Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. == Tarixi == Vivo 2009-cu ildə Çində yaradılıb.Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. == Fəaliyyəti == 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır. Bu da şirkətin qlobal smartfon istehsalçıları sıralamasında 5-ci yeri tutmasına səbəb olur.Şirkət 2017-ci ilin ikinci rübünün sonundada bazardakı mövqeyini qoruyur.Forbes- nəşrinin qeyd etdiyi kimi "Vivo"nun Avropa və ABŞ "smartfon bazarı"nda praktiki olaraq heç bir iştirakı yoxdur, lakin Çin ağıllı telefon bazarı o qədər genişdir ki, "Vivo"nun burada ilk üçlükdə olması, onu dünyanın aparıcı istehsalçılarından birinə çevirir.Vivo hazırda 4 fabrikə sahibdir, bunlardan 2-si Çindədir.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == CD1 == == CD2 == == DVD == == Mənbə == En Vivo - Genius.
İn vivo
İn vivo — ölü bir orqanizmdən, canlı orqanizmin və ya bir orqanizmin tamamının varlığını göstərmək üçün istifadə edilən söz. Biologiyada, in vitro təcrübələri orqan, hüceyrə, protein və ya biomolekullar üzərində tətbiq edilir, lakin tərsinə in vivo tədqiqatı bütün bir orqanizmin üzərində aparılır.
Kifoz
Kifoz - İnsan onurğasında baş verən qeyri-normal əyriliklərdən biri; onurğanın döş nahiyəsində önə doğru əyilməsi. Qozbelliyin əmələ gəlməsinə səbəb olur.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden
Multishow ao Vivo: Ivete Sangalo no Madison Square Garden — Braziliya müğənni İveti Sanqalu və nəğməkar şair, New York Madison Square Garden yaşayır qeydə tərəfindən on birinci albom edir.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Viqo
Viqo- İspaniyada, Qalisiya muxtar regionunda yerləşən şəhər və bələdiyyə. Viqo, Pontevedra əyalətinin və bütün bölgənin ən sıx məskunlaşdığı, eyni zamanda əyalət paytaxtı statusu olmayan ölkənin ən böyük bələdiyyəsidir. Sahəsi 109.06 km2 olan şəhərin əhalisi 2016-ci ilə olan rəqəmlə 198.537 nəfərdir.
Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Divok Oriqi
Divok Okot Oriqi (18 aprel 1995[…], Ostende[d], Flamand regionu[d]) — Belçikalı peşəkar futbolçu, İtaliyanın "Milan" klubunda və Belçika milli komandasında hücumçu kimi çıxış edir. == Klub karyerası == Oriqi futbolçu karyerasına "Lill"də başlayıb və 2013-cü ildə peşəkar karyerasında ilk qolunu vurub. Bir il yarım sonra futbolçunu, İngiltərə Premyer Liqa klubu "Liverpul" 10 milyon funt-sterlinq qarşılığında transfer edib və onu 2014–15 mövsümu üçün yenidən "Lill"ə icarəyə verir. Zədələrə görə "Liverpul"da möhkəmlənə bilmir və bir müddət və Almaniyanın "Volfsburg" klubunda da bir il icarədə olur. Oriqi 2018–19 mövsümündə kluba müxtəlif mühüm töhfələr verir və 2019 Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı geri dönüşdə iki qol vurur. O, həmçinin növbəti mövsümdə 2019–20 Premyer Liqasını qazanan "Liverpul"un son 30 il ərzində ilk liqa titulunu qazanan heyətində olur. "Liverpul"da 8 il keçirdikdən sonra, 2022-ci ilin yay transfer pəncərəsində daimi müqavilə ilə İtaliyanın "Milan" klubuna qoşulur.
Fransua Viyon
Fransua Viyon (tələffüzü [fʁɑ̃swa vijɔ̃] 1 aprel 1431, Paris – 1463, Fransa krallığı) — XV əsrdə yaşamış fransız şair. Orta əsrlər Fransasının ən məşhur şairlərindən biridir.Müasir Fransa şeirinin qurucusu hesab olunur. == Həyatı == Fransua Viyon 1431-ci ildə Parisdə dünyaya gəlmişdir. Bəzi mənbələrdə bu il 1432 kimi qeyd olunur. Viyonun əsl adı François de Montcorbier və ya François des Logesdır.Bu iki adın hər biri onun haqqındakı rəsmi sənədlərdə əks olunub. ==== Təhsil həyatı ==== Bakalavr təhsilinə 1449-cu ildə Paris Universitetində,maqistr təhsilinə isə 1552-ci ildə başlamışdır. == Əsərləri == Əsas əsəri Grand Testament (1461) adlı avtobiyoqrafik şeiridir. Eşq, uğursuzluq, ölüm mövzularına şeirləri mövcuddur.
