Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. == Tarixi == Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Geriyə split
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
Hayduk Split FK
Hayduk (Split) — Xorvatiyanın futbol klubu
Split Beynəlxalq Aeroportu
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. == Aviaşirkətlər və uçuşların istiqaməti == Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) == İnkişaf planları == 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. == Təsviri == Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Split Beynəlxalq Hava Limanı
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. == Aviaşirkətlər və uçuşların istiqaməti == Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) == İnkişaf planları == 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Spilit
Spilit - albitləşmiş diabaz qrupuna aid olan paleotip bazalt süxur ("natriumlu bazalt"). Sualtı vulkanik püskürmə ilə əlaqədar olan lavalarda, araları, adətən, yəşəm tipli sementlə dolmuş kürəvi ayrılmaların olması və bu süxurların silisiumlu radiolariya süxurları ilə sıx assosiasiya onların su altında əmələ gəldiyini göstərir. Quruluşu mikrolit tipli, pilotaksit, yaxud intersertaldır. Mikrolitlər albitləşmiş plagioklazdan ibarətdir, onların arası isə xlorid və filiz mineralları (maqnetit, pirit, ilmenit), bəzən də dəyişilməyə uğramış hornblend və piroksenlə dolur. Spilit spilit-keratofir formasiya xarakter üzvü hesab edilir. Yer qabığının mütəhərrik zonalarının ilkin mərhələsi üçün səciyyəvidir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Aplit
Aplit (yun. άπλόος – sadə) — xırda və ya narın dənəli, nadir hallarda porfirvarı ağ, açıq boz, sarımtıl və ya çəhrayı rəngli (ümumiyyətlə açıq rəngli) minerallardan – xırda izometrik kvars və çöl şpatlarından ibarət maqmatik damar (dayka) süxuru. Aplitlərə azqalınlıqlı daykalar və damarcıqlar şəklində qranit və qranitoid kütlələrində, bəzən isə onlardan kənarda ətraf süxurların çatlarında rast gəlinir. Apltlərdə cüzi miqdarda rəngli minerallar – maqnetit, mikalar, bəzən qələvi piroksenlər və amfibollardan başqa aksessor mineral kimi muskovit, bəzən qranat və turmalin, adi aksessor minerallar – maqnetit, ortit, həmçinin apatit və bir çox başqa nadir minerallar (ksenotim, xrizoberill, aleksandrit, topaz, anataz və s.) var. Mikrostrukturu aplit və ya panidiomorf dənəvərdir; dənələrinin forması çox halda qeyri-düzgün üçbucaqlı və ya qeyri-düzgün dairəvidir. Tərkibinə və yatım şəraitinə görə Aplit dayka və damarcıqları maqmanın qalıq turş ərintisinin intruziv kütlələrin və ətraf süxurların çatlarına nüfuz edərək kristallaşıb bərkiməsi nəticəsində əmələ gəlir. Belə ərintilər həmişə su və digər uçucu komponentlərlə zəngin olduğundan maqmanın soyuması zamanı həmin komponentlərin ərintidən ayrılması onun kristallaşmasını sürətləndirməklə yanaşı xırda dənəli strukturun əmələ gəlməsinə səbəb olur; qalıq ərinti qapalı şəraitdə kristallaşdığı zaman peqmatitlər əmələ gəlir. Sinonimləri – qranitin, qranomazanit, xaplit; növləri – qranit-aplit, qranodiorit-aplit, diorit-aplit, kvarslı diorit-aplit, kvarslı monsonit-aplit, monsonit-aplit, plagioqranit-aplit, kvarslı siyenit-aplit, siyenit-aplit, tonalit-aplit. Azərbaycan ərazisində aplitlərə ən çox Kiçik Qafqazın Gədəbəy, Daşkəsən, Qabaqtəpə, Üçtəpə, Dəlidağ, Mehri-Ordubad və s. intruzivlərin qranitoid kütlələrində təsadüf olunur.
Splin
Splin — Rusiyanın rok qrupudur. == Yaranma tarixi == 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də — Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır. 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar.. Beləliklə, "Mitra" qrupu yaranır. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər. 1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir. Orada da mahnılar yazmağa davam edir. Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.
ESPRIT arena
Merkur Spiel-Arena — Almaniyada stadion. Avroviziya 2011 müsabiqəsinin keçirildiyi bu arena 2004-cü ilin sentyabrında istifadəyə verilib.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.