Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vostoçnıy adası
Vostoçnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Vostoçnıy adasından 1,4 km qərbdə Zapadnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada naviqasiya üçün təhlüləlidir. Maksimal hündürlüyü 14 metrdir.
Sivuçi Kamen Vostoçnı
Sivuçi Kamen Vostoçnı adası — Komandor adalarının tərkibinə daxil olan ada. Mednı adasının şərqində, sahildən 0,5 km aralıda yerləşir. Öz növbəsində ada Rusiya Kamçatka diyarı Aleut rayonu ərazisinə daxildir. Komandor qoruğu ərazisinin tərkib hissəsini təşkil edir. Adada yaşayış yoxdur.
Vostoçnıy adası (Sedov arxipelaqı)
Vostoçnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Arxipelaqın şərqində yerləşir. Vostoçnıy adasından qərbdə Fiqurnıy adası yerləşir. Ancaq faktiki olaraq bu adalar bir adadır. Onlar uzunluğu 9 km, eni isə 250 m olan bərzəxlə birləşir. Bununla belə bir çox xəritələrdə adalar ayrı göstərilir. Oktyabr İnqilabı adasında yerləşən Paris Komunası yarımadasından 5,1 km şimalda yerləşir. Cənub-qərbdən şimal-şərqə doğru 6,3 km məsafədə uzanır. Eni 5,2 km-dir.
Bostoçnıy adası
Vostoçnıy adası — ada Şimal Torpağının cənubunda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisində yerləşir. Ada Opasnıe adalarına daxildir. Vostoçnıy adasından 1,4 km qərbdə Zapadnıy adası yerləşir. Yaxınlığındakı adalar: Bolşevik — 45 km şərqdə, Oktyabr İnqilabı adası — 50 km şimalda, Krasnoflotskie adaları — 25 km şimal-şərqdə. Ada Kara dənizinin şelf zolağı ilə uzanan sualtı silsilənin səthə çıxdığı yerləşir. Ada naviqasiya üçün təhlüləlidir. Maksimal hündürlüyü 14 metrdir.
İstoçnik (Şaran)
İstoçnik (başq. Источник, rus. Источник) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Dimitriyevo Polyanka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 18 km, kənd sovetliyindən (Dimitriyevo Polyanka): 13 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (52 %), tatarlar (31 %) üstünlük təşkil edir.
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.