Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.[1]
Dərə Gilətağ | |
---|---|
39°09′13″ şm. e. 46°35′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 610 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.[2]
Zəngilan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |