Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vısokiy adası
Vısokiy adası (Rusiya)
Vısokiy adası (Rusiya)
Vısokiy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizi ərazisində, Komsomoles adası və Oktyabr İnqilabı adasının arasında, Qırmızı Ordu boğazında yerləşir. Qərbdən şərqə doğru 4,3 km məsafədə uzanır. Eni 2 km təşkil edir. Adada iki yüksəklik vardır: 25 metrlik zirvə qərb hissədə, 42 metrlik zirvə isə şərq hissədə yerləşir. Adanın ən hündür nöqtəsində geodeziya məntəqəsi yerləşir. Burada göl və çay yoxdur.
Vısoki adası
Vısokiy adası (Rusiya)
Vısokiy adası (Cənubi Sandviç)
Vısoki adası (ing. Visokoi Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan kiçik ada. Atlantik okeanın cənubunda yerləşir. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Coğrafiya == Vısoki adası Cənubi Georgiya adasından 520 k, cənub-şərqdə yerləşir. Antarktidadan şimal-şərqdə qərarlaşır. Leskov və Zavadovski adaları ilə birlikdə Traverse arxipelaqını əmələ gətirir. Adanın uzunluğu 7,2 km, eni isə 4,2 km təşkil edir. Adanın maksimal hündürküyü 1005 metrdir. == Tarix == Ada ilk dəfə 1819-ci ildə rus antarktik ekspedisiyasının rəhbəri Faddey Belinshauzen tərəfindən kəşf edilmişdir.
Viski
Viski (gel dilindən uisge beatha - hərfi mənada həyat suyu) həcmcə 40-50% spirtdən ibarət tünd alkoqollu içki, Böyük Britaniya və ABŞ-də çox işlədilir. Dənli bitki xammalından hazırlanan qıcqırdılmış qatı mayenin distilləsi yolu ilə alınır. Hazır viski distillə olunmuş spirt, bəzi hallarda şərab, ətirli maddələrin ekstraktları və s. ilə qarışdırılır. == Şotland viskisi == Şotland viskisi yüksək keyfiyyəti və qiyməti ilə daima seçilmişdir, xüsusən özünəməxsus dadı, qoxusu və qədim ənənələri vardır. Dünyada ən bahalı və qədim viskilərdən biri Mortlach 70 hesab olunur. Bu viski Gordon & MacPhail kompaniyası tərəfindən hazırlanmışdır, qiyməti isə tam 15,2 min dollar sayılır. == Mortlach 70 viskisi == Mortlach 70 viskisi 1938 – ci ildən etibarən hazırlanmağa başlanılmışdır, bir neçə on illər keçməsinə baxmayaraq hələ indiyə kimi öz zəngin qoxusunu və dadını itirməmişdir. Hazırlanma zamanı viskinin tərkibinə əncir və üzüm qatışdırılır. Şotland viskisini dadmış və onun dəyərindən məlumatı olan hər bir kəs bilməlidir ki, Mortlach 70 viskisi necə orijinal və dəyərlidir.
