Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Qənəvat
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Mərkəzi baxşında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,693 nəfər və 1,887 ailədən ibarət idi.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — hərbi rütbə. Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
Benqal (personaj)
Benqal (ing. Bengal) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış komiks personajı. Personaj Fabian Nikiyeza və Ron Lim tərəfindən yaradılmış və ilk dəfə "Daredevil" komiksinin 1988-ci ilin sentyabrından nəşr olunmuş 258-ci sayında peyda olmuşdur. Əsl adı Duk No Trandır. Vyetnam müharibəsi dövründə bir Vyetnam kəndində böyümüşdür. Müharibə zamanı Qırmızı qurd, Ulli Linkoln və Maykl Ceyns də daxil olmaqla kəndində qətliam törətmişdirlər. Duk amerikalıların vertolyotuna dırmaşmağa çalışmış, amma digər əsgərlərin etirazlarına baxmayaraq Ceyns tərəfindən təpiklə uzaqlaşdırılmışdır. İllər sonra böyüyən Duk Benqal adını alaraq ABŞ-yə gedir və kəndində qətliam törədmiş əsgərlərdən intiqam almaq istəyir. Ulli Linkoln Daredevilin qorumasına sığınır, Daredevil Benqalı məğlub edir. Benqal daha sonra ata Maykl Ceynsə hücum edir.
Benqal dili
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Benqal hili
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür. Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı.
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır.
Benqal pələngi
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Benqal qarakərkəsi
Benqal sultanlığı
Benqal sultanlığı — 1337–1576-cı illər arasında Benqaliya hökm sürmüş imperiya. Hindistanda Qanq və Brahmaputra çaylarının aşağı məcraları ilə ortaq deltalarını ihtiva ədən Benqal (Benqale) ormanlıq, bataqlıq və nüfusça çox saylı bir bölgə olub 650-ci ildən etibarən Pala və Səna xanədanları tərəfindən idarə edildi. Səna xanədanına mənsup olan Ballal Sən (Vallalə Səna 1108–1119), Qavr (Ləknəvti) şəhərini quraraq buranı bölgənin mərkəzi etdi. Benqal uzun zaman gənəlliklə Dehli sultanları tərəfindən göndərilən valilər və sultanlar tərəfindən idarə edildi. İlk Türk fəthlərindən Baburlu istilasına qədər bölgədə bir çox xanədan hökm sürdü. Benqal, Xələc komandanı Məhəmməd Bəxtiyar tərəfindən 1203–1204-cü illərda Türk hakimiyəti altına alındı və Dehli sultanlığına bağlandı. Muhamməd Bihar fəthindən sonra Dehli sultanı Qütbəddin Aybəgin izniylə Bəngala yürümüş, az bir qüvvəylə son Səna racəsi Lahmaniyəyi məğlbp etmişdi. Nuddəa və Ləknəvtiyi ələ keçirən Muhamməd daha sonra Tibet taraflarına səfər düzənləmişsə də gəri dönüşü sırasında Brahmaputra nəhrini gəçərkən büyük kayıplara uğramıştır. Ondan sonra İzzəddin Muhamməd, Alaəddin Ali b. Mərdan və Hüsaməddin İvaz gibi haləfləri müstakil olarak saltanat sürdülər.
Benqal təqvimi
Benqal təqvimi (benq. বঙ্গাব্দ) — Benqal və Banqladeş ərazilərində istifadə edilən bir günəş təqvimidir. Təqvim Assam, Benqal ərazisində istifadə edilir.
Benqal ədəbiyyatı
Benqal ədəbiyyatı - benqal dilində ədəbiyyat. Cənubi Asyia ədəbiyyatlarından biri. Benqal ədəbiyyatının ən qədim abidələrindən “Çaryagiti” (“Doğru yol nəğmələri”) buddist (tantrik) məzmunlu mənzum mətnlərdir (X–XII əsrlər). Müsəlman fəthindən (XIII–XIV əsrlər) sonrakı ilk dövrlərdə yazılı abidələr demək olar ki, saxlanılmamışdır. XV–XVIII əsrlərdə benqal dilində geniş ədəbiyyat yaranmışdır. Lakin bu ədəbiyyat sanskrit, ərəb və fars dillərində olan ədəbiyyatlarla müqayisədə hind mədəniyyətindən asılı idi. XIX əsrə qədər benqal dilində nəsr olmamışdır. Poeziya ənənəvi estetik kanonlar çərçivəsində kifayət qədər məhdud mövzular və süjetlər ətrafında yaranmışdı. “Mahabharata”, “Ramayana”, Puranlar dəfələrlə benqal dilinə uyğunlaşdırılmışdır. “Ramayana”nın uyğunlaşdırılmış ən erkən və geniş yayılmış varinatını Krittibaş Ocha yaratmış (XV əsr), Mahabharatanın isə ən məşhur uyğunlaşdırılması Kaşi ram Daşa aid edilir (XVI əsr).
Benqal ənciri
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Genqam FK
«Genqam» (fr. En Avant de Guingamp, bret. War-raok Gwengamp,EA Guingamp, EAG və ya Guingamp (fransız: [ɡɛ̃ɡɑ̃])) — Fransanın Bretan bölgəsində Qenqam şəhərini təmsil edən futbol klubu.1912-ci ildə əsası qoyulmuşdur. Hal-hazırda Liqa 1-də çıxış edir.