Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vilusa
Vilusa və ya Vilusiya (het 𒌷𒃾𒇻𒊭) — qərbi Anadoluda Son Tunc dövrünə aid şəhər. E.ə. XVIII əsrə aid het mənbələri tərəfindən Assuva konfederasiyasının bir hissəsi kimi təsvir edilmişdir. Vilusanın yaşayış yeri het mənbələrində bir sıra kitabələrdə qeyd olunur, o cümlədən: Manapa-Tarxunta məktubunda (e.ə. 1310–1280-ci illər) Sexa çayının (indiki Bakırçay) o tayındakı şəhərdən bəhs edilir. Aleksandu müqaviləsi (təxminən e.ə. 1280-ci il) Viluslu Aleksandu il' Het çarı II Muvatalli arasında imzalanmışdır. Tavaqalava məktubu (e.ə. 1250-ci il) Het çarı III Xattusili (təxminən e.ə 1275–1250-ci illərdə hökmranlıq etmişdir) tərəfindən Axxiyava padşahına ünvanlanmışdır. Burada Vilusa uğrunda hərbi münaqişədən bəhs edilir.
Vıksa
Vıksa — Rusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir
Dmitri Dikusar
Dmitri Petroviç Dikusar (ukr. Дікусар Дмитро Петрович; 24 oktyabr 1985, Odessa) — Ukrayna rəqqası və xoreoqrafı. == Həyatı == Dmitri Petroviç Dikusar 24 oktyabr 1985-ci ildə Odessada anadan olmuşdur. 6 yaşında rəqs etməyə başlamışdır. O, əvvəlcə bal rəqsi, sonra idmanla məşğul olmuşdur. Kiyev Bədən Tərbiyəsi İnstitutunda ali təhsil almış, 2008-ci ildə bal rəqsi üzrə məşqçi kimi diplom əldə etmişdir. Dmitri uzun illər Ukrayna və beynəlxalq idman rəqs yarışlarında iştirak etmişdir. O, Latın Amerikası rəqslərində böyük uğura imza atmışdır. Petroviç bu rəqs janrında Avropa Kubokunun finalına yüksəlmiş, həm də Dünya Çempionatının medalçısı olmuşdur. 2006-cı ildə Dmitri Dikusar bal rəqsi üzrə idman ustası namizədi adını almışdır.
Kalman Miksat
Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[…] – 28 may 1910[…], Budapeşt) — böyük macar yazıçısı, jurnalist və siyasətçi. == Həyatı == Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı. Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi. Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.