Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Votsap
WhatsApp (azərb. Votsap‎) — smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Müxtəlif platformalarda Android, BlackBerry OS, BlackBerry 10, iOS, Series 40, Symbian (S60) və Windows Phone. Messenceri yaratmış şirkət Yan Kum və Brayan Akton tərəfindən 2009-cu ildə əsası qoyulmuşdur. Şirkətin mərkəzi ofisi Santa-Klara, Kaliforniya ştatında yerləşir. WhatsApp-ın köməyi ilə hər gün 2 milyard mesaj (2012-ci il aprel ayında) göndərilirib. (cari ilin avqust ayında 10 milyarddan çox olmuşdur. 2015-ci ilin yanvar ayında isə bu rəqəm 30 milyardı ötmüşdü. İstifadəçilərin dəqiq miqdarı açılmır, amma Benedict Evans (Enders Analysis) analitikinin qiymətləndirilmələrinə görə oktyabrda (2012-ci il) 100 milyonu ötürdü.
Tokat
Tokat — Türkiyənin Tokat ilinin inzibati mərkəzi. Qaradəniz bölgəsində yer alan Tokat şimalında Samsun, şimal-şərqində Ordu, cənub və cənub-şərqində Sivas, cənub-qərbində Yozğad, qərbində Amasiya ilə həmsərhəddir. 2009-cu ilin siyahıyaalmasına görə 129.879 sakinə sahib idi. Əhalinin sayı 2018-ci ildə 201.294 nəfərə çatmışdır.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Vokal
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Rəşidəddin Vətvat
Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat (1088 və ya 1087, Bəlx, Bəlx vilayəti – 1182) — İslam alimi, mühəddis, şair. Rəşidəddin Məhəmməd ibni Məhəmmədil-Vətvat 1080-ci ildə Bəlx şəhərində anadan olmuşdur. Orta çağın ən ötülməz şeirşünaslarından sayılan Rəşidəddin Vətvat (1080–1178) "Hədaiq əs-sehr fi dəqaiq əş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") risaləsində ən nəfis söz möcüzələrindən bəhs edərkən 4 dəfə Qətrandan iqtibaslar edirdi. Rəşidəddin Vətvat "Töhfətus-siddiq", "Fəslül-xitab", Ünsul-ləhfan" adları ilə ilk üç xəlifənin sözlərini topladığı kimi "Mətlubu külli talib" adı ilə Həzrət Əlinin (ə) də yüz sözünü toplamış, hər birini farsca bir qitə ilə tərcumə etmişdir.
Volkan Bozkır
Volkan Bozkır (22 noyabr 1950, Ankara) — türk vəkil, diplomat və siyasətçi. Türkiyə Cümhuriyyətinin keçmiş naziri və Avropa Birliyinin baş müzakirəçisi, İstanbul millət vəkili, TBMM Xarici İşlər Komitəsinin sədri, Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun sədri vəzifəsini icra etdi. Volkan Bozkır 22 noyabr 1950-ci ildə Ankarada anadan olub. Atasının adı Fethi, anasının adı Sevgi. Ankara Universiteti Hüquq Fakültəsini 1971-ci ildə bitirib. 1972-ci ildə daxil olduğu Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1987–1989-cu illər arasında Baş nazir Turgut Özalın Xarici Məsləhətçisi, 1989–1992-ci illər arasında New York Baş Konsulluğu və 1992–1996-cı illər arasında Dövr Prezidentləri Turqut Özal və Süleyman Dəmirəl vəzifələrində çalışmışdır. Şəxsi qələm müdiri və xarici məsləhətçi kimi çalışmışdır. 1996–2000 illəri arasında Buxarestdəki səfirlik, 2000–2003 illəri arasında Avropa Birliyi Baş katibinin köməkçisi, 2003–2005 illəri arasında Xarici İşlər Nazirliyi, 2005–2009 illəri arasında müvəkkil köməkçisi və səfir adı olaraq Türkiyənin Avropa Birliyindəki Daimi Nümayəndəliyində tapıldı. 2009-cu ildə başlayan Avropa Birliyi, Baş katiblik vəzifəsindən istefa edərək 2011 mart 2011 ümumi seçkilərində İstanbulda Ədalət və İnkişaf Partiyası 2. Bölgəyə millət vəkili namizədi oldu.
