Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaqarin (Smolensk)
Qaqarin — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qaqarin (Özbəkistan)
Qaqarin (özb. Gagarin) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Qaqarin körpüsü
Cavanşir körpüsü (əvvəlki adı: Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. "Cavanşir" körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib. 20 may 2024-cü ildə sökülməsinə başlanılıb.
Qriqori Qaqarin
Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810, Sankt-Peterburq – 18 (30) yanvar 1893, Şatelro[d]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir. Григорий Гагарин. Костюмы Кавказа (Scenes, paysages, meurs et costumes du Caucase). Paris, 1845. Олег Кузнецов, канд.
Yuri Qaqarin
Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], Qərb vilayəti[d] – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir. 1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir. 27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir.
Qaqarin ordeni
Qaqarin ordeni — Rusiya Federal Kosmik Agentliyinin inkişafındakı böyük xidmətləri qiymətləndirmək üçün təsis edilmiş yüksək dərəcəli mükafat. 1961-ci ildə kosmosa ilk səyahət edən sovet kosmonavtı Yuri Qaqarinin adını daşıyan mükafat Qaqarin ordeni 2023-cü ildə Valentina Tereşkovanın 16 iyun 1963-cü ildə Vostok 6-da solo missiyasının 60 illiyi və Yuri Qaqarinin Vostok 1 kosmik gəmisində tarixi kosmosa uçuşunun 62-ci ildönümü şərəfinə təsis edilmişdir. Sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçan ilk insan olub. O, 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində 1 saat 48 dəqiqəyə yer kürəsini dövrə vurduqdan sonra, Yerə sağ-salamat qayıdıb. 12 aprel 2023-cü ildə Rusiya Federal Kosmik Agentliyin baş direktoru Yuri Borisov bəyan etdi ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federal Kosmik Agentliyin tərəfindən Qaqarinin adına ordenin təsis edilməsi təklifini təsdiqləyib. Rusiya Federasiyası Prezidentinin 27 may 2023-cü il tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnaməyə əsasən, Qaqarin ordeni Rusiya vətəndaşlarına ilk növbədə uğurlu ekipajla kosmik uçuşlara, kəşfiyyat, inkişaf və tədqiqat üzrə ekipajla kosmik uçuş proqramlarına görə verilir. Qaqarin ordeninin əsas məqsədi kosmosun tədqiqi və əlaqəli elmi fənlər sahəsinə əhəmiyyətli töhfə vermiş şəxsləri və təşkilatları tanımaq və tanıdmaqdır. Valentina Tereşkova Qaqarin ordeninin ilk sahibi olub. İlk qadın kosmonavt Valentina Teleşkovaya Rusiya Federasiyası Prezidentinin 16 iyun 2023-cü il tarixli 442 nömrəli Fərmanı ilə "kosmosun tədqiqində görkəmli xidmətlərinə, tarixi uçuş zamanı göstərdiyi cəsarət və fədakarlığa, aktiv ictimai və beynəlxalq fəaliyyətinə görə" elə həmin gün Vladimir Putin Sankt-Peterburqdakı Konstantin sarayında keçirilən görüşdə ona mükafatı təqdim edib. "Bu yaxınlarda Yuri Qaqarin ordeni təsis edildi.
Qütb qaqarı
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qaqarin abidəsi (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Qaqarin heykəli (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Aqafiy
Aqafiy, Ağafias Sxolastikos (yun. Ἀγαθίας σχολαστικός) — VI əsrdə yaşamış Bizans tarixçisi və şairi.
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Ağqarın ağdiş
Ağqarın ağdiş (lat. Crocidura leucodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır. Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir.
Ağqarın kərtənkələ
Ağqarın kərtənkələ (lat. Darevskia unisexualis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Müqayisədə uzundur. Uzunluğu 70 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Boğazının orta hissəsində 24-31 pulcuq vardır. Belinin yuxarı hissəsi zeytunu-qəhvəyi, qəhvəyinin müxtəlif calarlarında olur. Qarın nahiyəsi ağ olur. Onların arealı Ermənistanın orta və yüksək dağlıq ərazilərində, Türkiyənin şərq sərhədlərində və Gürcüstanın cənub hissəsində yayılmışlar.
