CƏNUB-ŞƏRQ
CƏNUBİ
OBASTAN VİKİ
Cənub-Şərqi Asiya
Cənub-Şərqi Asiya — Çin, Hindistan və Avstraliya arasında makroərazini əhatə edən region. Hind-Çin yarımadasını, Malay arxipelaqını və Asiya-Sakit okean regionunun bir hissəsini əhatə edir.Regiona İndoneziya,Laos,Myanma,Tailand,Malayziya,Yeni Qvineya,Vyetnam,Kamboca, Filippin adaları daxildir. == Ədəbiyyat == Берзин Э. О. Юго-Восточная Азия в 13-16 вв. — М., 1982. Литвинов Н. Н. Стратегический менеджмент на примере Азиатско-Тихоокеанского региона. Монография. — Соликамск: Типограф, 2010. — 200 [10] с. — (Strategic Management in the Asian-Pacific) — ISBN 978-5-91252-029-7 Народы Юго-Восточной Азии. — М., 1966.
Cənub-şərqi Qap
Cənub-şərqi Qap (fr. Gap-Sud-Est) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azür, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0529. Cənub-şərqi Qap kantonuna Qap kommunasının bir hissəsi daxildir. == Əhali == 2007-ci ildə əhalinin sayı 7 938 nəfər təşkil edirdi.
Cənub-şərqi Qaraqum
Cənub-şərqi Qaraqum (türkm. Günorta-Gündogar Garagum) — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum səhrasının tərkibinə daxildir. == Coğrafiyası == Səhra Amudərya və Tecen çayları arasənda qərarlaşır. Cənub-şərqi Qaraqum ilə Mərkəzi Qaraqumun sərhədindən Tecen Çarcou dəmir yolu keçir. Cənub-şərqi Qaraqum kifayət qədər düzəngahdır. Hündürlük 50–200 m arasında dəyişir. Qum silsilələri 3–30 m hündürlüyə, 150-200 metr uzunluğa malik olur. Burada barxanlara, şoranlıqlara və takırlara rast gəlmək olur. Cənub-şərqi Qaraqum səhrasında qədim çayın yadağı yerləşir ki, hazırda Qaraqum kanalı axarlar hərəkət edir.
Cənub-Şərqi Avropa
Cənub-Şərqi Avropa ölkələri — regiona Ukrayna, Rumıniya, Moldova, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Serbiya, Monteneqro, Kosova, Xorvatiya, Bosniya və Herseqovina daxildir. Regionun ərazisinin və əhalisinin təxminən yarısı Ukraynanın payına düşür. Bu qrup ölkələrin İCM (iqtisadi coğrafi mövqeyi)-nin başlıca xüsusiyyətini Adriatik, Qara və Azov də- nizləri ilə əhatə olunması müəyyən edir. Dunay çayının Serbiya, Monteneqro, Bolqarıstan və Rumıniyanın, Dnepr çayının Ukraynanın, Dnestr çayının isə Moldova ərazisindən keçməsi bu ölkələrin daxili bölgələrini Qara dənizlə birləşdirir. Regionda əhalinin təbii artımı Avropanın bütün regionlarından çoxdur. Xüsusilə Albaniya yüksək təbii artımı ilə fərqlənir. Əhalinin milli tərkibində slavyan xalqları üstünlük təşkil edir. Region ölkələri həm əhalisinin sıxlığına, həm də urbanizasiya səviyyəsinə görə Mərkəzi Avropadan xeyli geridə qalır. Ən iri şəhərləri Buxarest, Kiyev, Xarkov, Odessa, Dnepropetrovskdur. Ukrayna inkişaf etmiş sənaye-aqrar ölkədir.
Cənub-Şərqi Anadolu bölgəsi
== Şəhərlər ==
Cənub-Şərqi Avropa ölkələri
Cənub-Şərqi Avropa ölkələri — regiona Ukrayna, Rumıniya, Moldova, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Serbiya, Monteneqro, Kosova, Xorvatiya, Bosniya və Herseqovina daxildir. Regionun ərazisinin və əhalisinin təxminən yarısı Ukraynanın payına düşür. Bu qrup ölkələrin İCM (iqtisadi coğrafi mövqeyi)-nin başlıca xüsusiyyətini Adriatik, Qara və Azov də- nizləri ilə əhatə olunması müəyyən edir. Dunay çayının Serbiya, Monteneqro, Bolqarıstan və Rumıniyanın, Dnepr çayının Ukraynanın, Dnestr çayının isə Moldova ərazisindən keçməsi bu ölkələrin daxili bölgələrini Qara dənizlə birləşdirir. Regionda əhalinin təbii artımı Avropanın bütün regionlarından çoxdur. Xüsusilə Albaniya yüksək təbii artımı ilə fərqlənir. Əhalinin milli tərkibində slavyan xalqları üstünlük təşkil edir. Region ölkələri həm əhalisinin sıxlığına, həm də urbanizasiya səviyyəsinə görə Mərkəzi Avropadan xeyli geridə qalır. Ən iri şəhərləri Buxarest, Kiyev, Xarkov, Odessa, Dnepropetrovskdur. Ukrayna inkişaf etmiş sənaye-aqrar ölkədir.