Mil Visoko
44°32,30′ şm. e. 18°12,40′ ş. u. == Tarix == Mil Bosniya zadəganları üçün böyük əhəmiyyət daşıyırdı və orta əsrlər Bosniyadakı zadəganların məclisinə istinad edilən ən məşhur ad olan Stanak üçün nəzərdə tutulan yerlərdən biri idi. 1367–1407-ci illərdə bəzi tarixi mənbələr Mil şəhərində yerləşən Franciscan monastırı üçün pul vermiş Ragusan tacirlərindən bəhs edir. 1380–1390-cı illərdəki mənbələrə görə isə Müqəddəs Nikolas Manastırı olaraq təyin edilmişdir. Mil ilk dəfə 1244-cü ildə Müqəddəs Kuzma və Damjan kilsələri kimi (yazılı mənbələrdə: Mil, Sv. Nikola, Visoko, Mileševo) xatırlanır. Elə həmin il, Stefen II Kotromanik ilk Saint Nikolas Fransiskan monastırını inşa etdi.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Ankara (viski)
Ankara viskisi — 1963-cü ildə Ankara, Atatürk Meşə Fermasında istehsalına başlanan, Türkiyənin ilk və tək viskisi. == Tarixçə == 1960-cı illərə qədər xaricə qapalı bir iqtisadiyyat modeli mənimsənən Türkiyədə, dövrün hökuməti tərəfindən yerli məhsulların istehsalını dəstəkləmək və xüsusilə spirtli içkilərin idxalı vəsiləsiylə xaricə yerli valyutanın çıxmasının qarşısını almaq məqsədilə yerli bir viski istehsalı edilməsi qərarlaşdırılmışdır. 1963-cü ildə viski istehsal etmək üçün TEKEL-in Ankaradakı pivə zavoduna kiçik bir hissə inşa edildi. Bu qurğunun istehsal həcmi 200.000 litrə yaxındır.1980-ci illərə gəlindiyində Türkiyənin, iqtisadi siyasətlər istiqamətində açıq iqtisadiyyata keçid etməsiylə birlikdə daxili bazara idxal spirtli içkilərin girişi sərbəst buraxılmışdır. Belə bir rəqabət şəraitində Ankara viskisinin populyarlığı gündən-günə azalmağa başladı. O dövrdə hələ də viski istehsalına cavabdeh olan TEKEL, satış siyasəti və reklamda bəzi dəyişikliklər etməyə və bazarda saxlamağa çalışsa da, bu təşəbbüslərdən heç biri müsbət nəticə almadı.Ankara viskisinin istehsal hüquqları əvvəlcə Mey içki şirkətinə verildi və təxminən 10 il bu şəkildə davam etdikdən sonra dünyaca məşhur spirt istehsalçısı Diageoya satıldı. Xarici sərmayəçilər tərəfindən alınan Ankara viskisi qısa müddətdə fəaliyyətini dayandırdı. == İstehsal texnikası və xüsusiyyətləri == İstehsal müddətində Ankara viskininin əsas tərkib hissəsi kimi taxıl və düyü istifadə edilmişdir. Texniki məsələlərdə Şotlandiya və Amerika avadanlıqlarından geniş istifadə olunmuşdur. Viskinin yetkinlik müddəti 5 il olaraq təyin olunmuşdur.
Şərafəddin məscidi (Visoko)
Şərafəddin məscidi (bosn. Šerefudinova Bijela džamija) və ya Ağ məscid ― Bosniya və Herseqovinanın Visoko şəhərində yerləşən məscid. Tikilinin şəhər və ərazi üçün böyük memari əhəmiyyəti var. Məscidin memarı Zlatko Uqlyen, ustası İsmət İmamoviç, podratçısı isə Visokolu Zvezda olmuşdur. Orijinal məscid 1477-ci ildə tikilsə də, daha sonralar tamamilə yenidən qurulmuş və bu iş 1980-ci ildə bitirilmişdir. Məscidin layiq görüldüyü ən diqqətəlayiq mükafat 1983-cü ildə verilmiş Ağa Xan Memarlıq mükafatı olmuşdur. Münsiflər heyəti məscidi dayanıqlılığı, yaradıcılığı və parlaqlığı ilə yanaşı özünəməxsusluğu və yeniliyi üçün də yüksək qiymətləndirmişdi. Məscid 2007-ci ildə Macarıstan memarları tərəfindən Avropanın ən yaxşı dizayn edilmiş üç ibadətgahından biri olduğu üçün mükafat almışdır. == Memarlıq == Məscidin mərkəzi sahəsi həm namaz qılmaq, həm də mühazirələr və müzakirələr kimi digər dini fəaliyyətlər üçün nəzərdə tutulmuşdur. Ərazidə namaz qılmaq üçün qapalı sahənin olduğu əlavə bina da mövcuddur.