Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Fransua Viyet
Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır. == Həyatı == 1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır. 1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar. == Mənbə == "Uşaqlar üçün ensiklopediya.
Viyet teoremi
Viyet teoremi və ya Viyet formulası — Çevrilmiş kvadrat tənlikdə tənliyin köklərinin hasili sərbəst həddə; köklərin cəmi isə əks işarə ilə götürülmüş əmsala (b-yə) bərabərdir. Teoremə onun əsasını qoymuş "Fransua Viyetin" adı verilib. Bu formulalar əsasən cəbrdə istifadə edilir. == Düsturu == Əgər x 1 {\displaystyle x_{1}} və x 2 {\displaystyle x_{2}} — kvadrat tənliyin a x 2 + b x + c = 0 {\displaystyle \ ax^{2}+bx+c=0} həlləridirsə, o zaman { x 1 + x 2 = − b a x 1 x 2 = c a {\displaystyle {\begin{cases}~x_{1}+x_{2}=~-{\dfrac {b}{a}}\\~x_{1}x_{2}=~{\dfrac {c}{a}}\end{cases}}} Xüsusi halda, əgər a = 1 {\displaystyle a=1} (verilən forma x 2 + p x + q = 0 {\displaystyle x^{2}+px+q=0} ), o zaman { x 1 + x 2 = − p x 1 x 2 = q {\displaystyle {\begin{cases}~x_{1}+x_{2}=-p\\~x_{1}x_{2}=q\end{cases}}} Əgər x 1 , x 2 , x 3 {\displaystyle x_{1},x_{2},x_{3}} — kub tənliyinin p ( x ) = a x 3 + b x 2 + c x + d = 0 {\displaystyle p(x)=ax^{3}+bx^{2}+cx+d=0} həlləridirsə, o zaman { x 1 + x 2 + x 3 = − b a x 1 x 2 + x 1 x 3 + x 2 x 3 = c a x 1 x 2 x 3 = − d a {\displaystyle {\begin{cases}x_{1}+x_{2}+x_{3}=-{\dfrac {b}{a}}\\x_{1}x_{2}+x_{1}x_{3}+x_{2}x_{3}={\dfrac {c}{a}}\\x_{1}x_{2}x_{3}=-{\dfrac {d}{a}}\end{cases}}} == İsbatı == Viyet teoremi verilən bərabərliyi ( P ( x ) = a n x n + a n − 1 x n − 1 + ⋯ + a 1 x + a 0 {\displaystyle P(x)=a_{n}x^{n}+a_{n-1}x^{n-1}+\cdots +a_{1}x+a_{0}} ) açmaqla isbat oluna bilər: a N X n + a n − 1 x n − 1 + ⋯ + a 1 x + a 0 = a n ( x − x 1 ) ( x − x 2 ) ⋯ ( x − x n ) {\displaystyle a_{N}X^{n}+a_{n-1}x^{n-1}+\cdots +a_{1}x+a_{0}=a_{n}(x-x_{1})(x-x_{2})\cdots (x-x_{n})} Bu isə doğrudur, çünki x 1 , x 2 , … , x n {\displaystyle x_{1},x_{2},\dots ,x_{n}} bu çoxhədlinin bütün həlləridir.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Cicer
Noxud (Cicer arietinum L.) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir. Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Hecet
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634-644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Picea
Küknar (lat. Picea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Veitchia Lindl.
Qacet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Sifət
Üz və ya sifət — insan başının yuxarıda baş dərisinin, aşağıda - alt çənənin küncləri və alt kənarı ilə, yanlardan - alt çənənin kənarları ilə sərhədlənmiş ön hissəsi.
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Uacet
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Vicia
Lərgə (lat. Vicia) - paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Bu bitkini ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütləsindən və küləşindən istifadə edilir. Toxumun tərkibində 23-34% zülal, 24-45% sulu karbonlar, 0,5-0,7% yağ, 4,0-4,6% sellüloza və 2,0-2,5% kül vardır. Lərgə dəni dad keyfiyyətinə və həzm olunmasına görə noxud və mərcimək dənindən geri qalır. Ondan sənayedə yüksək keyfiyyətli kazein kleyi alırlar. Faner, parça və plastmas alınmasında istifadə olunur. Yaşıl kütləsində 20% xam zülal, 2,9% yağ, 42,8% azotsuz ekstraktiv maddələr var. Küləşində 6,8% protein və 15,4% azotsuz ekstraktiv maddələr olur.
Video
Video (lat. video dan — baxıram, görürəm) — prinsiplər əsasında hərəkət edən təsvirin formalaşdırılması, qeydə alınması, emalı, ötürülməsi, saxlanması və çoxaldılması üçün elektron texnologiya televiziya, eləcə də audiovizual əsər, fiziki mediada qeydə alınıb (video kaset, video diskdə və s.).
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
Dicey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Viber
Viber — çox platformalı dəstək təklif edən və internet üzərindən ani mesajlaşma və səsli zənglər təklif edən rabitə vasitəsi. Mətn mesajları ilə yanaşı, istifadəçilərə bir-birinə media və səsli mesajlar göndərməyə də imkan verir. Proqram mobil telefonda Android, iOS, BlackBerry, Windows Phone, Symbian və Bada-nı dəstəkləyir; İş masasında Windows, Mac OS X və Linux-u dəstəkləyir. Viber istifadəçilərdən hər hansı hesab açmağı tələb etmir, sadəcə telefon nömrəsindən istifadə edərək istifadəçini sistemdə qeyd edir. Viber-i quraşdırdıqdan sonra siz telefon kitabçanızda qeydiyyatdan keçmiş Viber-dən istifadə edən bütün istifadəçilərlə ünsiyyətə başlaya bilərsiniz. Viber-ə ilk dəfə daxil olduğunuz zaman nömrənizi telefon kitabçasında saxlayan və Viber-dən istifadə edən bütün istifadəçilərə avtomatik olaraq Viber-ə qoşulduğunuz barədə mesaj göndərilir.[sitat lazımdır]. 2013-cü ilin may ayından etibarən Viber-in 200 milyondan çox istifadəçisi var. == Tarixi == Viber ilk dəfə 2 dekabr 2010-cu ildə iPhone tətbiqi olaraq Skype-a rəqib olaraq buraxıldı. Tətbiqin limitsiz Android versiyası 19 iyul 2012-ci ildə buraxıldı. BlackBerry və Windows Phone cihazları üçün Viber 2012-ci il mayın 8-də buraxıldı.