Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .
Pipalia
Litsea (lat. Litsea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Bulbophyllum vidalii
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Geum vidalii
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Senecio vitalis
Senecio vitalis (lat. Senecio vitalis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Vitalik Buterin
Vitali Dmitriyeviç "Vitalik" Buterin (rus. Виталий Дмитриевич Бутерин; 31 yanvar 1994, Kolomna, Moskva vilayəti) daha çox Ethereum-un həmtəsisçilərindən biri kimi tanınan rus-kanadalı proqramçıdır. O, Kriptovalyuta dünyasına 2011-ci ildə Bitcoin Magazine-in həmtəsisçisi kimi daxil olub. 2014-cü ildə Buterin, Qevin Vud ilə Ethereum-u işə saldı. Vitalik Buterin Rusiyanın Kolomna şəhərində kompüter alimi cənab Dmitri Buterin və xanım Natalya Amelinenin oğlu olaraq dünyaya gəlib. Ailəsi daha yaxşı iş imkanları tapmaq üçün Kanadaya köçənə kimi, 6 yaşına qədər burada yaşadı. Kanadada ibtidai məktəbin 3-cü sinfində oxuyanda onu istedadlı uşaqlar üçün xüsusi tədris sinfinə yerləşdiriblər. O yaşda riyaziyyat, iqtisadiyyat və proqramlaşdırma ilə maraqlanmağa başladı. Buterin daha sonra Torontoda özəl lisey olan Abelard Məktəbində oxuyub. Buterin Bitcoin haqqında 17 yaşında atasından öyrənib.
Keyt Vitali
Keyt Vitali (ing. Keith Vitali) — ABŞ döyüş ustası və aktyorudur. == Həyatı == Keyt Vitali 1971-ci ildə "Cənubi Kaliforniya Universiteti"ni bitirmişdir. Keyt 1978-1980-cı illər ərzində "ABŞ Milli Karate Çempionatı"nda 3 il birinci yeri tutmuş və 1 dəfə dünya çempionu olmuşdur. 1981-ci ildən etibarən Keyt "Qara kəmər memorialı"nda dövrün ən yaxşı 10 kikboksçusundan biri kimi təqdim edilir. Keyt Vitali bir çox Karate kitablarının müəllifidir. Onun ilk kitabı "Karateyə başlayarkən" (ing. Beginning Karate) adlanır.
Quercus vialis
Visali Şirazi
Mirzə Məhəmmədşəfi Visali Şirazi (1782, Şiraz – 1846) — Qacarlar dövrü İran şairi. Mirzə Məhəmmədşəfi Məhəmmədismayıl oğlu 1783-cü ildə Fars əyalətinin mərkəzi Şirazda doğulmuşdu. Ləqəbi Mirzə Kiçik, künyəsi Əbu Məhəmməd və Əbu Əhməddir. Atası Məhəmməd İsmail, Nadir şahın katibi idi. Atasını kiçik yaşda itirincə ana tərəfindən babası şair Mirzə Əbdürrəhim onu himayəsinə aldı. Ardından dayısının yanına getdi, ondan ərəb və fars dilləri ilə bərabər gözəl yazı yazmağı və oxumağı öyrəndi. İstedadı sayəsində xətt sənətində və şeirdə uğur qazandı. Dayısının, şeir oxumasını əngəlləməsinə baxmayaraq Visal şeir söyləməyi sürdürdü. İlk dönəm şeirlərində "Məhcur" təxəllüsünü işlətdi; daha sonra şeyxi ona "Visal" təxəllüsünü verdi. Visal musiqi təhsili də aldı.
Vitali Astaxin
Vitali Vladimiroviç Astaxin (2 fevral 1951, Bakı) — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005). Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.
Vitali Balasanyan
Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV qondarma Milli Şurasının deputatı, tanınmaməş dövlətin general-mayoru. Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə qondarma DQR tərəfindən "Artsax qəhrəmanı" adını almışdır. Xocalı soyqırımında iştirak etmişdir. Vitali Balasanyan 1976-cı ildə Əsgəranda orta məktəbi bitirmişdir. Yezidi kürdüdür. 1977–1979-cu illərdə sovet ordusunda xidmət etmişdir. 1990-cı ildə İrəvanda Kooperativ Ticarət Texnikumunu, 2011-ci ildə Ermənistan Dövlət İqtisad Universitetini bitirmişdir. Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir.
Vitali Borisov
Vitali Yuryeviç Borisov (rus. Виталий Юрьевич Борисов; 5 iyul 1982, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan milli minifutbol komandası və Azərbaycan çimərlik milli futbol komandasının, eləcə də Araz-Naxçıvan MFK-nın hücumçusu. Vitali Borisov minifutbolçu karyerasının böyük hissəsini Azərbaycan minifutbol çempionatının dəfələrlə qalibi olmuş Araz-Naxçıvan MFK-nın heyətində keçirmişdir. Qısa bir müddət Rusiyanın ən titullu minifutbol klubu olan Dina MFK-nın heyətində də çıxış etmişdir.. O, 2007-ci ilin dekabrında bu klubla yarım illik müqavilə imzalamış və icarə əsasında paytaxt klubunun formasını geyinmişdir. 2008-ci il fevralın 9-da Dina MFK-nın heyətində rəsmi oyunlarda ilk qoluna imza atmışdır. O, Rusiya milli minifutbol çempionatının XVI turunda Dinamo MFK-nın (Sankt-Peterburq) qapısına qol vurmuşdur və bu oyunda onun komandası 3:0 hesabı ilə qalib gəlmişdir. 2008-ci ilin aprelində Dina MFK-ya həsr olunan sənədli filmin çəkilişlərində iştirak etmişdir. 2000-ci il — Anqloyl MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının bürünc mükafatçısı. 2001-ci il — Tribut MFK klubunun heyətində Azərbaycan minifutbol çempionatının gümüş mükafatçısı.
Vitali Ginzburq
Vitali Lazareviç Ginzburq (rus. Виталий Лазаревич Гинзбург- (4 oktyabr 1916 -8 noyabr 2009) illəri arasında yaşamış rus nəzəri fizik və astrofizikdir. 2003-cü ildə II tip super keçiricilik mövzusunda tapdığı kəşflərlə Fizika üzrə Nobel mükafatını qazanan Ginzburq ürək çatışmazlığından vəfat etmiş, Moskvada, Rusiyada Novodeviçye Məzarlığındada dəfn edilmişdir. Su mühəndisi Lazar Efimoviç Ginzburq (d. 1863, ö. 1942), ilə fizik Avgusta Veniaminovna Vil'dauer-Ginzburq (d. 1866, 1920 ö) cütünün ilk uşağı olaraq 1916-cı ildə Rusiyada anadan olmuşdur. 1937-ci ildə evləndiyi ilk həyat yoldaşı Olqa Zamşa Ginzburq dan 1946-cı ildə ayrılmışdır. İlk həyat yoldaşından yenə bir fizik olan İrina Ginzburq Dorman adında bir qızı var. 1946-cı ildə ikinci həyat yoldaşı Nina Ermakova Ginzburq ilə evlənmişdir.
Vitali Hakko
Vitali Hakko (d. 1913, İstanbul – ö. 10 dekabr 2007, İstanbul) — Türkiyənin məşhur "Vakko" brendinin yaradıcısı; yəhudi əsilli türk iş adamı və modelyer. Vitali Hakko 1913-cü ildə İstanbulun yoxsul və azlıqların yaşadığı məhəlləsində anadan olub. Atası dəmiryolçu, anası isə evdar qadın imiş. "Yoxsulluq nədir, yaxşı bilirəm" deyən Hakko öz xatirələrində ailəsinin dəmiryolçunun kiçik maaşı ilə birtəhər dolandığını yazıb. Məktəb yaşı çatanda Vitali Kumqapıdakı fransız missionerlərinə məxsus olduğu təxmin edilən məktəbdə oxumağa başlayır. Ödənişli olan təhsil müəssisəsinin xərcini atasının işlədiyi fransız firması qarşılayır. Şirkətin verdiyi paso ilə isə yolpulunu ödəyir. Yəni qatarla pulsuz gedib-gəlmək imkanı qazanır.
