Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.gle
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
GDR
Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur. GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.
GDU
Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-cu ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır. İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir. O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir. Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
KDE
KDE - beynəlxalq azad proqram təminatı cəmiyyəti olub, Linux, Microsoft Windows, FreeBSD, Solaris və Mac OS X əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan masasüstü mühit kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır. KDE 108 dilə tərcümə olunub .
IDE disklər
IDE (“Intelligent Drive Electronic” – Ağıllı Elektron İdarəetməsi) – ATA interfeysinə malik olan sərt disk növü. Məlumatların paralel ötürülməsini təmin edən ATA standartı ilə uyğunlaşdırılan ucuz IDE elektronikası sərt disklər istehsal etməyə imkan verir. Həm də yaddan çıxarmaq lazım deyil ki, ATA xarici qurğuların qoşulması üçün nəzərdə tutulmayıb və 60sm-dən artıq uzunluqda kabelləri dəstəkləmir. Daha doğrusu, belə ATA kabellərini almaq olar, sadəcə onların istifadəsi məsləhət deyil. 1 ATA portu diskin 2 cür – master və slave qoşulmasını təmin edir. Çox vaxt demək olar ki, həmişə insanlar 1 porta sərt diski master olaraq, digər bir qədər yavaş qurğuları, məsələn CD-ROM kimi disk sürücülərini isə slave olaraq qoşurlar. Lakin bilirik ki, IDE hər zaman portda yalnız 1 qurğuya müraciət edə bilər, beləliklə, ümumilikdə sistemin məhsuldarlığı azalır. Prinsipcə slave qoşulmadan istifadə etməmək daha yaxşı olar. Hal-hazırda bütün anakartlarda 2 ədəd IDE portu vardır, hətta bəzilərində 4-ə bərabər olur (ABIT BX-133 RAID tipli). Sərt diski birinci əsas porta master olaraq DVD və ya CD-ROM-u isə ikinci köməkçi porta master olaraq qoşmaq lazımdır.
Tameo İde
Tameo İde (27 noyabr 1908 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ulan-Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
Ulan Ude
Ulan-Ude — Rusiya Federasiyasında yerləşən şəhər Buryatiya Respublikasına daxildir == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == 2016-cı ildə şəhər əhalisi 430.000 nəfər olmuşdur. Əhalinin 62 faizi rus, 32 faizi buryatlardan ibarətdir.
.de
.de — Almaniyanın internet kodu.
.gd
.gd — Qrenadanın internet kodu.
.ge
.ge Gürcüstan üçün ölkə kodu yüksək səviyyəli domendir (ccTLD) . .ge yüksək səviyyəli domen adları vətəndaşlıq və ya yaşayış yeri ilə bağlı heç bir məhdudiyyət olmadan bütün dünyada fiziki şəxslər və şirkətlər üçün birbaşa qeydiyyat üçün mövcuddur. İkinci səviyyəli domen adları bir neçə xüsusi növ qeydiyyatdan keçmək üçün də mövcuddur: .com.ge – yalnız kommersiya təşkilatları üçün .edu.ge – yalnız təhsil müəssisələri üçün .school.ge – yalnız məktəblər üçün .gov.ge – yalnız hökumət təşkilatları üçün .org.ge – yalnız qeyri-hökumət təşkilatları üçün .mil.ge – yalnız dövlət hərbi təşkilatları üçün (dayandırılmış domen zonası, Nazirlikdə qeydiyyatdan keçmiş mil.ge domeni) .net.ge – yalnız şəbəkə provayderi və ya şəbəkə layihə təşkilatları üçün .pvt.ge – yalnız fərdi şəxslər üçün == Tarix == .ge 1992-ci ildə Gürcüstanın SaNet provayderinə həvalə edilib. 2006-cı ildə Caucasus Online 3 şirkətin (o cümlədən SaNet) birləşməsindən sonra yaranıb və .ge şirkətinin sponsoru olub . Qeydiyyat xidməti əvvəlcə qeyri-kommersiya təşkilatı Internet Development Group - Georgia tərəfindən təmin edilmişdi, lakin Caucasus Online tətbiqindən sonra o, yalnız inzibati və registrator rollarını birləşdirdi. .gov.ge 2014-cü ildə LEPL Smart Logic-ə həvalə edilib. == .გე == 2011-ci ildə Gürcüstan üçün yerli dildə domen adları üçün nəzərdə tutulmuş yeni yüksək səviyyəli domen adı qeydə alınıb. Ən yüksək səviyyəli domen .გე (.xn--node) gürcü hərfləri olan gani və eni hərfləridir və yerli sözün abreviaturasını deyil, G və E hərflərini təmsil edir. 2016-cı ildə aktiv internet saytları ilə aktivləşdi. 20 yanvar 2016-cı il tarixindən etibarən Gürcüstan gürcü Mkhedruli skriptindən istifadə edərək .გე yüksək səviyyəli domenləri qeydiyyata aldı.
