Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daxili vidaci vena
Daxili vidaci vena (lat. Vena jugularis interna) — xarici vidaci vena ilə bərabər ümumi yuxu arteriyasına uyğundur. Bu damar vidaci dəlikdə beynin sərt qişasının "S"-ə bənzər cibindən başlayaraq əvvəlcə udlağın yan divarı ilə və daxili yuxu arteriyasının bayır və ön səthinə keçir və ən aşağıda sağ döş-körpücük oynağı nahiyəsində körpücükaltı vena ilə birləşərək bazu-baş venasını əmələ gətirir. Bəzi müəlliflər daxili vidaci venanın aşağı hissəsinə ümumi vidaci vena — lat. v. jugularis communis adını verirlər. Belə olan surətdə həmin damarın yuxarı hissəsi daxili yuxu arteriyasına və aşağı hissəsi ümumi yuxu arteriyasına uyğun olur. Daxili vidaci venanın körpücükaltı vena ilə birləşən yerinə venoz bucaq — lat. angulus venosus deyilir. Bu damarın yuxarı və aşağı uclarında birər genişlik (soğanaq) — lat.
Xarici vidaci vena
== İstinadlar ==
Rioaça
Rioaça (isp. Riohacha) — Kolumbiyanın şimali-qərbində yerləşən şəhər. Şəhərin əsası 1545-ci ildə qoyulmuşdur..
Sidama
Sidama — Efiopiyada yaşayan xalqlarından biri,sidamo dilində danışirlar. Sidamanın etnik ərazisi Efiopiyanın cənubunda, Avasa və Dilla şəhərlərin arasında yerləşir. Təxmini sayı - 3 milyon nəfərdir. Dindarların əksəriyyəti - monofizit xristiandır,qismən müsəlmandırlar. Əkinçilik və heyvandarlıqla məşğuldurlar.
Vidadi
Vidadi — kişi adı və təxəllüs.
Viraya
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Viçada
Viçada (isp. Vichada) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şərq hissəsində Orinoko çayı, şimal hissəsində Venesuela ilə sərhəddir. İnzibati mərkəzi Puerto-Karreno şəhəridir.
Vinca
Qıfotu (lat. Vinca) — kəndirkimilər fəsiləsinə aid bitki cinsi.Bu cinsin adının yaranma tarixi məlum deyildir. Cinsə 12növ daxildir. İkisindən gülçülükdə istifadə olunur. Azərbaycanda Otvari qıfotu (V. herbacea) yabanı halda geniş yayılmışdır. Kiçik qıfotu (V.minor) sürünə, budaqlı, bütün uzunluğu boyu kök bağlayan, gövdələri olan çoxillik bitkidir. Yarpaqları həmişəyaşıl, parlaqdır. Çiçəklərinin diametri 3 sm-ə qədər olub, göy-bənövşəyi rəngdədir. Azərbaycanda qıfotu bir çox yerlərdə bitir. Onun Alba-ağ çiçəkli, multiplex-çoxləçəkli və aureovariegata-rəngbərəng yarpaqlı mədəni formaları vardır.
ATV Vivace
ATV Vivace — 18 sentyabr 2016-cı il tarixində ATV Classic adı altında fəaliyyətə başlayan, Azərbaycanın özəl kanallarından biri.Azad Azərbaycan Müstəqil Teleradio Yayım şirkətinin layihələrindən biridir. Azərbaycan və dünya klassik musiqisinin, ölkədə təbliğatı və tanınmasında mühüm rola malikdir. ATV Vivace nəinki operanın beşiyi olan Azərbaycanda, eləcə də Qafqazda və Şərqdə ilk klassik musiqi kanalıdır. İnsan ruhunu oxşayan klassik musiqini səsləndirməklə daxili harmoniyanı, klassik musiqiyə olan tələbatı ödəmək bu kanalının üzərinə düşür. 24 saat yayımlanan kanalda həm Azərbaycan, həm də dünya klassiklərinin əsərləri səslənir. Xarici teleşirkətlərlə əməkdaşlıq nəticəsində ərsəyə gəlmişdir.
Dendrocygna viduata
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Noritaka Hidaka
Noritaka Hidaka (d. 29 may 1947) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Salvia vinacea
Salvia vinacea (lat. Salvia vinacea) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Usaburo Hidaka
Usaburo Hidaka — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Vidadi Abbasov
Vidadi İldırım oğlu Abbasov (1953, Ağdam – 27 avqust 1992, Qazançı, Ağdam rayonu) - şəhid. == Həyatı == Vidadi Abbasov 1953-cü ildə Ağdam şəhərində anadan olub. 27 avqust 1992-ci ildə Ağdərə rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhidlər unudulmur Vətənimizin azadlığı uğrunda və ərazi bütövlüyümüzü qoruyarkən həlak olmuş şəhidlərimizin hər hansı bir məkanda adı çəkiləndə rəhmət diləyərək ehtiramla yad edirik. Haqqında söhbət açmaq istədiyim vətənpərvər ogullardan biri də Vidadi İldırım oğlu Abbasovdur. 1953- cü ildə Ağdam şəhərində ziyalı bir ailədə dünyaya göz açmış Vidadi gözəl bir mühitdə böyüyərək boya - başa çatmış, 1 nömrəli şəhər orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Agdam rayon Kənd Təsərrüfatı texnikumunu bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Əvvəl Rusiyada , sonra isə Qazaxıstanda tank komandiri olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra leytenant rütbəsini alaraq vətənə qayıtmış və Ağdam rayon 50 nömrəli texniki peşə məktəbində müəllim işləmişdir. 1988- ci ildə Qarabağda 150 il əvvəl rus imperiyası tərəfindən vaxtilə məskunlaşdirılmış ermənilər öz havadarlarından təlim alaraq təxribatlar törədir, vaxtı ilə qonşu olduqları Azərbaycanlıları qətlə yetirir və türkləri öz dədə- baba torpaqlarından didərgin salmağa başlamışlar.
