Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sadavat
Sadavat — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Vilavan Apinyaponq
Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır. == Karyerası == Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır. Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir. Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi.