Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gilətağ
Böyük Gilətağ
Violetta
Violetta (isp. Violetta) — Disney Channeldə yayımlanan bir Argentina sitkomudur. Baş rollarda "Martina Ştossel" (Violetta), "Corc Blanko" (Leon), "Mersedes Lambre" (Ludmila), "Lodovika Comello" (Françeska) ... Qeyd etmək lazımdır ki,film 2012-ci ildən bu günümüzə qədər fəaliyyətini dayandırmayıb.
Diletant
Diletantlıq — hər hansı fəaliyyətlə məşğuliyyət, məsələn, elm, sənət (incəsənət) kimi sahələrdə lazımı biliklərsiz və peşəkar hazırlıqsız. Müasir anlamada həvəskar öz məşğuliyyətlərinin predmeti haqqında dərin biliklərə malik olmama kimi anlamaya əsas verir. Bir qayda olaraq, bu biliklərin miqyasını şəxsi təcrübəylə məhdudlaşdıran insan və ya hansını ki, bir şey barəsində həmin insan səthi biliklərə malikdir. Müəyyən müvəffəqiyyətlərə nail olan məşhurlar vardır. Bunlar inşaatda və texnikada İvan Kulibin, fizikada və kimyada Maykl Faradey, tarixdə, coğrafiyada və iqtisadiyyatda Vasili Tatişevdir. Həvəskar-mexaniklərin fəaliyyətinin tipik nümunəsi — əbədi mühərrikin qurmaq cədidir: elmi cəhətdən sübut edilmiş və hamıya məlumdur ki, bu qeyri-mümkündür, ancaq belə cəhdlər hələ də davam edir.
Böyük Gilətağ
Böyük Gilətağ — Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Oxcu çayının (Arazın qolu) sol sahilindən 10 km aralı Bərgüşad silsiləsinin ətəyindədir. Keçmış adı İydəli Gilətağ olmuşdur. Bəzən Böyük Gilyataq variantında da təsadüf edilir. XIX əsrə aid mənbələrdə isə Kirətağ variantında qeydə alınmışdır. Kəndin ərazisi keçmışdə Xocahan (Qubadlı rayonu) bəylərinə məxsus olmuşdur. Kirətağ kəndinin əkin sahəsi az olduğu üçün onun camaatı bu ərazini Xocahan bəylərindən almış və əkin yerinə çevirmişdır. XIX əsrin ortalarında Kirətağdan bəzi ailələr köçərək burada həmişəlik məskunlaşmışlar.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Valetta limanı
Valetta limanıı (malta Il-Port il-Kbir) — ingiliscə adı Qrand Harbor ilə də tanınan Maltanın ən böyük limanı. Qədim dövrlərdə finikiyalılar buranı bir liman olaraq istifadə etmişlər. Daha sonra limanın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, limanlar, priçallar və istehkamlar meydana gəlmişdir. Böyük liman hospital cəngavərləri üçün 268 il boyunca böyük strateji əhəmiyyətə sahib idi və ingilislərin adaya gəlişindən sonra da onu itirməmişdi. 23 sentyabr 1551, 1555 və ya 1556-cı illərdə (müxtəlif mənbələrə görə) Böyük limandan dağıdıcı bir fırtına keçir. Suyun üzərində meydana gələn bir tornado bir çox gəmini (Malta cəngavərlərinin sifarişli 4 gəmi daxil olmaqla) batırır. Bundan sonra hava burulğanı quruya çıxır və təxminən 600 nəfərin ölümünə səbəb olur. Tornadonun olmasına baxmayaraq, Maltanın paytaxtı - Valletta - o dövrdə mövcud deyildi. Malta cəngavərlərinin Böyük Ustası şəxsən 28 mart 1566-cı ildə onun təməl daşını qoyur. Böyük liman 1565-ci ildə Maltanın Böyük mühasirəsi zamanı cəngavərlərlə və türklər arasında bir döyüş meydanına çevrilir.
Violeta Çamorro
Violeta Barrios de Çamorro (isp. Violeta Barrios de Chamorro ; 18 oktyabr 1929) — nikaraqualı siyasətçi, jurnalist. 1990-1997-ci illərdə Nikaraqua prezidenti.
