə litva kralı olan Mindauqas, doğma bacıları Tautvilas və Edivydasın Jemaytiya şahzadəsi Vykintasa qarşı daxili müharibəsi zamanı Vorutada müdafiə edildi. İpativ salnaməsindən götürülmüş bu məlumat, Voruta haqqında yazılmış yeganə çəlumatdır. Mindauqas qalası ifadəsinə daha iki dəfə rast gəlinmişdir, lakin nə adı, nə də yeri göstərilməmişdir. Bu qısa qeydlərin eyni yerə aid olub-olmadığı məlum deyil. Buna baxmayaraq, 19 və 20-ci əsrlərdə bəzi tarixçilər onu "Litvanın ilk paytaxtı" adlandırdılar və yerini müəyyənləşdirməyə çalışdılar. Ümumilikdə Vorutanın təklif edilən təxminən on dörd yeri var. Digərləri, Voruta'nın əsl şəhər olmadığını, sadəcə paytaxt mənasını verən bir sözün səhv şərh edildiyini iddia edirlər.
Fortuna (mifologiya)
Fortuna — Roma mifologiyasında bəxt tanrısı. Çox zaman rəsmlərdə gözübağlı və ayaqları altında təkər təsvir olunur.
Fortuna Liqa
Fortuna Liqa - Çex Respublikasının ən yüksək futbol liqasıdır. Liqada 18 komandadan biri çempionluğundan sonra UEFA Çempionlar Liqasına, 2 -ci və 3 -cü sıradakı komanda isə UEFA Avropa Liqasına çıxır. Liqanın sonunda son iki yerin sahibləri Çex 2 - ci Liqasına düşür.
Fortuna fontaneziyası
Fortuna traxikarpusu
Fortuna traxikarpusu (lat. Trachycarpus fortunei) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin traxikarpus cinsinə aid bitki növü. == Təbii yayilması == Qərbi Himalay, Çin və Yaponiyada dağ meşələrində, kasıb torpaqlarda yayılmışdır. Vətənində bu bitki Çin çətənə palması adlanır. == Botaniki təsviri == Hündürlüyü 10 m-dən çoxdur. Çətiri kiçikdir. Yarpaqları üst tərəfdən parlaq, yelpikvari, tünd-yaşıl, alt tərəfdən göyümtülü, çoxsaylı buğumlara bölünmüşdür, diametri 60 sm-ə çatır. Saplaqları çılpaq iynəsiz, bünövrəsində cod tükçuklüdür. Çiçəyi sarı, ətirlidir, iri qoltuq çiçək qruplarında yerləşir. Yarpaq buğumlarının miqdarı 30-a çatır.
O Fortuna
O Fortuna— XII əsrin əvvəllərində yazılmış orta əsr Latın Qoliardik şeridir. O Fortuna həmdə Carmina Burana kimi tanınan kolleksiyanın hissələrindən biridir. Bu Roma mifologiyasındakı xoşbəxtlik təcəssümünə, Fortuna və taleyə narazılıq edir. 1935-1936-cı ildə Alman bəstəkar Karl Orf öz Carmina Burana kantatasının ən məşhur hissəsi və əsərin açılış və bağlanış hissələrində ifa edilən "Fortuna Imperatrix Mundi" kimi adlanan musiqi bəstələdi. Birinci dəfə 8 iyun 1937-ci ildə Alte Operdə səhnələşdirilib. Ton son doqquz bara qədər məqamlıdır. Konsertin müddəti iki dəqiqə yarımdan bir az daha çoxdur. Orffun şeir üzərindəki aktları olduqca populyar olub saysız-hesabsız klassik musiqi orkestrləri və sənətkarlar tərəfindən ifa edilib. Bu musiqi parçası çoxsaylı filmlər və televiziya reklam çarxlarında eşidilir və dramatik və ya həlledici hallarda əhval-ruhiyyəni tənzimləmək üçün populyar mədəniyyətin əsasında çevrilib. "O Fortuna" İngiltərədə son 75 ilin ən çox ifa olunan klassik musiqi əsəri halına gəlmişdir.
