GECİ
GEDAX
OBASTAN VİKİ
Azadlığa gedən yollar (film, 1990)
Azadlığa gedən yollar tammetrajlı sənədli filmi rejissorlar Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev və Rövşən Almuradlı tərəfindən 1990-cı ildə çəkilmişdir. Film "Salnamə" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Qara Yanvar adı ilə Azərbaycan xalqının tarixinə daxil olmuş 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələr filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Film Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda Azərbaycan və erməni xalqlarının faciəsi üçün plan hazırlayır. Təki qırğınlar olsun. Yoxsa böyük imperiyanın taleyi təhlükə qarşısında qalar. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda azərbaycanlıların başlarına gətirilən faciələrlə tanış olur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Xamiz Muradov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov, Ramiz Əliyev, Rövşən Almuradlı Operator: Köçəri Məmmədov, Nizami Abbas, Tofiq Sultanov, Nemət Rzayev, Rəfael Salamzadə, Rafiq Quliyev, Sərdar Vəliyev, Elxan Əliyev Bəstəkar: Rauf Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Barbara Bel Geddes
Barbara Bel Geddes (31 oktyabr 1922[…], Nyu-York, Nyu-York ştatı – 8 avqust 2005[…], Nortist-Harbor[d], Men ştatı) — keçmiş ABŞ aktrisası, sənətçisi və yazıçısı.
Bromus gedrosianus
Yapon tonqalotu (lat. Bromus japonicus) - tonqalotu cinsinə aid bitki növü.
Ceyson cəhənnəmə gedir: Sonuncu cümə (film, 1993)
Ceyson cəhənnəmə gedir: Sonuncu cümə (ing. Jason Goes to Hell: The Final Friday) — 1993-cü ildə istehsal olunmuş ABŞ filmidir.
Cənnətə gedən nərdivan
Cənnətə gedən nərdivan — 3 səmavi dinin nümayəndələrinin əks olunduğu əsər. "Cənnətə gedən nərdivan" adlandırılan əsərin müəllifi heykəltaraş Ecciano Merinadır. Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, "heykəl" ideyası 2010-cu ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və 2011-ci ilin yanvarında onu hazırlayıb. Heykəl ilk dəfə İspaniyanın paytaxtı Madriddəki ARCO Müasir Sənət Sərgisində nümayiş edilmişdir. Belə bir ölkədə bu hadisənin baş verməsi müsəlman ölkələrində ciddi narazılıq doğurmuşdur. Heykələ həqiqi bir görünüş qazandırmaq üçün Merino işində qatran, silikon və insan saçı istifadə etmiş.
Echinops gedrosiacus
Echinops gedrosiacus (lat. Echinops gedrosiacus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.
Gediminas
Gediminas – 1295-ci ildən qardaşı Vitenin həmhakimi, Böyük Litva knyazı, Gediminilər sülaləsinin banisi. Əslən Aukştaytlardandır, Olgerd və Keystutun atasıdır. Böyük Litva Knyazlığının iqtisadi inkişafı üçün əlverişli şərait yaratmış, gömrük və digər güzəştlər verməklə Avropa sənətkar və tacirlərini Litvada daimi məskunlaşmağa sövq etmiş, Böyük Litva Knyazlığı üçün sərfəli ticarət müqavilələri imzalamışdır. Dövlət strukturunu möhkəmləndirmiş, inzibati sistemi təkmilləşdirmiş, mükəlləfiyyətləri nizamlamışdır. Ölkənin paytaxtı olmuş Vilno (indiki Vilnüs) ilk dəfə Gediminasın dövründə, 1323-cü ildə qeyd edilmişdir. 1323-cü ildə Livoniya ordeninə qarşı mübarizədə Riqa yepiskopluğu ilə ittifaq bağlamışdır. 1325-=ci ildə Polşa kralı I Vladislav Loketeklə müqavilə bağlamış və qızını kralın oğluna ərə verməklə onu daha da möhkəmləndirmişdi. 1310–30-cu illərdə Polotsku, Qrodnonu, Berestyeni, Vitebski, Minski, Turovu və Pinski tabe etmiş, onlara qonşu knyazları öz vassallarına çevirmişdi. Polşa feodalları ilə mübarizədə Volını qəti olaraq Böyük Litva Knyazlığına birləşdirmişdir. İvan I Daniloviç Kalita ilə rəqabət aparmış, Pskov, Novqorod, Smolensk, Kiyevin siyasətinə təsir göstərmişdir.
