Misir Tanrıları Uacet | |||||
---|---|---|---|---|---|
Urey relyefləri, Coser ehramı | |||||
Adı | Uacet | ||||
və ya |
Wadjit W3ḏjt | ||||
İdeoqram 1. |
Uacet | ||||
İdeoqram 2. |
(Kobra+Günəş) | ||||
İdeoqram 3. |
Kobra | ||||
və ya |
Wadjit W3ḏjt | ||||
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir.
Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır.
Leto (yun. Λητώ miken yazılarında ra-to[1]) - yunan mifologiyasında[2] titan ilahə, Koy və Febanın qızı[3], Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası[4].
Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.