Vitali Kaloyev
Vitali Konstantinoviç Kaloyev (oset. Калоты Къостайы фырт Витали , 15 yanvar 1956, Orjonikidze, Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası, RSFSR, SSRİ) — sovet və rus memarı, inşaatçı. Hava nəqliyyatının dispeyçeri Peter Nielsenin qatili . 2004-cü ildə həyat yoldaşının və iki uşağının ölümünə səbəb olan təyyarə qəzasında günahkar hesab etdiyi dispetçer Peter Nielseni öldürdükdən sonra, bütün dünyaya məşhur olub. 2005-ci ildə Kaloyev Peter Nielsen-in öldürülməsində günahkar bilinərək həbs olunur və 8 il azadlıqdan məhrum olur. 2007-ci ildə nümunəvi davranışına görə vaxtından əvvəl sərbəst buraxıllr və vətəninə dönür. 2008-ci ildən 2016-cı ilədək Şimali Osetiya-Alaniya Respublikasında İnşaat və Memarlıq nazirinin müavini olub. 1956-cı ildə Orjonikidze (indiki Vladiqafqaz ) şəhərində müəllim ailəsində anadan olub. Atası osetin dili müəllimi, anası uşaq bağçasında müəllim işləyib. Ailənin ən kiçik uşağı olub, iki qardaşı və üç bacısı var.
Vitali Kim
Vitali Kim (ukr. Віталій Олександрович Кім) (13 mart 1981, Mikolayev) — Ukraynalı iş adamı və siyasətçi. Nikolayev Regional Dövlət Administrasiyasının sədri (2020-ci ildən). 13 mart 1981-ci ildə Nikolayevdə anadan olub. Atası əməkdar basketbol məşqçisi, SSRİ gənclər yığmasının oyunçusu idi. Kim Nikolayev adına 2 nömrəli gimnaziyanı və Admiral Makarov adına Milli Gəmiqayırma Universitetini müəssisə iqtisadiyyatı ixtisası üzrə bitirib. 1998-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. O, Ushuaja əyləncə kompleksinin idarəedici tərəfdaşı idi. 2003-cü ildə dövlət sektorunun audit fəaliyyəti ilə məşğul olan Ukrpromresurs şirkətində işləyib. 2005–2011-ci illərdə Nikolayevdə bir sıra müəssisələrə rəhbərlik edib, beynəlxalq investisiyalarla məşğul olub.
Vitali Kliçko
Vitali Kliçko (19 iyul 1971[…], Belovodsk[d]) — Ağır çəkidə WBC, WB0, WBA versiyaları (nüfuzlu kateqoriya) üzrə üç dəfə dünya çempionu, Ukrayna parlamentinin deputatı. Vitali Kliçko 19 iyul 1971-ci ildə Qırğızıstanın Belovodsk vilayətində anadan olub. Vitali Kliçkonun 1996-cı ildə Pereyaslav-Khmelnitski İnstitutu pedaqoji fakültəsinin məzunu olub. Kiyev Universitetində isə 2000-ci ildə doktorant dərəcəsi alıb. İdmançı karyerasına ilk dəfə 13 yaşında başlayıb. O, idmana ilk addımlarını kikboksinqlə atıb. 6 qat dünya çempionu olan Vitali Kliçko, həmin uğurları iki dəfə həvəskar və 4 dəfə də peşəkar şəkildə təkrarlayıb. Daha sonra özünü boksda sınayan Kliçko çox keçmədən 3 dəfə Ukrayna çempionu olur. Daha sonra ilk dəfə keçirilən "Dünya Ordu Oyunları" turnirində çempion kürsüsünə sahib çıxır. Ardından dünya boks çempionatının gümüş medalı ilə kifayətlənməli oldu.
Vitali Kovalyov
Vitali Kovalyov (d. 12 sentyabr 1977. Bakı, Azərbaycan SSR) — Rus əsilli Azərbaycan futbolçusu. Qartalsporda oynayıb. Vitali Kovalyov 12 sentyabr 1977-ci ildə Bakıda anadan olub. 2010-11 mövsümündən etibarən Qartalsporda oynayıb. Qartalspora Azərbaycan 1-ci Liqa klubuKarvan FK-dan gəlmişdir. Daha əvvəldə Araz MKT klubunda forma geyinmişdir. Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun qardaşıdır.
