Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Güznüt
Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir. İqlimi kəskin kontinentaldır — yayı subtropik, tropik; qışı mülayim keçən iqlimdir, yayda orta temperatur +35–40 dərəcə olduğu halda, qışda bu temperatur −15–20 dərəcə olur. == Əhalisi == === Tanınmış şəxsləri === Nəcəf Həsənov (1976–1996) — Naxçıvan MR Şahbuz rayoununun Qanlıgöl ətrafında şəhid olmuşdur. Qafar Qərib (1976) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999). Ramil Əliyev (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Valknut
Valknut bir-birinə bağlı üç üçbucaqdan ibarət bir simvoldur . Qədim german xalqlarının arxeoloji qeydlərindən müxtəlif obyektlərdə görünür. "Valknut " termini müasir inkişafdır; tarixən simvola istinad etmək üçün hansı termin və ya terminlərdən istifadə edildiyi məlum deyil. Alimlər simvol üçün müxtəlif izahatlar təklif etdilər, bəzən onu Odin tanrısı ilə əlaqələndirdilər və o, 9-cu əsrə aid Snoldelev Daşında tapılan üç buynuzlu simvolla müqayisə edildi və onunla əlaqəli ola bilər. Bir versiyaya görə Skandinaviya bütpərəst simvolu, müasir dövrdə əsasən neo-bütpərəstlər tərəfindən istifadə olunur.Onlar üç dünyanın - Tanrılar dünyası (Asgard), insanlar dünyası ( Midgard) və ölülər dünyasının ( Helheim) birləşməsini təmsil edir. Əsasən qurban və edam yerlərində rast gəlinir. Beləliklə, o, insan ruhunun dirilər dünyasından ölülər dünyasına keçidini simvolizə edirdi. Bununla belə, açıq-aydın ölümcül döyüşə gedən döyüşçülərin bədənlərinə döymə vuruldu və beləliklə onları axirətə hazırladı.
Vanqut topulqası
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. Baltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir. Hündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Bulbophyllum vanum
Bulbophyllum vanum (lat. Bulbophyllum vanum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Mazut Konstitusiyası
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. == Fəhlə hərəkatının güclənməsi == XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri"nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Vanua-Levu
Vanua Levu (ing. Vanua Levu) — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı (ing. Sandalwood Island). Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur. Ada vulkanik və mərcan məşəllidir.
Vaut Veqorst
Vaut Veqorst (7 avqust 1992, Amsterdam) — İngiltərə Premyer Liqasında çıxış edən Mançester Yunayteddə icarə əsasında çıxış edir.
Yakob Vant-Hoff
Yakob Henrik vant Hoff (nid. Jacobus Henricus van 't Hoff; 30 avqust 1852[…] və ya 1852, Rotterdam, Cənubi Hollandiya – 1 mart 1911[…], Berlin) — Kimya üzrə Nobel mükafatı almış holland kimyaçı. Kimya üzrə Nobel mükafatının ilk laureatı. 1852-ci ildə Hollandiyanın Rotterdam şəhərində anadan olmuş Yakob Hendrik Vant-Qoff kimya elmi ilə uşaqlıqdan maraqlanmağa başlamışdır. Lakin valideynləri onun kimyaçı olmaq arzusuna qarşı çıxaraq, mühəndis ixtisası üzrə təhsil almağa məcbur etmişlər. O fəlsəfə, poeziya və riyaziyyat elmləri ilə də ciddi maraqlanmış, müəyyən təhsil almışdır. Təhsilini başa vurduqdan sonra bir müddət qənd zavodunda çalışmış, nəhayət, Bonn Universitetinə daxil olaraq Fridrix Kekulenin rəhbərliyi altında kimya elminin sirlərinə yiyələnmişdir. Onun təhsil aldığı şəhərlər arasında Parisin də adı çəkilir. Dissertasiyasını Utrext Universitetində müdafiə etmiş, 1878-ci ildə isə Amsterdam Universitetinin kimya professoru elmi dərəcəsinə layiq görülmüşdür. Alim sonrakı 18 il ərzində bu universitetdə həftədə beş dəfə üzvi kimyadan, bir dəfə isə mineralogiya, kristalloqrafiya, geologiya və paleontologiyadan mühazirələr oxumuş, həmçinin kimyəvi laboratoriyaya rəhbərlik etmişdir.