Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bazuka
Bazuka(bazooka) İkinci dünya müharibəsi dövründə istifadə olunan və Amerika Birləşmiş Ştatları istehsalı olan bir antitank daşına bilən silahıdır. İstifadə olunduğu dövrlərdə ABŞ ordusunun piyada qüvvələri tərəfindən istifadə olunan əsas antitank silahı olmuşdur. Bu silah yüksək partlayıcılı antitank (High Explosive Anti-tank /HEAT) döyüş başlığına malik ilk antitank silahlarından biridir. Alman silahlı qüvvələri də bu silahın dizaynına uyğun dərhal silah istehsal etmişdirlər. Bu silah 88 mm-lik Raketenpanzerbüchse silahıdır.
Meqaduka
Böyük duka və ya meqaduka (yun. μέγας δούξ), həmçinin meqaduks (lat. Megadux) — Bizans imperiyası iyerarxiyasındakı ən yüksək vəzifələrdən biri, donanmanın baş komandanı. Anqold, Maykl. The Byzantine Empire, 1025–1204: A Political History. Second Edition (ingilis). Longman. 1997. ISBN 0-582-29468-1. Bartusis, Mark S. The Late Byzantine Army: Arms and Society 1204–1453 (ingilis).
Napuka
Napuka (fr. Napuka) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Üçbucaq formasına malikdir. Uzunluğu 7 km, eni isə 3,5 km təşkil edir. Atollun sahəsi 8 km²-dir. Daxilində laqun vardır. Laqunun daxilində isə 32 elədə iri olmayan ada vardır. Laqunun eni 3 km, uzunluğu isə 9 km-dir. Napuka ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. XX əsrin əvvəllərindən adada kokos palması plantasiyası yetişdirilirdi.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar. Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q. Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir.
Qudula
Qudula — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi dairəsində kənd. Kəndin 400 il yaşı var. Kənddə orta əsrlərdə inşa edilmiş qala yeri qalıb. Kənddə 4000 il yaşı olan kurqandan qızıl sırğa - qurd fiquru tapılıb. Sırğanın üstündə palıd ipək qurdunun qızıl fiquru var. Sırğa Azərbaycan Xalçaçılıq Muzeyində saxlanılır. Kəndin ərazisində yaşı 1000 ildən çox olan Pir palıd adlı Şərq çinarı (Platanus orientalis L.) ağacı var. Kənd Əyriçayın sahilində, dağətəyi ərazidə yerləşir. Ərazisi ağaclıqdır. Kəndin əhalisi 911 nəfər təşkil edir ki, onun da 434 nəfəri kişi, 477 nəfəri isə qadındır.
Xanuka
Hanukka (ing. Hanukkah) — Yəhudi təqviminə görə Kislev ayının 25-ci günü başlayan və səkkiz gün davam edən yəhudi bayramıdır. Xanuka sözü ivrit dilində "həsr etmək" mənasını verir. Bu bayram Qriqorian təqvimi ilə dekabr ayına, noyabr ayının sonuna və ya çox nadir hallarda yanvarın əvvəlinə təsadüf edir. Bayram həmçinin "İşıq Festivalı" kimi tanınır. Festival xanukiya adlı bir şamdanın qollarını yandırmaqla qeyd olunur. Xanukiya menoraya oxşayan və əlavə iki qolu olmaqla doqquz qoldan ibarət bir şamdandır. Xanukiyanın ortasında digərlərindən daha yüksək olan qola şamaş (məsul) deyilir. Bayram ərzində şamaş hər gün yanmaqla, birinci gün bir qol, ikinci gün iki qol yandırılır və hər gün daha bir qolun yandırılması ilə davam edir. Xanuka dini baxımdan nisbətən kiçik bir bayram olsa da, Milad bayramına bir yəhudi alternativi olaraq dünyəvi yəhudilər arasında Şimali Amerikada və digər yerlərdə mühüm mədəni əhəmiyyət qazanmışdır.
Qadara
Qadara (ivr. ‏גדרה‏‎, gad´a-ra və ya ‏גדר‏‎, ga-der; q.yun. τὰ Γάδαρα; ərəb. أم قيس‎, Umm-Qeys) — Şərqi Fələstində qədim istehkam şəhəri. İndiki dövrdə xarabalıqları İordaniyadakı Umm-Qeys (Mukes) təpəsində yerləşir. == Tarixi == E.ə. III əsrdə burada Selevkilərin hakimiyyəti altında yunanlar və ellinləşmiş yerli sakinlər məskunlaşıblar. Polibiyə görə, Qadara Pereyanın ən möhkəmləndirilmiş şəhəri idi. E.ə. 218-ci ildə III Antiox şəhərin qarşısında düşərgə qurmuşdu, çünki o, İordan çayının şərqində Ptolemey hakimiyyətinin son qalalarından birini tutmaq niyyətində idi.
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Padua
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Qauya
Quya çayı (latış. Gauja‎, est. Koiva, alm. Livländische Aa‎) — Latviya ərazisindən axan çay. Çayın kiçik bir hissəsi Estoniya ilə sərhəddən axır. Çayın uzunluğu 460 km, hövzəsinin sahəsi isə 8,9 min. km² təşkil edir. Qolları — Abuls (sol), Amata (sol), Brasla (sağ), Mustyıqi (sağ), Rauna (sol), Vildoqa. Çay Latviya ərazisində formalaşan və ərazisindən axaraq dənizə tökülən ən uzun çaydır. Qidalanmasında 35-40 % qar sularının payına düşür.