Violetta Villas
Violetta Villas (d. 10 iyun 1938) – Polşa caz müğənnisi. 1962 Rendez-vous with Violetta Villas 1966 Violetta Villas 1967 Violetta Villas (reedition) 1968 For you my darling 1968 About Love... 1977 There is no love without jealousy 1985 Las Vegas 1986 Violetta Villas (reedition) 1992 The most beautiful Christmas carols 1996 Daddy 2 guest star 1997 Christmas carols 1997 Villas sings Christmas carols 2001 When Jesus Christus was born... 2001 Violetta Villas (reedition) 2001 There is no love without jealousy (reedition) 2001 For you my darling (reedition) 2003 Valentine hits 2004 Christmas carols from heart 2008 To comfort the heart and warmth the soul 2009 The most beautiful Christmas carols (reedition) 1961 I don't believe you 1961 Such a frost 1961 I don't make it 1961 For you my darling 1961 Red Marianna 1961 Secret 1962 Get married, Johny!
Violeta Yakova
Violeta Yakova (bolq. Виолета Якова; 2 iyun 1923 – 18 iyun 1944) — partizan və Bolqarıstan Kommunist Partiyasının üzvü. Partizan kimi kod adı "İvanka" olan Yakova Bolqarıstan Polisinin rəisi Atanas Pantevin və general-leytenant Xristo Lukovun qətli də daxil olmaqla əməliyyatda olan bir neçə alman və bolqar hərbi zabitinin qətlində iştirak edib. O, Bolqarıstan hökumətinin polisi tərəfindən həbs edilmiş və 1944-cü ilin iyununda Radomir şəhərində polislə toqquşma zamanı yaralandıqdan sonra Bolqarıstan hökuməti tərəfindən dövlətə xəyanətə görə edam edilmişdir. Violeta Yosifovna Yakova Bolqarıstanın Dupnitsa şəhərində, səfərad yəhudisi ailəsində anadan olub. Onun atası, kiçik bir tacir olan Yosef Yakov o dünyaya gəlməzdən əvvəl ölüb. Birinci Dünya müharibəsindən sonra Bolqarıstanda yaranmış ağır iqtisadi vəziyyət bir çox yəhudi ailəsinin nisbətən kiçik şəhərlərdən daha böyük əhali mərkəzlərinə köç etməsinə səbəb olmuş və bu şəraitdə onun ailəsi də paytaxt Sofiyaya köçmüşdür. Violeta tikiş tikməyi öyrənmiş və dərzi şagirdi kimi işə götürülmüşdür. 1930-cu illərin sonlarında və İkinci Dünya müharibəsi zamanı faşizmin və antisemitizmin yüksəlişi ilə birlikdə Bolqarıstan rejiminin də Berlin-Roma-Tokio xətti ilə tərəfdaşlığı bir çox gənc bolqar yəhudisi üçün sol və antifaşist təşkilatlara bağlılığı artırmışdı. Yakova da 1939-cu ildə Bolqarıstan Kommunist Partiyasının gənclər təşkilatına qoşulmuşdu.
Joan Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Joao Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Jon Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
La-Valett
La-Valett (fr. La Valette) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38521. Kommunanın 1999-cu il üçün əhalisi 521 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 710 ilə 2203 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 125 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.
Ramon Pileta
Ramon Pileta (20 mart 1977) — Honduraslı cüdoçu. Ramon Pileta Hondurası 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Ramon Pileta birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyaın nümayəndəsi Rafael Silva ilə üz-üzə gəldi. Həmin görüşdə Ramon Pileta rəqibinə 0:110 hesabı ilə uduzdu.
Voltat dağları
Voltat (alm. Wohlthat‎) — Antarktidanın Kraliça Mod Torpağında, Orvin dağ massivindən şərqdə yerləşən dağ silsiləsi. Voltat adı Yeni Şvabiyaya təşkil olunan ekpedisiyanın təşkilatçısı Helmut Voltatın şərəfinə adlandırılmışdır. 1960-cı ildən Sovet Antarktik ekspedisiyası tərəfindən araşdırılmışdır. Voltat və Mülin-Qofman dağlarının araşdırılması bir çox məsələlərə aydınlıq gətirməyə imkan vermişdir. Bu ekspedisiya zamanı Bıstrov qayası (71°47′ c. e. 12°34′ ş. u.) 1961-ci ildə xəritəyə salınmışdır. 2003-cü ildı "Antarktida — Rusiya 2003" ekpedisiya çərçivəsində bir necə adsız zirvələr fəth edilmiş və yeni coğrafi adlar meydana gəmişdir: Jukov piki (71°36′ c.