Vitali Krasilnikov
Krasilnikov Vitali Sergeyeviç (rus. Виталий Сергеевич Красильников; 30 mart 1920 – 1 mart 2003) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1969 avqust −1980 iyun) Vitali Krasilnikov 1920-ci ildə Qorkov vilayətinin indiki Varnavinsk rayonunun Varnavino kəndində qulluqçu ailəsində anadan olmuşdur. Milliyətcə rusdur. Ali təhsillidir. Qorkov adına Su Nəqliyyatı Mühəndislər İnstitutunu bitirmiş, sonra Qorkov hərbi tank məktəbinin müdavimi olmuşdur. 1952–1954-cü illərdə SSRİ DTK-nın Ali Məktəbinin rəhbər heyəti hazırlıq kurslarında oxumuşdur. Kursları bitirdikdən sonra təhlükəsizlik orqanlarında xidmətini davam etdirən V. Krasilnikov 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini, 1969-cu ildə isə sədri vəzifəsinə təyin edilmişdir. V. Krasilnikov 1980-ci il iyunun 18-də başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir.
Vitali Kutuzov
Vitali Vladimiroviç Kutuzov (belar. Віталь Уладзіміравіч Кутузаў; doğ. 20 mart 1980, Pinsk, Brest vilayəti) — Belarus futbolçusu. 2002-ci ildə milli komandanın üzvü. DYSŞH3 (Pinsk) yetirməsi olmuşdur. İlk məşqçiSİ Aleksandır Şevelyançikdir. 1998-ci ildə, 18 yaşında, BATE klubun gəldi. Yuri Puntus ilk mövsümdə Kutuzovu əsasən əvəz edici kimi oynadırdı. "Molodeçno" ya qarşı debüt matçında (2: 1) o, fasilədən sonra Vadim Skripçenkonun əvəzinə meydana çıxdı və penalti qazandı. Bu qol komandasına qələbə gətirdi.
Viyali Vorotnikov
Vitali Vorotnikov (rus. Воротников, Виталий Иванович; 20 yanvar 1926, Voronej – 19 fevral 2012, Moskva) — dövlət xadimi, RSFSR Nazirlər Sovetinin sədri (1983–1988), Sovet İttifaqı Kommunist Partiyası MK Komitəsinin üzvü (1983–1990), Sosialist Əməyi Qəhrəmanı (1986). V. Vitali 22 yanvar 1926-cı ildə Voronejdə doğulub. Voronej məktəbi bitirdikdən sonra 1940-cı ildə Voronej Aviasiya Kollecinin mühəndislik şöbəsinə daxil oldu, lakin 1942-ci ilin fevral ayında emalatxanada çilingər köməkçisi kimi F. E. Dzerjinsky adına Voronej Buxar Mühərrik Təmiri Zavodunda işə düzəldi. Voronejin işğalından əvvəl 1942-ci ilin yayında əvvəlcə Krasnıy Liman kəndinə gedib burada kolkozda işlədi, həmin ilin sentyabrında qaçqınların qatarı ilə birlikdə əsasən 18 saylı Voronej Aviasiya Zavodunun işçilərinin ailələri Vitali Vorotnikov Bezymyanka rayonuna (Kuybyshev) evakuasiya edildi, payızda isə zavodun özü köçürüldü. 1942-ci ilin oktyabrında 18 nömrəli Kuibışev Zavodunun 1 nömrəli mexaniki emalatxanasının Texniki Nəzarət şöbəsinə (OTK) nəzarətçi təyin edildi, daha sonra 20 nömrəli əsas alət emalatxanasının qrupuna verildi. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzv olmuşdur. 1948-ci ildə 34 nömrəli mexaniki emalatxanada texnoloji tənzimləmə bürosunun müdiri təyin edildi. Elə həmin il 1954-cü ildə bitirdiyi Kuibışev Aviasiya İnstitutunun təyyarə mühəndisliyi şöbəsinin axşam şöbəsinə daxil oldu.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
Vitali Portnikov
Vitali Portnikov (ukr. Віталій Едуардович Портников, 14 may 1967, Kiyev) — Ukraynalı jurnalist, yazıçı və publisist, teleaparıcı. "Azadlıq" radiosunun rəyçisi, Ukrayna və Rusiya nəşrlərində analitik məqalələrin müəllifi. Ukrayna PEN Mərkəzinin üzvü. Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı (2023). Vitali Portnikov 14 may 1967-ci ildə Kiyevdə anadan olmuşdur. Atası iqtisadçı, anası hüquqşünas olmuşdur. Vitali 1983-cü ildə səkkizinci sinifdə oxuyarkən Latviyanın "Yurmala" qəzetində əsərlərini nəşr etməyə başlamışdır. Öz izahatına görə, yəhudilərə qoyulan məhdudiyyətlər səbəbindən Kiyevdəki universitetə daxil ola bilməmiş, 1985-ci ildə Kiyevdən Dnepropetrovska köçmüş və burada Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Amma burada cəmi üç kurs oxumuşdur.