Ağqarın tinamu
Ağqarın tinamu (lat. Nothura boraquira) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Ağqarın uzunqanad
Giorgi Qaxariya
Giorgi Qaxariya (bəzi Azərbaycandilli mənbələrdə Giorgi Qaxaria; gürc. გიორგი გახარია; 19 mart 1975, Tbilisi) — gürcü siyasətçisidir. 13 noyabr 2017-ci ildən — Gürcüstan Baş Nazirinin müavini, Gürcüstan Daxili İşlər Naziri, 2019-cu ilin may ayında Milli Təhlükəsizlik Şurasının katibi təyin edildi. 3 sentyabr 2019-cu ildən 18 fevral 2021-ci ilədək Gürcüstanın Baş naziri vəzifəsini yerinə yetirib. 1992–1994-cü illərdə Qaxariya Tiflis İvane Cavaxişvili Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1994–1999-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetində oxuyub. Siyasi Elm Magistrıdır. 2002–2004-cü illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Ali Biznes Məktəbində (Biznes Menecmenti Magistri) təhsil almışdır. 2006–2009-cu illərdə Moskva Dövlət Universitetində Tətbiqi Biotexnologiya kafedrasının dəvət olunmuş müəllimi olmuşdur. Qaxariya 2004-cü ilin mayından 2008-ci ilin noyabrınadək SFK Qrupunun baş direktoru vəzifəsini tutdu.
Polina Gagarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Polina Qaqarina
Polina Serqeyevna Qaqarina (rus. Полина Сергеевна Гагарина; doğ. 27 mart 1987) - rusiyalı pop-estrada müğənnisi, bəstəkar, model və kino ulduzu. O, Rusiyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə final mərhələsində 2-ci yeri qazandırmışdır. Polina Qaqarina 27 mart 1987-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Moskva şəhərində anadan olmuşdur. Polina Moskvada dünyaya göz açsa da, gəncliyinin böyük hissəsini Yunanıstanda keçirmişdir. Onun anası balerina olmuşdur. Atasının vəfatından sonra Polina anası ilə birlikdə Rusiyaya geri dönmək qərarına gəlsələr də, lakin qısa zaman sonra onlar yenidən Yunanıstana, Afinaya qayıtmışdırlar. Polina təhsilini bitirdikdən sonra Rusiyaya geri dönmüş və Saratov şəhərində nənəsi ilə yaşamışdır. O, rus və yunan dillərində səlis danışa bilir.
Qabarıq çoxbucaqlı
Qabarıq çoxbucaqlı — bütün diaqonalları öz daxilində yerləşən çoxbucaqlı. Əgər çoxbucaqlının tərəflərinin uzantısı çoxbucaqlını kəsmirsə, bu qabarıq çoxbucaqlıdır. QABARIQ n-bucaqlının d=n² — 3n/2 sayda diaqonalı var. QABARIQ çoxbucaqlının xarici bucaqlarının cəmi 360°-yə bərabərdir QABARIQ çoxbucaqlının daxili bucaqlarının cəmi 180° • (n–2) dərəcədir. QABARIQ n-bucaqlının bir xarici bucağı: 360/n QABARIQn-bucaqlının daxili bucaqlarının cəmi: 180° • (n–2) QABARIQ n bucaqlının diaqonallarının sayı: n(n–3) / 2 Çoxbucaqlının bir təpəsindən çıxan diaqonalları, bu çoxbucaqlını n-2 sayda üçbucağa ayırır. DÜZGÜN ÇOXBUCAQLI Düzgün çoxbucaqlının daxili bucağı 180*(n-2) bir daxili bucağı isə 180*(n-2)/n düsturu ilə hesablanır. xarici bucaqlarının cəmi 360 dərəcədir.
Qabarıq çoxluq
Qabarıq çoxluq - Affin və ya Evklid fəzasında aşağıdakı şərti ödəyən nöqtələr çoxluğudur: “Bu çoxluğun ixtiyari iki nöqtəsini birləşdirən parça həmin çoxluğa aiddir”. Qabarıq çoxluq misal olaraq kürəni, dairəni, qabarıq çoxüzlünü, qabarıq çoxbucaqlını, yarımfəzanı, yarımmüstəvini və s. göstərmək olar. Qabarıq çoxluq bir sıra maraqlı xassələri var. Qabarıq çoxluq qabarıq cisimlər nəzəriyyəsi öyrənir. Son vaxtlar qabarıq çoxluq maraq artmışdır. Bu da xətti proqamlaşdırmanın inkişafı ilə əlaqədardır. Qabarıq cisim qabarıq çoxluğu təşkil edən nöqtələr çoxluğundan ibarət cisimdir. Qabarıq fiqur qabarıq çoxluğu təşkil edən nöqtələr çoxluğundan ibarət fiqurdur. 1.
Qaudalup qarqarı
Qaudalup qarqarı (lat. Caracara lutosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.