Euseius orcula
Euseius orcula (lat. Euseius orcula) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Forçun kəpənəkçiçəyi
Forçun fontaneziyası
Forçun fontaneziyası (lat. Fontanesia fortunei) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fontaneziya cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək, nazik, düz budaqlı, bütün hissələrində çılpaqdır. Yarpaqları neştərvari və ya yumurtavari-neştərvari, uzunluğu 3-6 sm, eni 0,8-1,5 sm, zoğlarda uzunluğu 11 sm-dək, ucu biz, kənarları bütöv, parlaq yaşıl, saplaqların uzunluğu 1-3 mm-dir. Uc süpürgələrin uzunluğu 3-5 sm, qoltuqda olanlar qısa, çiçəkləri yaşılımtıl-ağ, uzunluğu 3 mm, qısa çiçək saplağında yerləşir. Meyvəsi ellipsvari, ucu bir az batıq uzunluğu 8 mm-dir. == Ekologiyası == Şaxtaya davamlıdır, sərt şaxtalarda bəzən yerüstü hissəsi donur, yazda isə bərpa olur. Rütubətsevəndir, Abşeronda münbit torpaqlarda becərilir. == Azərbaycanda yayılması == Azərbaycanda 1845-ci ildən mədəni şəraitdə becərilir.
Fortuna başcıqlı qaraçöhrə
Fortuna başcıqlı qaraçöhrə (lat. Cephalotaxus fortunei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin başcıqlı qaraçöhrəkimilər fəsiləsinin başcıqlı qaraçöhrə cinsinə aid bitki növü. Kiçik gövdəli, alçaq boylu koldur. Bitkinin çətiri enli-oval olub, yarpaqları üfüqi cərgələrdə yerləşir, hamardır, uzunluğu 9 sm-ə qədərdir. Yarpaq ayaları dərili və parlaqdır. Yarpağın üst hissəsi yaşıldır, alt tərəfi isə açıq rəngli zoqlarla örtülmüşdür. Başcıqlı qaraçöhrənin cavan bitkiləri soyuqdan əziyyət çəkir, ancaq sonradan normaya düşərək qışda yaxşı böyüyür. Başcıqlı qaraçöhrə rütubətli və soyuq olmayan yerlərdə becərilməlidir. Başcıqlı qaraçöhrə kölgəyə davamlı bitkidir. Ancaq çox günəşli yerlərdə də yaxşı bitir.
Vörcin (Formula-1 komandası)
Vörcin (ing. Virgin Racing) avtomobil yarış komandası, 2010-2011-ci illərdə Formula 1-də iştirak etmişdir.Bu yarışda iştirak etmək üçün komanda, hüquqları 2009,12 iyunda alır. == Tarixi == Koomandanın prototipi Formula 3 yarışlarında iştirak edən Manor Motorsport idi və komanda 2010-cu il başlanğıc sezonda Manor Grand Prix adı altında çıxış etməli idi. Lakin komanda Richard Branson tərəfindən alındı və Virgin Racing adına dəyişdirildi. Komanda Britaniya lisenziyasına sahib idi. Nikola Fomeko rəhbərlik etdiyi Marusya motors komandanın sponsoru idi. Həmçinin Fomenka mühəndislik şöbəsinə rəhbərlik edirdi. 2010 cu ildə komanda bütövlükdə satıldı və Marussia Virgin Racing adına dəyişdirildi. 2012-ci ildə Komanda Rusiya bayrağı altında fəaliyyət göstərdi və ad dəyişilərək Маруся oldu. Vörcin və Marusya komandaları Cosworth mühərriklərindən istifadə edirdi.
Borcun çağırışı 4: Müasir Müharibə
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.