Vitali Vorotnikov
Vitali Vorotnikov (rus. Воротников, Виталий Иванович; 20 yanvar 1926, Voronej – 19 fevral 2012, Moskva) — dövlət xadimi, RSFSR Nazirlər Sovetinin sədri (1983–1988), Sovet İttifaqı Kommunist Partiyası MK Komitəsinin üzvü (1983–1990), Sosialist Əməyi Qəhrəmanı (1986). V. Vitali 22 yanvar 1926-cı ildə Voronejdə doğulub. Voronej məktəbi bitirdikdən sonra 1940-cı ildə Voronej Aviasiya Kollecinin mühəndislik şöbəsinə daxil oldu, lakin 1942-ci ilin fevral ayında emalatxanada çilingər köməkçisi kimi F. E. Dzerjinsky adına Voronej Buxar Mühərrik Təmiri Zavodunda işə düzəldi. Voronejin işğalından əvvəl 1942-ci ilin yayında əvvəlcə Krasnıy Liman kəndinə gedib burada kolkozda işlədi, həmin ilin sentyabrında qaçqınların qatarı ilə birlikdə əsasən 18 saylı Voronej Aviasiya Zavodunun işçilərinin ailələri Vitali Vorotnikov Bezymyanka rayonuna (Kuybyshev) evakuasiya edildi, payızda isə zavodun özü köçürüldü. 1942-ci ilin oktyabrında 18 nömrəli Kuibışev Zavodunun 1 nömrəli mexaniki emalatxanasının Texniki Nəzarət şöbəsinə (OTK) nəzarətçi təyin edildi, daha sonra 20 nömrəli əsas alət emalatxanasının qrupuna verildi. 1947-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzv olmuşdur. 1948-ci ildə 34 nömrəli mexaniki emalatxanada texnoloji tənzimləmə bürosunun müdiri təyin edildi. Elə həmin il 1954-cü ildə bitirdiyi Kuibışev Aviasiya İnstitutunun təyyarə mühəndisliyi şöbəsinin axşam şöbəsinə daxil oldu.
Vitali Şevoroşkin
Vitali Viktoroviç Şevoroşkin (rus. Вита́лий Ви́кторович Шеворо́шкин, ing. Vitaly (Vitalij) Shevoroshkin; 12 yanvar 1932, Yeni Afon, Abxaziya MSSR – 22 dekabr 2023) — SSRİ və ABŞ linqvisti, filologiya elmləri doktoru (1966). 20 kitabın və 500-dən çox məqalənin müəllifi, həmmüəllifi və redaktorudur. O, Miçiqan Dilçilik Cəmiyyətinin (1986–1987-ci illərdə prezidenti), Avropa Dilçilik Cəmiyyətinin və Kosmik Onomastika Cəmiyyətinin üzvü olmuşdur. 1965-ci ildən dilçi Qalina Alekseyevna Barinova ilə evlidir. Oğlu proqramçı Aleksey Şevoroşkin 1966-cı il təvəllüdlüdür.