Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siderit
Siderit – Fe [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Mn - (oliqonit), Mg- (sideroplezit), Ca- (siderodot), Co- (kobalt-oliqonit) saxlayan sideritlər. == Xassələri == Rəng – bej, sarımtıl-boz, sarımtıl-qonur, qonur, qəhvəyi; Mineralın cizgisinin rəngi –ağ, sarımtıl; Parıltı – şüşə, ayrılma müstəvi-lərində–sədəfi, sıx kütlələrdə–tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,7-4,0; Sərtlik – 4-4,5; Kövrəkdir; Ayrılma – {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Lüminessensiya – limonu-sarı; Morfologiya – kristallar: nadir rast gəlir; çox vaxt əyilmiş üzlərlə səciyyələnən romboedrik, lövhəvarı, skalenoedrik; İkiləşmə: {0112} üzrə polisintetik və {0001} üzrə; Mineral aqreqatları: bütöv dənəvər, sıx torpaqvari kütlələr, sferolitlər, böyrəkvarı əmələgəlmələr, konkresiyalar, oolitlər, bəzən druzalar. == Mənşəyi və yayılması == Hidrotermal sideritə filiz mineralları ilə birlikdə, adətən, polimetal, bəzən isə qalay- volfram yataqlarında rast gəlinir. Həmçinin əhəngdaşı, dolomit və karbonatların əvəz olunması ilə əlaqədar olaraq yaranan metasomatik kütlələr təşkil edir. Bəzən siderit peqmatitlərdə, bazaltların boşluq və çatlarında müşahidə olunur. Sedimentogen siderit dəniz hövzələrinin laqun və körfəzlərində və hövzələrin dərinliyi az olan hissələrində lay və konkresiyalar şəklində əmələ gəlir. Əhəngli-gilli çöküntülərdə, çökmə dəmir filizlərində və b. qeyd edilir.
Hiveri
Hiveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 257 nəfərdir. == Toponimiyası == Hivəri oykonimi Hovarı, Hoveri variantlarında da qeydə alınmışdır. Belə ehtimal edilir ki, oykonim talış dilindəki hu (dağıdılmış, uçurulmuş) və var (yer, kənd, qala, möhkəmləndirilmış yer) sözlərindən düzəlib, "dağıdılmış kənd" mənasındadır. Yaşayış məntəqəsi köhnə kənd yerində salındığına görə belə adlandırılmışdır.
Hivəri

Vivari
Vivari — təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, əsasən laboratoriya heyvanları saxlanan bina. Vivaridən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
İvrit
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Şivərin (Əbhər)
Şivərin (fars. شيورين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (35 ailə).
İveria (qəzet)
İveria (gürc. ივერია) — XIX əsin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində Tiflisdə gürcü dilində çap edilən ədəbi və siyasi istiqamətli nəşr. Qəzetin təssisçisi XIX əsr məşhur gürcü müttəfəkiri İlya Çavçavadze idi. Qəzetin adı Gürcüstanın Qafqaz İberiyası kimi tarixi adına əsaslanaraq İberiya sözündən götürülmüşdü. Qəzet 1800-cü illərin sonlarında Gürcüstanın milli-azadlıq hərəkatına diqqət yetirirdi. == Tarixi == 1877-ci ilin martında İlya Çavçavadze ilk dəfə həftəlik nəşr olunan qəzet təsis etdi. Qəzet, tanınmış xeyriyyəçilər, iş adamları Zubalaşvili ailəsi tərəfindən maddi cəhətdən dəstəklənirdi."İveriya" qəzeti 1879-cu ildə aylıq dərgiyə çevrildi. 1880-ci ildə "İveriya" və "Droeba" qəzetinin redaksiyaları birləşdirilmişdir. Bundan sonra "İveriya" üç ayda bir dəfə böyük kitablar şəklində çıxmağa başladı. 1881-ci ildə yenidən aylıq qəzetə çevrildi.