Qauda
Qauda (nid. Gouda) Niderlandın qərbində Cənubi Hollandiya əyalətində yerləşən şəhərdir. Bu şəhər dünyada qauda pendiri ilə məşhurdur.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Lyusiya Qaruta
Lyusiya Qaruta (latış. Lūcija Garūta‎; 14 may 1902, Riqa – 15 fevral 1977, Riqa) — Latviyalı pianoçu və bəstəkar. Latviya SSR əməkdar incəsənət xadimi (1962). == Bioqrafiyası == Yeddi yaşında Oto Voqelmanisdən fortepiano öyrənməyə başlayır, sonra Mari Zilinskayanın sinfində oxuyur. Nikolay Alunanın rəhbərliyi altında harmoniya dərsləri alır. 1924-cü ildə Latviya Konservatoriyasını Yazep Vitols ilə bəstəkarlıq sinfini və bir il sonra Lyudmila Qomane-Dombrovskayadan fortepiano dərləri alır, məzun olur. 1925–1926-cı illərdə Riqa Radiosunda çalışır. Parisdə bacarıqlarını artırmağa davam edir, burada Alfred Kortot və İsidora Filippedən fortepianodan, Paul Le Flem alətlərdən və Paul Dukladan bəstəkarlıqda təhsil alır. Solist və müşayiətçi kimi Latviyada və xaricdə çoxsaylı konsertlərdə iştirakl edir. Sonra xəstəlik üzündən bəstəkarlığa keçir.
Madoka Haci
Madoka Haci (d. 8 iyul 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Madoka Okamori
Madoka Okamori (4 iyun 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Madoka Okamori Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Madonna Qranduka
Madonna Qranduka (it. Madonna del Granduca) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505-ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna Qranduka" əsəri hal-hazırda İtaliyada, Florensiya şəhərindəki Palatso Pittidə saxlanılır.
Madura adası
Madura adası (ind. Pulau Madura) — İndoneziyaya məxsus olan ada. Malay arxipelaqına daxildir. Yava adasından Madura boğazı ilə ayrılır. Adanın sahəsi 4250 km² təşkil edir. Maksimal hündürlüyü 471 metrdir. Ada 2013-cü il məlumatına görə əhalisinin sayı 3,7 milyon nəfərdir. Onların böyük əksəriyyəti maduralılardır. İnzibati cəhətdən Şərqi Yava vilayəti ərazisinə daxildir. Nisbətən iri taşayış məntəqləri — Pamekasan, Banqkalan, Samkanq, Sumenep.
Madura boğazı
Madura boğazı (ind. Selat Madura) - Malay arxipelaqına daxil olan Yava adasını Madura adasından ayırır. Sakit okeanına daxil olan Bali dənizini Yava dənizi ilə birləşdirir. Qərbdə və qədim İndoneziya mənbələrində Surabay boğazı adlandırılrdı. == Coğrafiyası == Ən dar yeri 4,9 km (Madura rayonunun cənub-qərbində). Boğaz daxilində bir neçə kiçik adalar vardır (Kambinq, Qetenq, Ketapoenq, Qiliraya, Qilitimur). == Təbiəti == Boğazın suyu Bali və Yava dənizinin suyuna nisbətən duzluluğu azdır. Əsas səbəb isə boğaza tökülən Brontas çayıdır. Bu çay təkcə boğazın suyuna deyil, həm də onun dibinə tonlarla çöküntü gətirir. Sularında 78 bioloji növ yaşayır.
Mamuka Baxtadze
Mamuka Baxtadze (gürc. მამუკა ბახტაძე; 9 iyun 1982, Tbilisi, Gürcüstan SSR) 13 noyabr 2017-ci ildən 13 iyun 2018-ci ilədək Maliyyə Naziri vəzifəsini icra edən Gürcüstan siyasətçisidir.
Mamuka Kikaleyşvili
Mamuka Andreyeviç Kikaleyşvili (gürc. მამუკა ანდრეის ძე კიკალეიშვილი; 10 avqust 1960, Tbilisi — 3 may 2000, Moskva) — gürcü aktyoru və kinorejissoru. == Həyatı == == Filmoqrafiya == Yaramaz (film, 1988) Girişmə, öldürər!
Mamuka Qorqodze
Mamuka Qorqodze (gürc. მამუკა გორგოძე; 14 iyul 1984, Tbilisi) — gürcü reqbi oyunçusu, Fransanın peşəkarToulon klubunun oyunçusu; Gürcüstan millisinin keçmiş kapitanı, Flanker və ya səkkizinci mövqedə oynamışdır. == Həyatı == Mamuka Qorqodze 14 iyul 1984-cü ildə Tbilisidə anadan olub. == Oyunçu karyerası == === Klub === Mamuka əvvəllər basketbol oynayırdı, amma 17 yaşında reqbi oyununu seçdi. Karyerasına Gürcüstanın Top Liqasında "Lelo" klubunun üzvü kimi başlamışdır. 2005-ci ildə Mamuka Montpellier ilə müqavilə imzalamışdır, lakin Qorqodze dərhal kifayət qədər vaxt qazanmadan əsas komandada dayaq qazana bilmədi. 2007 Dünya Kubokundan sonra baza oyunçusu oldu. 2009/2010 mövsümündə "Brive Correz" Mamuka ilə keçid barədə əvvəlcədən razılığa gəlmişdi, lakin son anda bu barədə düşündü və keçiddən imtina etdi. Kompensasiya olaraq Montpellier Brive Correz komandasına 200 min avro ödədi . 2010/2011 mövsümündən bəri, Qorqodze cinah oyunçusu kimi oynamağa başladı və klubun Top 14 finala yüksəlməsinə kömək etdi.
Melaleuca radula
Melaleuca radula (lat. Melaleuca radula) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.