Cənub-Şərqi Şirvan düzü
Cənub-Şərqi Şirvan düzü — Kür çayının sol sahilində, Kür çayı ilə Xəzər dənizi arasındakı ərazidə yerləşir. Ərazisinin böyük hissəsi Salyan rayonuna daxildir. Düz palçıq vulkanlarının yayıldığı ərazilərdəndir. Düz Yuxarı şirvan kanalının qidalandırdığı Çala göllərinə sahibdir. Ərazisində Şirvan Milli Parkı yerləşir. Çöl, yarımsəhra lanşaftına sahibdir.
Cənub-şərqi Anadolu regionu
== Şəhərlər ==
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
2021 Cənub-Şərqi Asiya Oyunları
Ümumilikdə 31-ci Cənub-Şərqi Asiya Oyunları kimi tanınan və daha çox Vyetnam 2021 kimi tanınan 2021-ci il Cənub-Şərqi Asiya Oyunları 2022-ci il mayın 12-dən 23-dək keçiriləcək iki ildən bir keçirilən regional multi-idman tədbiri olan Cənub-Şərqi Asiya Oyunlarının 31-ci buraxılışı olacaq. Hanoi, Vyetnam. Əvvəlcə 21 Noyabr — 2 dekabr 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılırdı, COVID-19 pandemiyası nəticəsində 12–23 may 2022-ci il tarixinə köçürüldü. Burada əsasən Olimpiya Oyunlarında oynanan 40 idman növü olacaq. Vyetnam 2003-cü ildən bəri ikinci dəfədir ki, Dəniz Oyunlarını keçirəcək. == Ev sahibi seçilməsi == Hanoy və Ho Chi Minh şəhəri oyunlara ev sahibliyi etmək üçün öz təkliflərini təqdim etdilər. Ho Chi Minh City əvvəlcə üstünlük verilən şəhər olsa da, Hanoy mövcud idman qurğularına görə prioritet yer hesab olunur. Bu, Vyetnamın Baş naziri Nguyễn Tấn Dũng ölkənin maliyyə məhdudiyyətlərini əsas gətirərək 2018-ci il Asiya Oyunlarına ev sahibliyindən çıxmasından sonra əyalət və şəhərlərə xərcləri azaltmaq üçün idman tədbirləri üçün yeni obyektlər tikməməyi əmr etdikdən sonra baş verib. == Ertələnməsi == Əvvəlcə 21 noyabr — 2 dekabr 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılan 2021 Cənub-Şərqi Asiya Oyunları COVID-19 pandemiyası səbəbindən 2022-ci il mayın 12-dən 23-nə təxirə salındı.
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
ARB Cənub
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. == Tarixçə == “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). == Coğrafiya == Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. == İnzibati bölgü == Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub akalifi
Avstraliya akalifi (lat. Acalypha australis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Cənub balinası
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) — Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikri dolaşırdı. == Görünüşü == Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir). == Yayılması == Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°Cənub enliklərində yaşayır.
Cənub bülbülü
Cənub dağdağanı
Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır. == Ekologiyası == Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Cənub dəlizoğalı
Cənub dəlizoğalı == Təbii yayılması == İlk dəfə Qafqazda təsvir edilmişdir; Krımda, Volqanın aşağı sahillərində təbii halda bitir. == Botaniki təsviri == Boyu 4 metrə çatan, geniş çətirli, tutqun yaşıl rəngli koldur. Yarpaqlarının uzunluğu 9 sm-ə qədərdir, saplaqlı, dəyirmi və ya geniş pazvarıdır, damarları 4-5 cüt olmaqla aydın seçilir, üst tərəfdən parlaq-yaşıl, alt tərəfdən nisbətən solğun, tükcüklüdür. Çiçək qrupu 6 sm enində olub, qalxanvarı çətirdə yerləşir. Kasacığı qısa dişlidir, daxildən tükcüklüdür, ləçəkləri neştərvaridir. May-iyun aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabr aylarında yetişir. Meyvəsi kürəvarıdır, qaramtıl, çəyirdəklidir. Toxumunun 1000 ədədi 48-50 qramdır. Kök pöhrələri ilə yaxşı çoxalır. == Ekologiyası == Çay kənarlarında, qayalarda, rütubətli yerlərdə bitir.