Siqurni Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Tamar İveri
Tamar İveri (gürc. თამარ ივერი; 8 sentyabr 1971, Tbilisi) ― Gürcüstan opera sopranosu ifaçısı. Onun doğulanda adı Tamar Cavaxişvili idi, atası Avtandil Cavaxişvili bariton ifaçısı idi, həm də onun müəllimi olmuşdur. == Karyerası == Iveri opera debütünü 1998-ci ildə Verdinin "Otello" əsərində Dezdemona rolu ilə etdi..1999-cu ildə Zalsburq keçirilən Motsart Yarışmasında birinci mükafat qazandı. Bir neçə il 2000-ci illərin əvvəllərində Qrats Opera ansamblının üzvü idi, orada o, Verdinin "Don Karlos" operasında Elizabet rolunu, Françesko Çileanın "Adriana Lekuvrör" və Cakomo Puççininin "Ancelika bacı" əsərlərində baş rollarını canlandırmışdır, həmçinin Verdinin "Simon Bokkaneqra" operasında Ameliya və Dezdemona rollarında çıxış etmişdir.O, 2011-ci ilin dekabr ayında Milan şəhərindəki La Skalada debüt etdi, Daniel Barenboymun rəhbərlik etdiyi "Don Covanni" operasında Donna Anna rolunu almışdır. O vaxtdan Vyana Dövlət Operası, Metropoliten-opera, Kovent Qarden Kral Opera Teatrı, Bastiliya Operası və Zalsburq Festivalı kimi tədbir məkanlarında çıxış etdi. O, "Hamı belə edir" operasında Fiordilici, "Titanın mərhəməti"ndə Viteliya, "İdomeney"də Elettra, "Bohema"da Mimì və "Yevgeni Onegin"də Tatyana rollarını ifa etmişdir. == Münaqişələr == İveri 2013-cü ildə Tbilisidə homofobiya əleyhinə keçirilən mitinq barəsində səsləndirdiyi fikirlər mübahisələr doğrutmuşdur. Helə də böyük olmayan etiraz aksiyasının məqsədi Tbilisidə geylərin haqqlarının qorunması tələbi idi, həmin hadisə zamanı etirazçılarln üstünə minlərlə geylərə qarşı nümayişçilər hücüm etdi və 20 nəfərdən çox şəxs yaralandı. Bu insidentdən sonra iddia olunur ki, İveri Facebook səhifəsində Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə gürcü dilində məktub göndərdi: “Gürcüstan cəmiyyətinin parada necə tüpürdüyündən çox qürur duyuram ...
İvrit dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
İvrit əlifbası
İvrit əlifbası — Sami dil ailəsinə daxil olan və İsrail dövlətinin rəsmi dövlət dili olan İvrit dilinin yazılması üçün istifadə olunan əlifba. İvrit əlifbasında yazı digər Sami əlifbasındakılar kimi sağdan sola yazılır. Əlifba 22 samit hərfdən ibarətdir. Sait səslər yazılmır və sait hərf də yoxdur. Hərflər bitişdirilməz və ayrı yazılır. 5 hərfin sözün sonunda yazılışı başqa cürdür. Sait səslər (Nikkud, cəm: Nikkudot) əsas hərflərə qoyulan işarələrlə ifadə olunur, amma bu nöqtələmə çox vaxt istifadə olunmur. Bunlar ancaq dini mətnlərdə tədbiq olunur. İvrit əlifbası təkcə İsrail yəhudilərinin deyil, həmçinin Aşkenazilərin danışdığı və German mənşəli olan yidiş (yəhudi almanca) ilə Seferad mənşəli yəhudilərin danışdığı ladino (yəhudi ispanca) dilinin yazılmasında da istifadə olunur. Musa peyğəmbərin dövründə yəhudilərin müqəddəs kitabı olan Tövrat ivrit dilində yazıldığına görə yəhudilər bu dili "Müqəddəs Dil" də adlandırırlar.
Coys Uinifred Vikeri
Coys Uinifred Vikeri (ing. Joyce Winifred Vickery; 15 dekabr 1908 – 29 may 1979, Melburn) — Avstraliya botaniki.
Eme de Riveri
Eme de Riveri(Aimée Du Buc de Rivéry; d. 4 dekabr 1776, La Rober, Martinka)—Fransalı plantatorun qızı, Jozefina Boharnenin uzaq qohumu. == Həyatı == O, 4 dekabr 1776-cı ildə Dominika adasında, Latın Amerikasındakı Fransa kaloniyalarının birində doğuldu. Əlbəttə ki, söhbət Eme de Riveridən gedir və özü də gələcəkdə "Baş xanım əfəndi" olacaq Emenin atası varlı-hallı bir insan, xeyli sayda qul sahibi olan plantator idi. Emeni digər doğulan qız uşaqlarından fərqləndirən əsas cəhət onun az qala qızılı xatırladan saçlarıydı və bu diri möcüzəni görənlər heç cürə inanmaq istəmirdilər ki, bu qızılı tel dənələri qız uşağının başında bitən adi saçlardı, qızıl-zad deyil. Emenin hansısa qeyri-adu cəhətləri yoxuydu və təbii ki, onun gələcəyi də az qala müəyyənləşdirilmiş şəkildə görünürdü. Yəni ən aşağısı o, təhsil alacaqdı və sonra günlərin bir günü varlı bir plantator oğluna, yaxud da bir markizə ərə gedəcəkdi. Əslində elə belə də olmalıydı, amma... Bir dəfə rəfiqəsi, həm də əmisi qızı Jozefina Taşe ilə Eme fallarına baxdırmaq qərarına gəlirlər və adı dillər əzbəri olan baxıcı Kare qarının yanına yollanırlar. Qarı onları görən ilk andaca özünü itirmiş vəziyyətə düşür və onların falına baxmaqdan imtina edir.