Gediminidlər
Gediminidlər – Böyük Litva knyazı Gediminasın nəslindən olan knyaz sülaləsi. Böyük Litva Knyazlığında 14-cü əsrdən 1572-ci ilədək hakimiyyətdə idi. Gediminidlərin orta qolu Yagellonlar Polşa (1386–1572), Macarıstan (1440–44; 1490–1526) və Çexiya (1471–1526) kralları olmuşdular. Rus knyazlıqlarında, sonralar isə Rus dövlətində ad-sanına görə Rürikoviçlәr və Çingizilәrdən sonra üçüncü hesab edilirdilər.
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Gediz kənd çörəyi
Gediz kənd çörəyi- Uzun müddət söykən/dözə bilən, hətta sərtləşdiyi üçün kənarları tapdalana bilmədiyindən bıçaq ilə qabıqları soyularaq içi istehlak edilən, qabıqları bir neçə ay yığılaraq isladılıb, sobalanaraq "soba qurusu" edilən bu ləzzətli çörəkdə, digər yerli çörəklər kimi yalnız ustalarının könüllərində qeyd altındadır. Kütahya və Uşak ətrafında seçilərək yerli hala gəlmişdir. Ləzzəti və dayanıqlılığı səbəbiylə seçilməsi, məhdud ədəddə istehsalla qarşılana bilməyincə sənaye tipi istehsala keçilmişdir. Bu an az sayda gerçək turş maya istehsal edilməkdə, daha çox turş maya yanında yaş maya qatılaraq edilən çörəklər dəzgahlarda özünə yer tapmaqdadır. Gediz Kənd Çörəyi, Gediz mahalı ətrafında əldə edilən sərt və zülal nisbəti yüksək buğdadan, çörəklik un və tam buğda unu qarışdırılaraq edilməkdədir. Maya olaraq bir əvvəl edilən çörəyin ayrılmış xəmirindən istifadə edilməkdədir. Bir gecə əvvəldən yenə havanın vəziyyətinə uyğun olaraq yazın soyuq, qışın ilıq su və un ilə çoxaldılaraq turşudulan maya, sabahısı gün çörək istehsalında istifadə edilməkdədir. Təəssüf ki, bu yerli çörəyin də standart bir tərif inkişaf etdirilmədiyi üçün ustasının könülünə və elminə görə tamamilə özünə xas bir istehsal söz mövzusudur. Çörəyin bişirilməsi əsnasında yaxşı qabarması məqsədiylə sobanın ağızında ayrıca "Yalaz" adı verilən bir atəş yandırıldığını, xəmirlər isti sobaya atılar atılmaz yandırılan 50-60 sm. diametrindəki bu atəşin həm çörəkləri yaxşıca qabartdığını və həm də digər çörəklərdə görülməyən tünd karamel qabıq toxumasını meydana gətirdiyini ifadə etdilər.
Gediz çayı
Gediz (türk. Gediz Nehri) ― Anadoluda Egey dənizinə axan ikinci ən uzun çay. Kütahya ilindəki Murat dağından başlayan çay qərbə doğru 401 kilometr (249 mil) məsafədə axaraq mənsəbdə delta yaradır və İzmir körfəzinə tökülür. Deltanın ümumi sahəsi təxminən 40 000 hektardır. Gediz deltası 1998-ci ildə Ramsar sahəsi elan edilmişdir və hal-hazırda mühafizə edilir. == Ad == Çayın qədim yunan dilində adı Hermus (Ἕρμος) olmuşdur. Gediz çayının adı Lidiya dilindəki Kadis adından qaynaqlanmış ola bilər/ Gediz eyni zamanda çayın mənbəyi yaxınlığında yeləşən yaşayış məntəqəsinin adıdır. Türkiyədə "Gediz" adı kişi adı olaraq da istifadə edilə bilir. == Qədim coğrafiya == Hermos çayının vadisi qədim Lidiya imperatorluğunun mərkəzi idi və Lidiyanın paytaxtı Sardis vadiyə baxırdı. == Yer == Gediz çayı uzunluğuna görə Türkiyənin Ege Bölgəsində Böyük Menderes çayından sonra ikinci yerdədir.
Gedəmiş
Suqovuşan (əvvəlki adı: Gedəmiş) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Gedəmiş kəndi Suqovuşan kəndi adlandırılmışdır. == Toponimikası == Suqovuşan adı kəndin fiziki-coğrafi mövqeyini əks etdirir. == Tarixi == Yerli məlumata görə, kəndi vaxtilə Qazax mahalından gəlmiş ailələr salmışlar. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Suqovuşan kənd kitabxana filialı, Suqovuşan kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Gedən Dənizdən də Keçib Gedər (1962)
== Məzmun == Film gənc geoloq-alim, Lenin Mükafatı laureatı Fuad Səmədov haqqındadır.
Gedən dənizdən də keçib gedər (film, 1962)
== Məzmun == Film gənc geoloq-alim, Lenin Mükafatı laureatı Fuad Səmədov haqqındadır.
Gedəy (Şot)
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Hans-Yurgen Gede
Hans-Yurgen Gede (alm. Hans-Jürgen Gede‎; d. 14 noyabr 1956, Gelzenkirxen, Qərbi Almaniya) — Almaniyalı futbolçu və futbol məşqçisi.. == Karyerası == === Futbolçu === ==== Klub ==== 1968-ci ildə Drezden "Dinamo"sunda futbolçu həyatına başlamışdır. Keçmiş ADR-in ən tanınmış klubunda altı il çıxış etmişdir. Bu müddətdə beş dəfə ölkə çempionu və kubokun sahibi olub. Peşəkar futbol karyerasına isə 1975-ci ildə doğma şəhərinin klubu olan "Şalke 04"-də yarımmüdafiəçi olaraq başlamışdır. "Şalke"də 1977-ci ilə qədər oynadı və bu müddət ərzində 33 matçda 2 qol vurdu. Daha sonra "Proyssen" klubunda çıxış etməyə başladı və dərhal əsas heyətdə yerini aldı. Gede bu klubda iki mövsüm keçirdi və 71 matçda 10 qol vurdu.
Jurinea gedrosiaca
Jurinea gedrosiaca (lat. Jurinea gedrosiaca) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid biki növü.
Madatov adasına gediş və dönüş
Madatov adasına gediş və dönüş - Aka Morçiladzenin romanı.Postsovet dönəmi Gürcü ədəbiyyatının ən parlaq imzalarından biri Aka Morçiladzenin "Madatov adasına gediş və dönüş" adlı romanı Alatoran Yayınlarında işıq üzü görüb. == Məzmun == "Madatov adasına gediş və dönüş" romanını oxuyarkən insan fərqli düşüncələrin şahisi olur. Rəngsaz Hafo romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir.Guya ki, həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu. Hafonu sevmirlər, sevməmələri üçün yetərincə səbəbləri var.
Patrik Geddes
Patrik Geddes (2 oktyabr 1854[…], Ballater[d], Aberdinşir[d] – 17 aprel 1932[…], Monpelye) – şotland bioloq, şəhərsalma nəzəriyyəçisi, memar, sosioloq. Biologiyanı Londonda Hekslidən öyrənmiş, 1880–1919-cu illərdə Dandi universitetində botanikadan dərs demişdir. Edinburqda sosial problemləri öyrənən yay məktəbində işləmişdir. "Ramzey-hardens kooperativ yaşayış evi", Edinburq universitetinin "Ramzeyloc" özünüidarə zalı onun layihəsi əsasında inşa olunmuşdur. 1910-cu ildə Londonda ilk beynəlxalq şəhərsalma konfransını təşkil etmişdir. Londonda o, Şəhərsalma insitutunun yaradıcılarından biridir.
Sən Gedən Gündən
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən Gedən Gündən (Zülfiyyə Xanbabayeva albomu)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Sən gedən gündən (albom)
"Sən gedən gündən" — Zülfiyyə Xanbabayevanın ikinci studiya albomudur. Albom 2002-ci ildə işıq üzü görüb. Bu albom həmin il üçün Azərbaycanda ən çox satılan albom olub.
Tülkü Həccə Gedir (1971)
== Məzmun == Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. == Film haqqında == Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev == Mənbə == “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Tülkü həccə gedir (dəqiqləşdirmə)
Tülkü həccə gedir - uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmış cizgi filmi. Tülkü həccə gedir - bəstəkar Rəşid Şəfəqin uşaqlar üçün yazdığı opera.
Tülkü həccə gedir (film, 1971)
== Məzmun == Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə belə bir fikir ön plana çəkilmişdir: düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər. == Film haqqında == Applikasiya filmidir. Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılmışdır. Film geniş tamaşaçı kütləsi üçün nəzərdə tutlmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq (titrlərdə yoxdur) Ssenari müəllifi: Eyvaz Borçalı Rejissorlar: Nazim Məmmədov, Bəhmən Əliyev Operator: Aleksandr Milov Quruluşçu rəssamlar: Bəhmən Əliyev, Nazim Məmmədov Cizgi rəssamları: Bəhmən Əliyev, Nazim Məmmədov Rəssamlar: Rauf Dadaşov, Hüseyn Cavid İsmayılov, Q.Lyubçenko, Tamilla Əsgərova, E.Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Kamal Seyidov Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: İbrahim Səfərov === Filmi səsləndirənlər === Hüseynağa Sadıqov — xoruz Ağaxan Salmanov — tülkü Firəngiz Şərifova — toyuq Ş.Bağırova S.Babayeva A.Rzayev == Mənbə == “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” Onun ən böyük arzusu balacaları sevindirmək idi //7 gün.- 2001. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.