Pa-de-de
Cütlük rəqsi (fr. Pas de deux [pa dǝ dø]) - Baletin zirvə səhnəsində ənənəvi duet - cütlük rəqsi.
Antr-dyo-Qye
Antr-dö-Qye (fr. Entre-deux-Guiers) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38155. Kommunanın 2007-cu il üçün əhalisi 1477 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 373 ilə 1420 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km şimalda yerləşir.
Antr-dö-Qye
Antr-dö-Qye (fr. Entre-deux-Guiers) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38155. Kommunanın 2007-cu il üçün əhalisi 1477 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 373 ilə 1420 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km şimalda yerləşir.
Gre-No-Li
Gre-No-Li — Isveçdən olan üç futbolçunun ləqəbi, onların soy adlarının ilk hərflərindən düzəldilibː Qunnar Gren, Qunnar Nordal və Nils Lidholm. Onları 1950-ci illərdə İsveç milli futbol komandası və İtaliyanın Milan klubunda çıxış edərkən belə adlandırırdılar. == Tarixi == Üçlük Londonda keçirilən 1948 Yay Olimpiya Oyunlarında İsveçə qızıl medal qazandırmışdır. Bu uğurdan sonra oyunçuların üçü də Milan komandasına transfer olmuşdur və 1949-50 mövsümdə Milan komandası 38 oyuna 71 qol vura bilmişdir (Qren və Lidholm 18, Nordal isə 16 qol vurmuşdular). 1950-1951 sezonu bu oyunçuların ən uğurlu mövsümü sayılır, çünki onlar Skudettonu qazanmışdılar. Lidholm və Nordal bu titulu həmçinin 1955 ildə də qazana bilmişdilər, Lidholm, Qren və Nordal klubu tərk etdikdən sonra daha iki dəfə İtaliya çempionatının qalibi olmuşdular. Nordal üçün İtaliya xüsusilə uğurlu oldu, çünki o, 1949-1955-ci illərdə keçirilən altı mövsümün beşində ən yaxşı bombardiri olmuşdur. Gre-No-Li 1953-cü ildə Qunnar Qrenin Fiorentinaya keçidindən sonra dağılmışdır.
Hans-Yurgen Gede
Hans-Yurgen Gede (alm. Hans-Jürgen Gede‎; d. 14 noyabr 1956, Gelzenkirxen, Qərbi Almaniya) — Almaniyalı futbolçu və futbol məşqçisi.. == Karyerası == === Futbolçu === ==== Klub ==== 1968-ci ildə Drezden "Dinamo"sunda futbolçu həyatına başlamışdır. Keçmiş ADR-in ən tanınmış klubunda altı il çıxış etmişdir. Bu müddətdə beş dəfə ölkə çempionu və kubokun sahibi olub. Peşəkar futbol karyerasına isə 1975-ci ildə doğma şəhərinin klubu olan "Şalke 04"-də yarımmüdafiəçi olaraq başlamışdır. "Şalke"də 1977-ci ilə qədər oynadı və bu müddət ərzində 33 matçda 2 qol vurdu. Daha sonra "Proyssen" klubunda çıxış etməyə başladı və dərhal əsas heyətdə yerini aldı. Gede bu klubda iki mövsüm keçirdi və 71 matçda 10 qol vurdu.
