Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu. Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir. Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir.
Gəlin
Gəlin — ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Arnold Gelen
Arnold Gelen (29 yanvar 1904[…], Leypsiq, Saksoniya – 30 yanvar 1976[…], Hamburq) – alman filosofu və sosioloqu, fəlsəfi antropologiyanın əsas nümayəndələrindən biri. Leypsiq və Kölndə fəlsəfə təhsili almış, Leypsiq, Köniqsberq və Vyana universitetlərinin professoru olmuşdur. İkinci Dünya müharibəsi illərində Vermaxtın zabiti idi. Müharibədən sonrakı illərdə Şpayerdə İdarəetmə elmləri üzrə Ali məktəbdə, Axenin Ali texniki məktəbində sosiologiya professoru kimi çalışmışdır. Gelen "İnsan. Onun təbiəti və dünyadakı yeri" (alm. “Der Mensch. Seine Natur und seine Stellung in der Welt”‎) adlı əsas əsərində M. Şelerin və X. Plesnerin ardınca gedərək, insanın xüsusi təşkil olunmuş canlı varlıq kimi dünyadakı spesifik yerini aşkarlamağa çalışmışdır. O, insanı İ. Q. Herder kimi "qeyri-kafi varlıq" və Fridrix Nitsşe kimi "hələ müəyyənləşməmiş heyvan" adlandırırdı. Onun fikrincə heyvanlardan fərqli olaraq, insan bütöv halda instinktlərdən məhrumdur, müvafiq qıcıqlandırıcılara qarşı sabit reaksiyalar sistemindən kənardır, doğulan andan təbiətlə harmoniya halında deyil, özünün "ətraf mühiti"nə uy ğunlaşmayıb, dünya üçün "açıq"dır.
Gəlin (kitab)
"Gəlin" — Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir. Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur. Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Gəlin havası
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Gəlin qayası
Gəlin qayası (opera)
Sarı Gəlin
"Sarı gəlin" — Azərbaycan xalq mahnısı. Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənmişdir. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycan xalq rəqsi də mövcüddur. Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir.
Yuyçzülyü Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
İtkin gəlin
İtkin gəlin (mahnı) — Aygün Kazımovanın mahnısı
Gəlin şəlaləsi
Gəlin şəlaləsi (isp. Catarata Velo de la Novia) – Peruda yerləşən şəlalə Məsafədən şəlaləyə baxdıqda, şəlalənin suyu aşağı düşərək gəlin paltarında qadın obrazı (silueti) yaradır, məhz buna görə də, şəlalə bu cür adlandırılmışdır. Şəlalə, Perunun Namor bölgəsindən iki saatlıq məsafədə yerləşir.
Bir qolun tarixçəsi
Bir qolun tarixçəsi — idman yazarı, "Ballon d'Or" ("Qızıl top"), "The Best FIFA Football Awards", "Golden Foot" ("Qızıl Ayaq") və "World Soccer Awards" kimi nüfuzlu beynəlxalq mükafatların jüri üzvü Rasim Mövsümovun (Mövsümzadə) araşdırma mövzusunda yazdığı kitab. Kitab 2013-cü ildə AFFA-nın dəstəyilə nəşr olunub. Bu araşdırma kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında SSRİ yığmasının heyətində Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir. Kitabda Anatoli Banişevskinin SSRİ yığmasının heyətində rəsmi və qeyri-rəsmi oyunlarda vurduğu qolların siyahısı, həmçinin 1966 FİFA Dünya Kubokunun qrupları, keçirilmiş bütün oyunların nəticələri təqdim olunub. Bundan başqa, kitabda mundialın rəsmi afişası, turnirdən və sözügedən oyundan çəkilmiş fotoşəkillər yer alıb. "Bir qolun tarixçəsi" kitabı Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən 2013-cü ilin idman üzrə ən yaxşı kitabi seçilib. Bundan başqa, müəllif Rasim Mövsümov (Mövsümzadə) həmin 2013-cü ildə Türkiyədə "Yılın Yabancı Spor Yazarı" ("İlin ən yaxşı əcnəbi idman yazarı") nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görülüb. "Bir qolun tarixçəsi" kitabı Azərbaycan Milli Kitabxanasında, İsveçrədə FIFA Dünya Futbol Muzeyi və Paraqvayda CONMEBOL Cənubi Amerika Futbol Muzeyinin kitabxanalarında, ABŞ-nin Texas ştatındakı Milli Futbol Şöhrət Zalının arxivində, həmçinin Londonda dünyanın ən böyük kitabxanası hesab edilən Britaniya Milli Kitabxanasında və Kiyevdə V. İ. Vernadski adına Ukrayna Milli Kitabxanasında saxlanılır. Rasim Mövsümov (Mövsümzadə) həmçinin 2006-cı ildə nəşr olunan "Anatoli Banişevski-60" kitabçasının müəllifidir.
Gölün marfometrik əlamətləri
Gölün su balansı
Gəlin (film, 1972)
Gəlin — 1972-ci ildə Türkmənfilmdə dram janrında çəkilmiş bədii film. Rejissoru və ssenari müəllifi Xocaqulu Narliyevdi. Film Böyük Vətən müharibəsində əri həlak olmuş kiçik kənddə yaşayan gənc qadının taleyindən bəhs edir. Filmin premyerası 23 dekabr 1972-ci ildə baş tutmuşdur. Kino tənqidçiləri "Gəlin" filmini Türkmən kinosunun dünya xəritəsinə çıxışı adlandırılır. Filmin süjet xəttini Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə yaşayan sadə insanların həyatı təşkil edir. Belə ki, insanlar cəbhə üçün çalışır və ordan gələn xəbərləri gözləyirlər. Bu xəbərlər arasında cəbhədə həlak olan yaxınları barədə məlumatlar da olur. Filmin əsas qəhrəmanı olan Oqulkeyik də bu adamlardan biridir. O, da cəbhədə olan həyat yoldaşının yolunu gözləyir.
Gəlin havası rəqsi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Sarı Gəlin (mahnı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Sarı gəlin (dəqiqləşdirmə)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri. Sarı gəlin (Qara Dərvişin mahnısı) "Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
Sarı gəlin (roman)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri. Sarı gəlin (Qara Dərvişin mahnısı) "Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
Sarı gəlin (rəqs)
Sarı gəlin - Azərbaycan qadın xalq rəqsi. Bir versiyaya görə Qurani-Kərimin Bəqərə surəsi – "Dirildən sarı inək" hissəsi var. "Sarı" sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. İkinci bir tərəfdən qara türk dünyasında böyük, əzəmətli deməkdirsə, sarı balaca, fidan gəlin mənasını verir. Bakı Xoreoqrafiya Akademiyasında Baletmeyster sənəti, Klassik rəqs və Milli rəqs kafedralarının təşkilatçılığı ilə keçirilən "Simfonik muğamların balet tamaşalarında təcəssümü" adlı elmi seminarda Əməkdar artist Eteri Cəfərova "Rast", "Şur", "Şüştər" muğamları üzərindəki "Səməni", "Sarı gəlin", "Uzundərə", "Tərəkəmə" rəqsləri" məruzəsi ilə çıxış edib. Rəqs qadınlar tərəfindən Sarı gəlin xalq mahnısının müsiqisi altında ifa olunur. Rəqsi ifa edən qadın adətən sarı geyimdə olur. Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin sözlərinə görə "Sarı gəlin" milli rəqsi tam dolğunluğu ilə bərpa edilərək filarmoniyanın mahnı və rəqs ansamblının repertuara salınıb. Türkiyəli sənətçi "ANKA" Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəri Dərya Akdemirin sözlərinə görə "Sarı gəlin" rəqsi digər Azərbaycan xalq rəqsləri arasında klubun kollektivi tərəfində oynanılır.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Bəluc
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Eqlön
Eqlön (fr.
Falun
Falun (isv. Falun) — İsveçrənin orta-cənub kəmərində yerləşən bir şəhərdir. Şəhər göllər bölgəsinin bir-neçə kilometr şimalında meşəlik ərazidə yerləşir. Falun həmdə Dalarna bölgəsinin qərargahıdır. Falun XIV əsrdə ətrafındaki digər vilayətlər əhəmiyyətli bir bazar şəhəri olaraq inşa edilib. Xüsusən bölgədə yer alan mis ehtiyatları şəhəri dahada əhəmiyyətli etdi. Aparılan araşdırmalara görə bu bölgədəki mis mədənləri dünyanın ən qədim mədənlərindən olduğu kimi, insan əli ilə qazılan ən qədim mis mədənidir. Kral IV Magnus şəhərin bu özəlliklərinə görə 1347 ildə bu bölgəni şəhər halına gətirdi. Mənbələrə görə Falun davamlı olaraq inkişaf etdi və günümüzdə həm isveçin ən böyük şəhərlərindən biri halına gəldi, həm də UNESCO tərəfindən dünya irsi siyahısına alındı. Şəhər günümüzdə İsveçrədə qış idman növlərində qabaqcıl bir şəhər olduğu kimi təhsil sahəsində də əhəmiyyətli yerləşimdir.
Gecux
Gecux — Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kəndlərdən biridir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıya alınması zamanı kənddə 6,367 nəfər yaşayırdı və onların 4,585 nəfəri etnik azərbaycanlılar idi.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər. Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması.
Gəlmə
Gəlmə — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün 963 000 manat vəsait ayrılmışdır.
Qalen
Berqamalı Qalen (yun. Γαληνός, lat. Claudius Galenus; ən tezi 129 və ən geci 131, Pergamon, Qədim Roma – ən tezi 201 və ən geci 216, Roma) — yunan mənşəli romalı, həkim, filosof, Orta platonizmin tanınmış nümayəndəsi. Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Avreliusun saray həkimi kimi tanınmışdır. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakologiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. Qalen həm də filosof kimi tanınmışdır.
Qəbul
Qəbul – 1)verilən, təslim edilən, göndərilən, təklif edilən şeyi alma. Məsələn, ərizələrin qəbulu başlanır, teleqramların qəbulu, malların qəbulu haqqında akt; 2)götürmə; öz sıralarına alma, daxil etmə; Məsələn, İnstituta qəbul; 3)söhbət etmək, danışmaq, dinləmək, yoxlamaq, müayinə etmək və s. üçün birini öz yanına buraxma. Məsələn, müdirin qəbul saatları, qəbul otağı (gələnlər üçün xüsusi otaq). R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qələm
Qələm - yazı yazmaq və şəkil çəkmək üçün istifadə edilən, içərisində mürəkkəbli sterjen və ya qrafit mili olan incə çubuq formalı vasitə. Aşağıdakılar qələm nümunələridir: Diyircəkli qələm Mürəkkəbli qələm Uclu qələm Divit Stres İlk yazılar – Şumerlərin gil kitabələri iti əşya ilə cızılırdı. Az qala 3 min il istifadə olunan bu alət (təxminən, indiki mıx formasında) nə qədər naqolay olsa da, ayrı çarə tapa bilmirdilər. Uzun müddət – eramızın ilk minilliyi ərzində ucu itilənmiş qamış-qələmlərdən istifadə olunduğu da iddia olunur. Həmçinin lifdən düzəldilən ilk kağızın yaranması ilə quş lələyindən istifadə də gündəmə gəldi: daha rahat olan bu vasitə müxtəlif rəngli məhlullara batırılmaqla yazılırdı. Paralel olaraq həm də dəmir ucluqlu ağac-qələmdən də istifadə olunurdu. 1780-ci ildə isə polad ucluğu (pero) kəşf etməklə Harrison öz adını tarixə yazdırmağı bacardı. 19-cu əsrdə isə artıq özü yazan qələmlər (avtoqələm) ixtira edildi. Karandaşın yaranması tam təsadüfdən (yəqin ki, zərurət vardı) doğub: 18-ci əsrdə laboratoriya üçün qablar hazırlayan çex əsilli Yozef Hartmutun əlindən fincan düşüb sınır və «günahkar» sınan əşyanın kağız üzərində qara cızıq açdığını görür. Nəticədə qrafit tozu ilə gil lövhələrin qarışığından təcrübələrə başlayan Hartmut karandaşın əcdadını yaradır.