Cənub kordilinası
Cənub kordilinası (lat. Cordyline australis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin kordilina cinsinə aid bitki növü. == Təbii yayılması == Yeni Zelandiya endemikidir. Türkiyədə, Şimali-Qərbi Suriyada, Cənubi Qafqazda, Qərbi Avropada, Cənubi Amerikada və bir çox başqa ölkələrdə qayalı açıq yamaclarda və quru düzənliklərdə bitir. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə qədər olan, bünövrəsindən qalınlaşmış ağac və ya koldur. Gövdədə yarpaqlar dəstəyə yığılmışdır. Budaqları düz dayanandır. Kladodiləri əyri-uzunsov-lansetvari, parlaq, uzunluğu 5-6 sm, eni 1,5-2 sm olub, ucu bizdir. Budaqlarının təplərində uzunluğu 0,3-1 m-ə qədər olan yarpaq topaları vardır. Yarpağı oturaq, qılıncvari, yaşıl, uzunluğu 40-90 sm, eni 3-7 sm-dir, çoxsaylı paralel damarcıqlıdır.
Cənub nalburunu
Cənub nalburunu (lat. Rhinolophus euryale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin nalburunlar fəsiləsinin nalburun cinsinə aid heyvan növü. == Statusu == 3 (1994 - 2000-ci illərdə BTMİ-nın Qırmızı Siyahısındə «həssas» - VU A2c növ kimi qiymətləndirilmişdir). Nadir, azsaylı, periferik növ olmaqla məhdud ərazilərdə yayılmışdır. Qafqazda ekspert dəyərləndirmələrinə görə «nəsli kəsilmək təhlükəsi» (EN) statusuna malikdir. == Yayılması == Areal R. euryale Şimal-şərqi Afrika, Cənubi Avropa, Qafqaz, Kiçik, Ön və Orta Asiyanın d.s-dən 1500 m qədər aşağı meşəlik ərazilərini əhatə edir. Qafqazda qeyri bərabər yayılmaqla d.s-dən 1250 m aşağı qeydə alınmışdır. Azərbaycanda təsadüfi fərdlər 4 məntəqədə, Kiçik Qafqazda, daha dəqiq Ordubad Milli Parkında və Dağlıq Qarabağda tapılmışdır. == Məskunlaşdığı yerlər və həyat tərzi == Azərbaycanda arid landşafta malik ərazilərdə məskunlaşmışdır. Areal daxilində cənub nalburunu oturaq növdür.
Cənub tikanbalığı
Cənub tikanbalığı (lat. Pungitius platygaster) — Tikanbalığıkimilər fəsiləsinə daxil olan balıq növü. == Yayılması == Qara dəniz, Xəzər dənizi, Aral dənizi sularında yayılmışdır. Dunay çayında Belqrada qədər ərazilərdə müşahidə edilir. Yunanıstanın Vardar, Alyakmon çaylarında qeydqə alınmışdır. Onlara həmcinin İssık-Kul gölündə, Sarısu, Tobol çaylarında müşahidə edilirlər. Azərbaycanda Cənubi Xəzər sahillərində, Kür çayının aşağı axarlarında, Quba-Xaçmaz massivindən axan çaylarda müşahidə edilirlər. == Təsviri == Bel üzgəcinin önündə 8–11 arası tikan olur. Qarın tikanı azacıq diş-dişdir. Şirin və şorsulu ərazilərdə yaşaya bilir.
Cənub yarımkürəsi
Cənub yarımkürəsi — Yer kürəsinin ekvatordan cənubda olan hissəsidir. Cənub yarımkürəsində təqvim yayı dekabr-fevral aylarında, təqvim qışı isə iyun-avqust aylarında olur. Antarktida, Avstraliya və Cənub okeanı bütünlüklə, Cənubi Amerika, Afrika və Asiyanın böyük hissəsi, eləcə də Atlantik, Hind və Sakit okeanlarının cənub hissəsi Cənub yarımkürəsində yerləşir. Argentina, Avstraliya, Boliviya, CAR, Çili, Peru, Yeni Zelandiya və digər ölkələr Cənub yarımkürəsində yerləşir.
Cənub yukkası
Cənub yukkası (lat. Yucca faxoniana) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Meksikada bitir. == Botaniki təsviri == Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır. == Ekologiyası == Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir.

Значение слова в других словарях