Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
TriGránit
TriGranit Development Corporation (azərbaycanca Triqranit Development Korporeyşn tələffüz olunur) — Macarıstanın ən böyük developer şirkəti. Şirkətin baş ofisi Budapeştdə yerləşir. Şandor Demyan (34 %), IMMOEAST Immobilien Anlagen developer şirkəti (25 %), Atticus Capital investisiya şirkətinin direktorlar şurasının həmsədri Nataniyel Rotşild (12 %), Barrick Gold şirkətinin direktorlar şurasının sədri Piter Munk (19 %) və OTP Group-un prezidenti Şandor Çani (10 %) şirkətin sahibləridilər. Şandor Demyan həmçinin şirkətin prezidentidir. Şirkət Mərkəzi və Şərqi Avropada daşınmaz əmlaka investisiya qoyur, yəni ticarət, ofis, əyləncə mərkəzləri və otellərin tikintisini həyata keçirir. Layihələrin investisiya portfelinin ümumi dəyəri 1,5 milyard avrodur. Şirkətin layihələri arasında aşağdakılar var: Millennium City Center (500 000 m²) WestEnd City Center (194 000 m²) Budapeşt Milli Teatrı Buxarestdə Esplanada City Center (880 000 m²) Zaqreb və Seyşel adalarında kurort əraziləri və s.
Vivianit
Vivianit — monoklinik sinqoniya. Kristalları prizmatik, bəzən lövhəvari, həmçinin izometrik və ya lövhəvari. Ayrılma {010} üzrə mükəmməl, {100} və {106} üzrə qeyri-mükəmməl. İkiləşmə {010} üzrə lövhəvari. Aqreqat: böyrəkvari, kürəvari, yaxud silindrəbənzər, konkresiyalar və lövhəvari, yaxud lifli möhtəvilər, torpaq- və tozvari, ulduzvari. Rəngsiz və şəffaf, oksidləşdikdə açıq abıdan göyümtül-qarayadək. Parıltı şüşəli, ayrılma müstəvisində - sədəfi. Sərtliyi 1,5-2. Xüsusi çəki 2,68. Nazik lövhələri elastik olur, asanlıqla kəsilir.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Sambucus tigranii
Sambucus tigranii (lat. Sambucus tigranii) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü.
Ekoloji miqrant
Ekoloji miqrant — yerli mühitdə qəfil və ya uzunmüddətli dəyişikliklər səbəbindən öz bölgəsini tərk etməyə məcbur olan şəxsdir. Bu dəyişikliklər özlərinin və ya ailələrinin rifahını təhdid edir və onlara quraqlıq, səhralaşma, dəniz səviyyəsinin qalxması və mövsümi hava şəraitinin pozulması kimi təbii hadisələr daxildir. Ekoloji miqrantlar başqa ölkələrə və ya öz ölkələrinin digər bölgələrinə köçürlər. Hazırda ekoloji miqrasiyanın vahid və dəqiq tərifi olmasa da, siyasətçilər, ekoloqlar və sosioloqlar iqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının potensial sosial təsirlərini müəyyən etməyə çalışdıqca bu ideya daha çox diqqəti cəlb edir. == Tərif == “Ekoloji miqrantı” anlayışı qaçqınların qanunla müəyyən edilmiş təriflərinin heç birinə uyğun gəlmir. Tədqiqatçılar elmi əsaslandırmanın olmaması və əksər miqrasiyaların real siyasi səbəblərini gizlətmək üçün “miqrasiya təhlükəsini saxtalaşdırmaq” cəhdləri səbəbindən ekoloji miqrantlar ideyasını şübhə altına alırlar. Ekoloji fəlakətlərdən qaçan insanlar adətən müvəqqəti və qısa məsafələrə miqrasiya edirlər. "Ekoloji miqrant" termini ilk dəfə 1976-cı ildə Lester Braun tərəfindən istifadə edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların aşağıdakı tərifini təklif edir: == Ekoloji miqrantların növləri == Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların üç növünü fərqləndirir: Ekoloji fövqəladə vəziyyətə görə miqrantlar ekoloji fəlakətdən və ya ani ekoloji problemdən müvəqqəti olaraq qaçmağa məcbur olan insanlardır. Məsələn, bu kateqoriyaya qasırğa, sunami, zəlzələ və s.-dən qaçmağa məcbur olan insanlar daxildir.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
VİBrant (albom)
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Avropa miqrant böhranı
Avropa miqrant böhranı və ya Avropa qaçqın böhranı — Avropa İttifaqına qaçqınların və miqrantların Aralıq dənizini və ya cənubi-şərq Avropadan nəticəsində yaranmışdır. == Zəmin == == Mühacirlik == === Statistika === ==== AB-yə dəniz və quru yolu ilə gələnlər ==== ==== Miqrant marşrutları ==== Avqust 2015-də, Frontex Avropa İttifaqına daxil olmaq üçün qeyri-qanuni miqrantların istifadə etdiyi dəniz və quru marşrutları qeyd edib: Qərbi Afrika marşrutu Qərbi Aralıq marşrutu Mərkəzi Aralıq Dənizi marşrutu Apulia və Kalabriya marşrutu Albaniyadan Yunanıstana keçən dairəvi marşrut Qərbi Balkan marşrutu. Şərqi Aralıq marşrutu Şərqi Avropa sərhədləri marşrutu Bundan əlavə, Sentyabr 2015-ci ildə Arktika marşrutu yaranmışdır. ===== Macarıstan ===== 17 iyun 2015-ci ildə olan gərginlik Macarıstan öz səhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb. == Reaksiya == == Sağlamlıq təlimatı == == Siyasi müzakirələr == === Avropa Birliyi === 19 aprel 2015-ci ildə İtaliyanın Baş naziri Matteo Renzinin reaksiyası Avropa miqrant böhranına belə idi: ”Əgər 40 min insan məsələsində razılığa gələ bilmirsinizsə, özünüzü avropalı kimi təqdim etməyə haqqınız yoxdur. Əgər sizin Avropa idealınız budursa, özünüzə saxlayın. Ya həmrəylik olmalı, ya da vaxtımızı boş yerə almayın”.