Kalman Miksat (mac. Kálmán Mikszáth; 16 yanvar 1847[1][2][…] – 28 may 1910[1][2][…], Budapeşt[3]) — böyük macar yazıçısı, jurnalist və siyasətçi.
Kalman Miksat | |
---|---|
mac. Mikszáth Kálmán | |
Doğum tarixi | 16 yanvar 1847[1][2][…] |
Vəfat tarixi | 28 may 1910[1][2][…] (63 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, siyasətçi |
Fəaliyyət illəri | 1870-ci ildən |
Əsərlərinin dili | Macar dili |
Üzvlüyü | |
Kalman Miksat Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Kalman Miksat 1910-cu ildə Slovakiyada anadan olmuşdur. 1866-1869-cu illərdə Budapeşt Universitetində hüquq fakültəsində təhsil almışdır, lakin son imtahanlarda iştirak etmədi və jurnalistika ilə maraqlanmağa başladı. Miksat Pesti Hírlap qəzeti də daxil olmaq bir sıra macar qəzetləri üçün məqalələr yazırdı.
Miksatın ilk hekayələri kəndlilərin və sənətkarların həyatlarına həsr edilmişdir. İlk olaraq məzəli kiçik anekdotlar yazan yazıçı sonralar daha böyük əsərlər yazmağa başladı. Romanlarının bir çoxu sosial şərh və satiranı özündə cəmləşdirsə də, ömrünün sonlarına doğru öz əsərlərində aristokratiyadan və onun Macarıstan cəmiyyətində səbəb olduğu çətinliklərdən bəhs edirdi.
Teodor Ruzvelt onun "Müq. Piterin çətiri" əsərini çox bəyənmiş və öz heyranlığını bildirmək üçün 1910-cu ildə Avropaya səyahəti zamanı Miksatla görüşmüşdür.
Kalman Miksat Liberal partiyasının üzvü idi və 1887-ci ildə Macarıstan Parlamentini üzvü seçildi. 1879-cu ilə kimi Transilvaniyada İlieni bölgəsinin və 1892-ci ildən ölümünə kimi Feqeraş bölgəsinin nümayəndəsi olmuşdur.
Budapeştin Kerepeşi məzarlığında oğlanları Yanoş (1886–1890) və Albertin (1889–1921) yanında dəfn edilmişdir.