Violetta (teleserial, 2012)
Violetta (isp. Violetta) — Disney Channeldə yayımlanan bir Argentina sitkomudur. Baş rollarda "Martina Ştossel" (Violetta), "Corc Blanko" (Leon), "Mersedes Lambre" (Ludmila), "Lodovika Comello" (Françeska) ... Qeyd etmək lazımdır ki,film 2012-ci ildən bu günümüzə qədər fəaliyyətini dayandırmayıb.
Şəhər darvazası (Valetta)
Şəhər darvazası (malta Bieb il-Belt, hərfi tərcümədə "Şəhərin qapısı") — Maltanın paytaxtı Vallettanın girişində yerləşən darvaza. Bu günə qədər qoyulan beşinci darvaza olan müasir darvaza 2011 və 2014 illəri arasında İtalyan memar Renzo Pianonun dizaynı ilə inşa edilmişdir. Əraziyə yerləşdirilən ilk qapı, 1569-cu ildə ya Fransesko Laparelli ya da Girolamo Kassarın dizaynı ilə tikilmiş Porta San Giorgio idi. Qapı 1586-cı ildə Porta Reale (malta Putirjal) adlandırıldı. 1633-cü ildə darvaza Tommaso Dinglinin dizaynı ilə yenidən quruldu. 1798-ci ildə Fransanın Maltanı işğal etməsi zamanı qısa bir şəkildə Porte Nationale olaraq adlandırılsa da, Malta 1800-cü ildə İngilislərin hakimiyyəti altına düşdükdə darvazanın adı Porta Reale olaraq dəyişdirildi.1853-cü ildə darvaza yenidən bir dəfə daha Kingsgate və ya Kingsway kimi tanınan daha böyük bir qapı ilə əvəz edildi. Bu ilk üç qapı hamısı Valletta şəhər divarlarının bir hissəsini təşkil etmişdir. Qapı qeyri-rəsmi olaraq Porta di terra ("torpaq qapısı" deməkdir) adlandırıldı, çünki bu şəhərə yeganə yerüstü giriş idi. Sonuncu möhkəmləndirilmiş qapı 1964-cü ildə söküldü, yerinə Alziro Bergonzo tərəfindən hazırlanan Futurist qapısı quraşdırıldı. Bu qapı 2011-ci ildə söküldü və 2014-cü ildə tamamlanan Pianonun qapısı ilə əvəz olundu.
Muğanlı (Gilətağ, Zəngilan)
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati-ərazi dairəsində (dairənin mərkəzi Böyük Gilətağ kəndi) kənd. Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Jan Parizo de la Valett
Jan Parizo de la Valett (fr. Jean Parisot de la Valette ; 1494 – 21 avqust 1568, Malta adası) — Fransız zadəgan, Malta ordeninin 49-cu Böyük Magistridir. Cəngavər kimi Malta ordeninə daxil olaraq Rodosda türklərə qarşı misilsiz bir mübarizə aparmışdır. Böyük Magistr kimi Valett 1565-ci ildə Maltanın Böyük Mühasirəsi zamanı Osmanlı qoşunlarına qarşı müqavimətə komandanlıq etmiş və bəzən də bütün zamanların ən böyük mühasirələrindən biri hesab edilən bu mühasirə zamanı ordenin qəhrəmanına və ən məşhur liderinə çevrilmişdir. Valletta şəhərinin təməli 1566-cı ildə Böyük Magistr La Valett tərəfindən qoyulmuşdur. == Bioqrafiyası == Valett Tuluza qraf ailəsinin zadəgan ailəsində anadan olmuşdur. 1534-cü ildə de Valett qaleraya (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) rəhbərlik etmiş və 1540-cı ildə özünün qalliotu (orta əsrlərdə mövcud olmuş olan hərbi gəmi növü) olmuşdur. 1541-ci ildə türklərə əsir düşmüş, bir il quldurluq etmiş və sonradan əsir mübadiləsi nəticəsində azad edilmişdir. 1546–1549-cu illər arasında Tripolinin qubernatoru olmuşdur. 21 avqust 1557-ci ildə de Valett bir çox Avropa və müsəlman dövlətləri tərəfindən Maltanın suveren hökmdarı kimi tanınmış və beləliklə də, Malta ordeninin Böyük Magistri olmuşdur.