Vidadi Allahverdiyev
Vidadi Fazil oğlu Allahverdiyev (13 mart 1988; Xızı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Allahverdiyev 1988-ci il martın 13-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Vidadi Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Allahverdiyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) == Həyatı == Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Vidadi Cabbarlı
Vidadi Cəbrayıl oğlu Cabbarov (28 mart 1997; Lerik rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Cabbarov
Vidadi Cəbrayıl oğlu Cabbarov (28 mart 1997; Lerik rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Həsənov
Vidadi Həsənov (16 iyul 1958, Gəncə, Azərbaycan SSR) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib. Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.
Vidadi Muradov
Vidadi Muradov (memar)
Vidadi Musayev
Vidadi Həsən oğlu Musayev (5 dekabr 1948, Nərimanlı, Basarkeçər rayonu – 14 noyabr 2018, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texniki elmlər doktoru, professor. == Həyat == 1948-ci il dekabr ayının 5-də Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında zabit kimi xidmət etmişdir. == Təhsili == 1971-ci ildə Azərbaycan Texniki Universitetinin (keçmiş Ç.İldrım adına Azərbaycan Politexnik institutu) Avtomatika və Hesablama Texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Paylanmış parametrli mürəkkəb idarəetmə sistemlərində dinamiki proseslərin tədqiqi, “Bulud” texnologiyaları infrastrukturunun işlənməsi. 1974-1983-cü illərdə ETLİNeftkimyaavtomat elm-istehsalat birliyində kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat laboratoriyasının müdiri, 1983-cü ildən Azərbaycan Texniki Universitetinin “İnformatika və kompüter texnikası” kafedrasının dossenti 2000-2007-ci illərdə həmin universitetdə prorektor 2007-ci ildən “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri işləyir.AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının, BDU nəzdində Riyaziyyat İnstitutunun dissertasiya şurası seminarının, “AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının redaksiya heyətinin üzvüdür. Mütəmadi olaraq doktorluq və fəlsəfə doktoru dissertasiya işlərinə apponentlik edir. 200-dək elmi işlərin, o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın (onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir. Vidadi Musayevin rəhbərliyi ilə kafedrada “Paylanmış parametrli mürəkkəb sistemlərin identifikasiyası və idarə edilməsi” mövzusunda dövlət büdcəli ETİ iş yerinə yetirilir. İxtisas qrupunun tələbələrini cəlb etməklə kafedrada prof.
Vidadi Məmmədov
Vidadi Məmmədov (aktyor) — aktyor. Vidadi Məmmədov (yazıçı) — yazıçı. Vidadi Məmmədov (şəhid) — 20 yanvar şəhidi. Vidadi Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi.
Vidadi Nəciyev
Vidadi Məhərrəm oğlu Nəciyev (1966, Bakı – 1985, Əfqanıstan) — Əfaqanıstan müharibəsində həlak olan Azərbaycan hərbçisi. == Həyatı == Vidadi Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. 1984-cü ildə isə həmin məktəbi bitirmişdir. 1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. Vidadi Nəciyev intizamlı hərbçi olduğuna görə Əfqanistana aparılmış və orada “Kəşfiyyatçı Bölüyü”ndə xidmət etmişdir. 1985–ci ildə Yaxşı xidmətinə görə qulluq etdiyi hərbi hissə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. Vidadi Nəciyev 1985-ci il iyul ayının 5 - də Əfaqanistanda gedən döyüşdə həlak olmuşdur.
Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı. == Həyatı == Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi.
Vidadi Orucov
Orucov Vidadi Ömər oğlu (12 may 1956, Başkeçid) — azərbaycanlı alim, elmlər doktoru. == Həyatı == Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin (indiki BDU-nu) Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər" mövzusunda elmlər doktorluğu üzrə dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-tikinti İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ldə Bakı şəhər 25 saylı texniki peşə məktbinin Azad Komsomol Təşkilat katibi, 1990-cı ildən Nizami rayon "Bilik" Cəmiyyətinin məsul katibi, 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmış, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır. 12 may 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı, nəvələri var. == Məqalələri == 1.Fizikanın öyrədilməsi ilə bağlı еlmi fikirlərin inkişafı Mоnоqrafiya "Nurlan" nəşriyyatı, 2006 166 s.