Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pirojok
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Pirojok adası
Pirojok adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizini ərazisində, arxipelaqın mərkəzində, Arnqold adasından 700 m şimalda qərarlaşıır. Uzunsov formaya malikdir. Uzunluğu 200 m təşkil edir. Yüksəklik yoxdur. Şokalski boğazında yerləşən digər adalar kimi bu adada Kara dənizi hövzəsinə aid edilir.
Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir. == Fəaliyyəti == Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır. 14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.
İqor İrodov
İqor Yevqeneyviç irodov (rus. Игорь Евгеньевич Иродов; 16 noyabr 1923, Murom, Vladimir quberniyası[d] – 22 oktyabr 2002, Moskva) – Sovet Rus fiziki və İkinci Dünya müharibəsi veteranı. Əsasən Moskva Fizika və Mühəndislik İnstitutunun fizika professoru kimi tanınmışdır və bir neçə ölkədə fizika üzrə mühazirə kursuna çevrilən ümumi fizika üzrə bir sıra kitabların müəllifidir. == Bioqrafiyası == İrodov Russiyada Vladimir vilayətinin Murom şəhərində anadan oldu. Səkkiz yaşında ikən ailəsi Moskvaya köçdü. II Dünya Müharibəsi dövründə 1-ci və 4-cü Ukrayna Cəbhələrində müxtəlif piyada birləşmələri ilə vuruşdu, eyni zamanda drrafçı və kartoqraf kimi fəaliyyət göstərdi. Şücaətinə görə "Vətən müharibəsi" ordeninə (II dərəcəli, 1945), "Qırmızı ulduz" ordeninə (1944), "İgidliyə görə" (1943), "Döyüş xidmətlərinə görə" (1944) və "Almaniya üzərində qələbəyə görə" (1946) medalına layiq görüldü. 1945-ci ilin oktyabr ayında İrodov tərxis olundu və müalicə alması üçün Moskvaya göndərildi. 1946-cı ilin fevral ayında Moskva Fizika və Mühəndislik İnstitutunun Fizika fakültəsinə daxil oldu. 1950-ci ilin noyabr ayında dizayner və fizika cihazlarının operatoru ixtisası üzrə fərqlənmə dərəcəsi ilə məzun oldu.
İriana Coko Vidodo
İriana Cokovi (1 oktyabr 1963, Surakarta, Mərkəzi Yava) — 20 oktyabr 2014-cü ildən İndoneziyanın birinci xanımı və İndoneziyanın indiki prezidenti Coko Vidodonun xanımı. == Karyera == Həyat yoldaşı Coko Vidodo Cakartanın qubernatoru olarkən İriana İndoneziyada milli qadın hərəkatı olan Ailə Rifah Təhsil Təşkilatının (Pembinaan Kesejahteraan Keluarga və ya PKK) lideri təyin edildi. 2005-2008-ci illəri arasında Surakarta şəhərində PKK-nın lideri vəzifəsində çalışdı. == Ailə == İriana 24 dekabr 1986-cı ildə Solo, Mərkəz Yavada Coko Vidodoyla ailə həyatı qurdu. Qibran Rakabuminq (1 oktyabr 1987-ci il təvəllüdlü) və Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) adlı iki oğlu və Kahiyanq Ayu adlı bir qızı (20 aprel 1991-ci il təvəllüdlü) var.
Öjen-Fransua Vidok
Öjen-Fransua Vidok (24 iyul 1775 və ya 25 iyul 1775, Arras – 11 may 1857[…], Paris) — fransalı dedektivdir. On doqquzuncu əsrin birinci yarısında, fransalı polisin dedektivi Öjen-Fransua Vidok, cinayətkarları ələ keçirmək üçün qeyd aparma, ballistik elm və hadisə yerindəki ayaqqabı izlərindən istifadə edərək cinayətkarlıq uğrunda mübarizəsini elmi səyə çevirdi. Vidok'un Fransadakı cinayətlərin faizinin azalmasında dramatik müvəffəqiyyəti, məhkəmə elmi metodlarını populyarlaşdırmağa kömək etdi. Həmçinin Artur Konan Doyl da Şerlok Holms personajını yaradarkən bu adamdan ilham aldı. Vidok, bir çörəkçinin və həyat yoldaşının ilk uşağı olaraq Fransa'nın Arras şəhərində anadan olub. Erkən yaşlarından etibarən xanımlarla münasibət qura bilməyən Vidok, 1790-cı ildə bir qadına görə dueldə bir adamı öldürdü. Yalnız bu zaman gənc yaşında olan Vidok hakimin orduya qatılmasına icazə verdiyinə görə həbsxanadan qurtararaq hərbi xidmətə getdi. Daha sonra, 1795-ci ildə, məzuniyyətdən qayıtdıqdan və sədaqətsiz arvadını başqa bir adamla tutduqdan sonra həyatında dəyişikliklər etməyə başladı. Vidok daha sonra ordudan qaçdı və kart köpək balıqları adında illegal bir qrupa qatıldı. O, bir məhkum üçün ailəsi ilə birlikdə saxta sənəd düzəltdi, tutuldu və həbsə atıldı, Vidok yenidən həbsdən qaçaraq yenə bir qrup qaçaqmalçıya qatıldı, ancaq yenə şəxsiyyət sənədləri olmadığı üçün həbs olundu.