Livon dili
Livon dili və ya Liv dili (latış. līvõ kēļ‎ və ya latış. rāndakēļ‎) Ural dillərinin Fin filialına məxsusdur.Fevral 2009-cu ildə son bu dil anadili olan şəxs vəfat edərək , demək olar ki ölü dildir.Eston dili ilə sıx bağlıdır. == Ümumi ifadələr == Salam! – Tēriņtš! Nuş olsun! - Jõvvõ sīemnaigõ! Səhəriniz xeyir! - Jõvā ūomõg! / Jõvvõ ūomõgt!
Mitoz bölünmə
Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir. Fasiləsiz surətdə davam edən bu prosesin öyrənilməsini asanlaşdırmaq üçün onu şərti olaraq 4 hissəyə ayırırlar: Profaza, Metafaza, Anafaza, Telofaza. Mitoz bölünmə prosesi İnterfazadan sonra başlayır. == Profaza == Mitozun birinci fazasıdır. Bu fazada hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda daha aydın görünür. Bu zaman ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir.
Siqurni Viver
Siqurni Uiver (/sɪˈɡɔːrni/ , ing. Sigourney Weaver; 8 oktyabr 1949[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktrisası və prodüser. Elmi fantastika və populyar mədəniyyət xadimi. O, 3 Akademiya Mükafatı, 4 Praymtaym Emmi Mükafatı və Toni Mükafatı nominasiyalarından əlavə, Britaniya Akademiyası Film Mükafatı, iki Qızıl Qlobus Mükafatı və Qremmi Mükafatı da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Kanal 4-ün bütün zamanların ən böyük 100 kino ulduzunun geri sayımında o, Top 20-də yalnız iki qadından biri olaraq 20-ci seçildi.
Vadoz suları
Vadoz suları (latınca Vadosus-dərin olmayan) - atmosfer mənşəli yeraltı sulara deyilir. Əsasən yağıntının yer qabığının üst laylarına hopması (infltrasiya) yolu ilə və qismən havadakı su buxarının süxurların məsamələrində sıxlaşması (kondensasiya) hesabına əmələ gəlir. [1] == Həmçinin bax == İnfiltrasiya Kondensasiya Yeraltı sular == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Venoz kateter
Venadaxili ya venoz kateter, periferik vena daxili kateter, PVK ( istehsalçı firma adları: Abbokath®, Braunüle®, Flexüle®, Venflon®, Viggo®) vena daxilinə müəyyən müddətə maye və dərman preparatlarının yeridilməsi ya applikasiyası üçün periferik xüsusən yuxarı ətraf venaların daxilinə qoyulan plastik və elastik bir borucuq. Venadaxili kateter qoyulduğundan sonra bir neçə gün ərzində istifadə oluna bilinir. == Qoyulma texnikası == == Tarixçəsi == 1962 ci ilə qədər vena daxilinə inyeksiya və infuziyalar dəmir iynələr vasitəsilə aparılırdı. Dəmir iynələr həm xəstələrin həm də tibbi personalın rahatlığı və təhlükəsizliyi baxımından çox əlverişsiz olduğundan, venadaxili elastik və plastik kateterlər ilk dəfə 1962 ci ildə kimyaçı həkim Bernd Braun tərəfindən icad edilmişdir. Tibbidə bəzən bu kateterləri "Braun kateterləri" də adlandırırlar.
Venoz sistemi
Kiçik qan dövranının venaları —
Vikos dərəsi
Vikos (kanyon) dərəsi (yun. Φαράγγι του Βίκου) — Yunanıstanın Pind dağları ərazisində yerləşən dərə. Vikos dərəsi ölkənin şimal şərqində, Yaniya nomundadır. Tumfi dağının cənum yamacında yerləşən dərənin uzunluğu 20 km, dərinliyi 450–1600 m, eni isə 400 metrdən 3-4 metrə qədər daralır.. Vikos Ginnesin Rekordlar Kitabına dünyanən ən dərin dərəsi kimi düşüb.. Dərə kanyondan bəzi cəhətlərinə görə fərqlənir, məsələn : en və uzunluq nisbəti.. == Yerləşməsi == Dərə Vikos-Aoos milli parkının mərkəzi hissəsində, Zaqori vilayətində yerləşir. Öz başlanğıcını Monodendri və Kukuli qəsəbələrindən götürür və Vikos rayonu ərazisində bitir.. Dərə daxilində kiçik çaylar var ki, sonda dərə boyu axan Voydomatis çayına birlışirlər. İl boyu ancaq bu çayda su olur..
Vinod Mehra
Vinod Mehra (13 fevral 1945, Amritsar, Britaniya Hindistanı – 30 oktyabr 1990, Bombey) 13 fevral 1945–ci ildə Amritsaredə anadan olub. Vinod kinoda uşaqkən 1958-ci ildə “Raagni” filmində debüt edib. Aktyor kimi 1971-ci ildə filmlərə çəkilməyə başlayıb. 20 il ərzində 100-dən artıq filmə çəkilib. Filmlərin əksəriyyətində baş rol ona həvalə edilib. Mehra Amitabh Baççan, Sanciv Kuçar, Rajeş Xanna, Dharmendra kimi aktyorlarla tərəf-müqabili olub. Rekha, Mouşmi Çatterci, Yoqita Bali, Şabana Azmi, Bindiya Qosvami kimi aktrisalarla çəkilib. Bir çox filmlərə çəkilməyinə baxmayaraq yalnız Amar Prem, Nagin, Jаni Dushman, Khuddar filmləri ona dünya şöhrəti gətirib. Anurodh (1977), Amardeep (1979) və Bemisaal (1982) filmlərinə görə “Ən yaxşı ikinci dərəcəli aktyor” nominasiyasında Filmfare mükafatı qazanıb. Ölümündən sonra 1990-cı ildə ekranlara çıxan “Üç hiddətli kişi” filminin rejissoru və prodüseri olub.