Volkan Dəmirəl
Volkan Dəmirəl (27 oktyabr 1981, İstanbul, Türkiyə) — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı. Fənərbaxçadakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə Samsunspora qarşı çıxıb. Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0-2 hesabı ilə məğlub durumda olsa da sonda 3-2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
Əli Volkan
Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir.
Volkan Ünlü
Volkan Ünlü (d. 8 iyul 1983, Gelzenkirxen ) — türk qapıçı. O , "Şalke 04" ün qapıçı məşqçisidir. Futbola 1995-ci ildə 12 yaşında ikən FC Gladbeck komandasında başlayıb. Bir il sonra SV Höntrop klubuna keçdi. O, burada ikinci ilindən qapıçı kimi fəaliyyətə başlayıb. O, qapıda istedadı ilə güclü təsir bağışlayıb və karyerasını bu vəzifədə davam etdirib. 1998-ci ildə "Şalke 04" ə keçib. Müxtəlif infrastruktur səviyyələrində oynadıqdan sonra ilk dəfə 2002-03 mövsümündə A komandası ilə işləməyə başladı. 2003-04 mövsümündə FC Schalke 04 II komandasına yüksəldi.
Vamıq Volkan
Vamıq D. Volkan (türk. Vamık D. Volkan; 1932, Nikosiya, Nikosiya rayonu[d]) — əslən Kipr türkü olan ABŞ psixiatrı. O, dialoq və qarşılıqlı anlaşma üçün münaqişəli qrupları bir araya gətirən 40 illik fəaliyyəti ilə tanınır. Bir çox digər mükafatları arasında Beynəlxalq Dialoq Təşəbbüsünün fəxri prezidentidir. Obyektlərin əlaqələndirilməsi yas tutanları (çox vaxt təsadüfi birləşmə yolu ilə) faktiki itki anına bağlamağa xidmət edən bir nəzəriyyədir. Bu, faktiki obyektlər, hərəkətlər və ya ölülərlə eyniləşdirmənin başqa formaları ilə əlaqəli ola bilər. Volkanın Edvard Bibrinqin əsəri üzərində qurduğu "yenidən kədər terapiyası" "ölüm keyslərini – onun necə baş verdiyi, xəstənin xəbərə reaksiyası və cəsədin görülməsi, dəfn mərasimi hadisələri və s. nəzərdən keçirmək üçün onları geri götürərək" patoloji yas tutanları azad etməyi planlaşdırırdı. Vikianbarda Vamıq Volkan ilə əlaqədar mediafayllar var International Dialogue Initiative (IDI) 2015 Sigourney Award Claude Moore Library-Historical Collections About Vamik Volkan "Migration". Ferhat.
Lotka qanunu
Lotka qanunu (ing. Lotka’s law) — 1926-cı ildə ABŞ riyaziyyatçısı, fiziki kimyaçısı Alfred Lotka tərəfindən təklif edilmişdir. Lotka öz işində 2 verilənlər bazasından istifadə etmişdir, 1907–1916-cı illərdə çap olunmuş "Chemical Abstracts" jurnalında kimya sahəsinə aid olan məqalələr (yalnız soyadı A və B hərfi ilə başlayan müəlliflər); "Auerbach’s Geschichtstafeln der Physik" jurnalında fizika sahəsinə aid olan məqalələr analiz olunmuşdur. Elmi məhsuldarlığın Lotka qanunu ixtiyari elm sahəsində məqalələrin çap edilmə tezliyini öyrənir. X {\displaystyle X} sayda məqaləsi olan alimlərin sayı ( Y {\displaystyle Y} ) 1 məqaləsi olan alimlərin sayının ( C {\displaystyle C} ) 1 / X n {\displaystyle 1/X^{n}} hissəsinə təxminən bərabərdir (n≈2): Y = C X n ; {\displaystyle Y={\frac {C}{X^{n}}};} Misal üçün, əgər elmin bir sahəsəində əsərlərinin sayı 1-ə bərabər olan alimlərin sayı 100 olarsa, onda əsərlərinin sayı 2 olan alimlərin sayı 25, 3 məqaləsi olan alimlərin sayı 11, 4 məqaləsi olan alimlərin sayı 6 və s. olacaqdır. Nəhayət, 10 məqalə çap etdirən yalnız 1 alim olacaqdır. Bibliometriya Rasim Əliquliyev. Nigar İsmayılova. Bibliometriya: Müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri, 2015, 78 s.
Tokat ili
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Vokal (musiqi)
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Vokam adası
Vokam adası (ind. Pulau Wokam) — Aru adalarına aid ən iri ada. İnzibati cəhətdən İndoneziyayanın Maluku vilayətinə daxildir. Ada Arafur dənizində Arafur dənizində, Kobroor adasından şimalda, Kola adasından cənubda yerləşir. Sahəsi 1603,8 km², sahil xəttinin uzunluğu 322,5 km, ən hündür nöqtəsi 239 m təşkil edir.
Bek-vokal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Bek vokal
Bek vokal — Əsas vokalisti və ya digər bek vokalistləri uyğunluq təmin edərək arxa fonda müşayiət edən müğənni.
Vokal musiqi
Vokal ― bir və ya daha çox ifaçının ya instrumental müşayiət altında, ya da instrumental müşayiət olmadan həm monofonik, həm də polifonik olmaqla ərsəyə gətiriyi etdiyi ifa növü.
Absolut Vodka
Absolut Vodka — İsveçin cənubundakı Oxus şəhəri yaxınlığında istehsal olunan araq brendi. Absolut Fransanın Pernod Ricard qrupunun bir hissəsidir. Pernod Richard Absolutu 2008-ci ildə İsveç dövlətindən 5,63 milyard avroya satın alıb. Absolut Vodka dünyanın ən böyük spirtli içki brendlərindən biridir və 126 ölkədə satılır. Absolut brendinin əsası 1879-cu ildə Lars Ulsson-Smit tərəfindən qoyulub və məhsulun ilkin adı "Absolut Rent Brännvin" olub. Smit öz arağı ilə Stokholm şəhərinin spirtli içki bazarındakı monopoliyaya meydan oxuyub: o arağı şəhərdən kənarda, Reimersholme adasında satır və adaya pulsuz qayıq gəzintisi təklif edirdi. 1917-ci ildə İsveç hökuməti ölkənin alkoqol sənayesini inhisar altına aldı. Araq daha sonra "Absolut Rent Brännvin" adı ilə ölkə daxilində satıldı. Məhsul 1979-cu ildə Absolut Vodka adı ilə dünya bazarına çıxarılıb. Bu gün Absolut hər il 100 milyon litrdən çox araq satır (2018).
Volkan Şövkət Edigər
Volkan Şövkət Edigər (25 sentyabr 1953, Konya ili) - Türkiyəli diplomat (bürokrat), yazıçı, alim
Votkom qraflığı (Vaşinqton)
Votkom (ing. Whatcom) — ABŞ-nin Vaşinqton ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınma məlumatına görə əhalisi 201.140 nəfər olmuşdu. Ən böyük şəhəri və inzibati mərkəzi Bellinqham şəhəridir. Dairə 9 mart 1854-cü ildə İsland qraflığının ərazisində yaradılmışdır. Adın mənşəyi Lummi dilindəki Xwotʼqom sözündən götürülmüşdür və mənası "gurultulu su" deməkdir. Qraflığın şimal sərhəddi Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə olan beynəlxalq sərhəd təşkil edir ki, burada 4 Kanada şəhəri ilə qonşudur : Delta, Vayt Rok, Surrey, Lenqli. Qraflıq ilə Kanada arasında 5 sərhəd keçid məntəqəsi var : 2 ədəd Bleyndə, 1 ədəd Lindendə, 1 ədəd Sumas və 1 ədəd Poynt-Robertsda. ABŞ Siyahıyaalma Bürosu məlumatlarına görə qraflığın ümumi ərazisi 6483 km² olub, bunun 5457 km² quru, 1026 km² isə sudur.
Volnat-Krik (Arizona)
Volnat-Krik (ing. Walnut Creek) — ABŞ-nin Arizona ştatında Mohave qraflığında qeyri-korporativ icma və siyahıyaalma tərəfindən təyin edilmiş yerdir (CDP). 2020-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 571 nəfər idi.
"Qaya" Vokal Kvarteti
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.