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Nаrvа, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). == Həyatı == İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır.1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
De-Moyn
De-Moyn(ing. Des Moines) — ABŞ­-ın Ayova ştatının inzibati mərkəzi və ən iri şəhəridir.Şəhər De-­Moyn çayı sahilində, Rakkun çayının ona töküldüyü yerdədir. == Tarixi == 1843-cü ildə hərbi post kimi əsası qoyulmuşdur. Adı çayın adından götürülmüşdür. 1851-ci ildən şəhərdir. 1857-ci ildən Ayova ştatının inzibati mərkəzidir. == Şəhər memarlığı == Şəhərin işgüzar mərkəzinin simasını göy dələnlər, o cümlədən “Ruan center”in 36 mərtəbəli binası (1974), 30 mərtəbəli“Mariott” hoteli (1981), “Principal Financial Group” şirkətinin mənzil-qərargahının 44 mərtəbəli binası (1990) müəyyən edir. Şəhərin işgüzar mərkəzinin ofis binalarını birləşdirən yerüstü keçidlərin ümumi uzunluğu 5 km-dən çoxdur.Tamaşa müəssisələri mərkəzinin kompleksinə 4 konsert-idman zalı (1955,1985, 2004 və 2005), kütləvi kitabxananın yeni binası (2006, memar D. Çipperfild) daxildir.Ayova ştatının Kapitoli binası (1871–1896)memarlıq abidələrindəndir. == Təhsil və Mədəniyyət == Şəhər universitetləri:De-Moyn (1898-ci ildə kollec kimi yaradılmış, 1980-ci ildən universitet statusu alıb),Dreyk (1881), Yuxarı Ayova (1857), Uil -yam Pen (1873-ci ildə kollec kimi yaradılmış, 2000 ildən universitet statusu alıb); Qrand-Vyu kolleci (1896). Botanika Mərkəzi (1979),De-Moyn İncəsənət Mərkəzi (1945),De-Moyn fortu muzeyi (2004), Ayova ştatı elmin populyarlaşdırılması mərkəzi kompleksi (IMAX teatrı ilə, 2005;əsası NASA tərəfindən qoyulmuşdur).“KRNT Theatre”, Ayova rəqs teatrı.Hər il Ayova ştatı yarmarkası (1854 il -dən) və İncəsənət festivalı keçirilir.
De-fakto
De-fakto — faktiki tanınmadır. Bu barədə xüsusi rəsmi bəyanat vermədən ticarət müqaviləsi və ya başqa müqavilə bağlamaq, viza vermək və s. bu kimi işgüzar münasibətlər faktiki girmək yolu ilə mümkündür. Faktiki tanınma hüquqi tanınmaya nisbətən məhdud, natamam məzmunlu olmaqla yanaşı, hüquqi tanınmadan əvvəl olur və onun üçün keçid sayılır.
De-yure
De-yure — Hüquqi və ya diplomatik tanınmadır. Bəyannamə, nota, müqavilə və s. kimi müəyyən diplomatik aktla ifadə edilərək müvafiq dövlətlər arasında qarşılıqlı iqtisadi, siyasi və s. münasibətlərin inkişafında normal və daha yaxşı inkişaf üçün zəruri şərait yaradır. Hüquqi tanınma öz qüvvəsinin yalnız tanınma aktı üçün əsas olan şəraitin ləğv olunması ilə itirir.
De Havilland
De Havilland Aircraft Company Limited, 1920-ci ildə yaradılmış olan Böyük Britaniyanın aviasiya məhsulları istehsalı ilə məşğul olan şirkətidir. Mərkəzi Hatfielddə yerləşirdi. == Modeller == === Təyyarələr === Cüt qanadlı de Havilland Biplane No. 1 de Havilland Biplane No.
De Koksdorp
De Koksdorp - Şimali Hollandiya əyalətində bir şəhərcik. Teksel bələdiyyə qurumunu tabeçiliyindədir və Den-Helderin şimalında 25 km boyunca uzanır. == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 481 nəfər əhali yaşamaqdadır. 0.21 km2 ərazidə 195 yaşayış məntəqəsi mövcuddur.
De Koog
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeçiliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
De Kooq
De Koq — Şimali Hollandiya vilayətində şəhərcik. Adanın turistik mərkəzi hesab olunur. Bir sıra mehmanxana və kamp düşərgələri mövcuddur. Mərkəzi Teksel bələdiyyəsi tabeçiliyindədir. Şəhərcik Şimal dənizi sahilində yerləşir == Əhali == 2001-ci il statistikasına istinadən bölgədə 775 nəfər yaşayır. 0.36 km2 ərazidə təxminən 429 yaşayış məntəqəsi mövcuddur.
Аpе
Ape (latış. Ape‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.