Vinod Xanna
Vinod Xanna (6 oktyabr 1946, Pişəvər, Britaniya Hindistanı – 27 aprel 2017, Mumbay) məşhur hind aktyoru və rejissoru olmuşdur. 1968-ci ildə başladığı aktyorluq karyerası 2017-ci ildəki vəfatına qədər davam etmişdir. O karyerası ərzində bir çox filmlərdə həm rol almışdır, həm də bir çox filmlərdə prodüserlik və rejissorluq etmişdir.
Vitor Belfort
Vitor Belfort (1 aprel 1977, Rio-de-Janeyro) — Braziliyanı ağır çəkidə UFC-də təmsil edən məşhur idman ustalarından biri. == Həyatı == Rio-de Janero şəhərində dünyaya gələn Vitor uşağlığdan Qreysi ailəsinin nümayəndəsi və məşhur ciu-citsu ustası Karlos Qreysinin başçılığı altında adı çəkilən idman növü ilə məşğul olmağa başlamışdır.Beləlilklə ciu-citsu idman növü ilə məşğul olan Vitor qara kəmər,Cüdoda qara kəmər,Şotokan idman növündədə qara kəmər ustası olmuşdur.Həyat yoldaşı Prado Coana,tanınşım tələbəsi Sezar Fereiradır. 9 Yanvar 2004-də Vitorun bacısı Priskila Belfort itkin düşdü və qohumlar onun haqqında heç bir informasiya almadı.2007-inci ilin avqust ayında Paiva adlı qadın Priscilanın oğurlanmasında iştirak etməsi barədə etiraf etdi,lakin onun harada necə şəraitdə saxlandığı barədə məlumatı olmadığın və onun tapılması üçün 3 milyon dollar istənildiyini söylədi .Braziliya polis orqanlarının axtarışı nəticəsində Priscilanın orqanlarının bir ağacın budağına taxılmış vəziyyətdə tapıldı və buna görə 3 nəfər mafiayaya bağlılığı olan şəxs saxlanıldı. Hələdə Belfort ailəsi buna inanmır və onun haralardasa sağ olub yaşamağı barədə ümid edirlər.Vitor Belfort uzun müddət keçməsinə baxmayaraq bacısının adını daşıyan saytda onun tapılması barədə yazışmalar edir.
Viven Olkok
Viven Olkok(ing. Vivien Alcock; 23 sentyabr 1924[…] – 11 oktyabr 2003[…], London) — Uşaq kitablarının müəllifi olan ingilis yazıçısıdır. == Həyatı və karyerası == Olkok, İngiltərənin Qərbi Sasseks əyalətindəki Uortinq şəhərində anadan olmuşdur və ailəsi on yaşında ikən Uiltşirdəki Devisesə köçmüşdür. Oxumağı, rəsm çəkməyi və nağıl danışmağı sevən üç bacının ən kiçiyi idi. Olkok, 1942 -ci ilə qədər Oksford Universitetinin Ruskin Rəssamlıq Məktəbində oxudu və İngilis Ordusunun Qadınlar Diviziyasına (Köməkçi Ərazi Xidməti) qoşulmaq üçün proqramdan ayrıldı. Olkok və Leon Qarfild Belçikada təcili yardım maşını sürərkən tanış oldular. Evləndilər və Ceyn Ostindən adını Ceyn qoyan bir qızı övladlığa götürdülər. Qarfild 1960-cı illərdə uğurlu uşaq yazıçısı oldu. İlk kitabı, 56 yaşında ikən 1980 -ci ildə Methuenli Cassie Palmerin Haunting'i nəşr olundu. Stonewalkers (1981) və təxminən iyirmi başqası ilə Ghosts'u izlədi.
Vivye (Averon)
Vivye (fr. Viviez, oks. Vivièrs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12305. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1396 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 815 nəfər (15-64 yaş) arasında 587 nəfər iqtisadi fəal, 228 nəfər hərəkətsiz (fəaliyyət göstərici 72.0%, 1999-cu ildə 71.1%) olmuşdur.
Viyoy adası
Viyoy adası (far. Viðoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 597 nəfər yaşayır. Sahəsi 41 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 841 m-dir. Arxipelaqın şimalında yerləşir. Fuqloy ilə Boroy adası arasında yerləşir. Tərcümədə «meşə adası» mənasını versə də əslində adada meşə yoxdur. == Coğrafiya == Farer adalarının ən ucqar şimal nöqtəsidir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır.