Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Genom
Molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır. DNT-nin (və ya RNT viruslarında RNT-nin) nukleotid ardıcıllığından ibarətdir. Nüvə genomuna zülal kodlaşdıran genlər və kodlaşdırılmayan genlər, tənzimləyici ardıcıllıqlar kimi genomun digər funksional bölgələri (kodlaşdırılmayan DNT) və çox vaxt heç bir aşkar funksiyası olmayan "zərərli" DNT-nin əhəmiyyətli bir hissəsi daxildir. Demək olar ki, bütün eukariotlarda mitoxondriya və kiçik mitoxondrial genom var. Yosunlar və bitkilər də xloroplast genomuna malik xloroplastları ehtiva edir. Genomun öyrənilməsinə genomika deyilir. Bir çox orqanizmlərin genomları ardıcıllıqla tərtib edilmiş və müxtəlif bölgələrə şərh verilmişdir. Beynəlxalq İnsan Genomu Layihəsi 2004-cü ildə Homo sapiens üçün genomun ardıcıllığını bildirmişdir. "Genom" termini 1920-ci ildə Almaniyanın Hamburq Universitetinin botanika professoru Hans Vinkler tərəfindən yaradılmışdır. Oksford Lüğəti və Onlayn Etimologiya Lüğəti bu adın gen və xromosom sözlərinin qarışığı olduğunu göstərir.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir.Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır. IGN Mak Qarqanın Venom çevrilməsini, "The Top 50 Avengers" siyahısında on yeddinci, Fleş Tompsonun çevrilməsini iyirmi yeddinci yerdə qərarlaşdırmışdır.
Krasimir Genov
Rene Genon
Rene Genon (15 noyabr 1886, Blua, Üçüncü Fransa Respublikası – 7 yanvar 1951, Qahirə, Misir krallığı[d]) — fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. == Həyatı == 15 noyabr 1886-cı ildə Fransanın Blois şəhərində anadan olub.Fransız və katolik bir ailənin övladıdır. 1910-cu ildə müsəlman olmuşdur.23 yaşında Əzhər şeyxi, Maliki alimi və Şazeliyyə şeyxi Əbdürrəhman İlis əl-Kəbirin xəlifəsi Əbdülhadi vasitəsilə müsəlman olmuş, Şazeliyyə məzhəbinə üzv olmuş və Əbdülvahid Yəhya adını almışdır (1912). Elə 1912-ci ildə fransız bir xanımla ailə həyatı qurur.1928-ci ildə həyat yoldaşı vəfat edir. 1934-cü ildə Şeyx Məhəmməd İbrahimin böyük qızı Fatimə ilə evlənir.23 noyabr 1948-ci ildə Misir vətəndaşlığı üçün müraciət etdi. Bu istək uzun cəhdlərdən və müdaxilələrdən sonra reallaşdı. 1947-ci ildə pisləşən səhhəti 1950-ci ilin son aylarında daha da pisləşdi. Şeyx Əbu Bəkr tərəfindən təqdim edilən Dr.Katz deyir ki, o, hər cür laboratoriya testini rədd edirdi.
Venom (film)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüsserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Geno Auriemma
Luigi Geno Auriemma (23 mart 1954)- ildə anadan olub. İtalyan əsilli Amerika kollec basketbol məşqçisidir. O, 1985-ci ildən Konnektikut Huskes Universitetinin qadın basketbol komandasının baş məşqçisidir. Auriemma 2009-2016-cı illərdə Amerika Birləşmiş Ştatlarının qadınlardan ibarət milli basketbol komandasının baş məşqçisi olub. Bu müddət ərzində onun komandaları 2010 və 2014-cü illərdə Dünya Çempionatını qazanıb. 2012 və 2016 Yay Olimpiya Oyunlarında isə qızıl medalları qazanıb. Dörd turnirin hər birində qaliyyət əldə edib. Auriemma 2006-cı ildə Nasmit Memorial Basketbol Şöhrət Zalına və Qadın Basketbol Şöhrət Zalına daxil edilmişdir. == Həyatı == Auriemma yeddi yaşında ikən ailəsi ilə birlikdə Cənubi İtaliyanın Montella şəhərindən Pensilvaniya ştatının Norristovn şəhərinə gəldi və uşaqlığının qalan hissəsini orada keçirdi. 1977-ci ildə Pensilvaniya ştatının Vest Kester Universitetini bitirdikdən sonra Auriemma 1978 və 1979-cu illərdə çalışdığı Saint gosef Universitetində baş məşqçi köməkçisi kimi işə götürüldü.
Venom (film, 2018)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüsserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. == Süjet xətti == Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
İnsan genomu layihəsi
İnsan genomu layihəsi (ing. The Human Genome Project) — 1990-ci ildən başlanmış, 2000-ci ildə isə genomun ilkin strukturu, 2003-cü ildə isə genom tam təyin edilmişdir. Lakin buna baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi bitməmişdir. Əsasən analizlər ABŞ, Kanada və Böyük Britaniyanın universitetlərində və tədqiqat mərkəzlərində yerinə yetirilmişdi. Genomun tərkibindəki aminoturşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.
Qədim Gəncə
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir.Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır: Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir.
Qədim Gəncə nekropolları
Qədim Gəncə nekropolları və kurqanları — Qədim Gəncə şəhər yeri ərazisində yerləşən VII-IX əsrlərə və XI-XIII əsrlərə aid iki tarixi qəbirsanlıqdır. 1939-cu ildə İ. Cəfərzadə tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində Qədim Gəncə nekropolunun daha qədim dövrə aid kurqanların yerləşdiyi sahədə olması müəyyən edilmişdir. Bu kurqanlar, bütün Azərbaycan ərazisində yayılmaqla daha sıx halda Kiçik Qafqaz dağlarının ətəklərində, Mil və Muğan düzlərində, həmçinin az miqdarda Böyük Qafqaz dağları ətəklərində yerləşirlər.İ. Cəfərzadə qeyd edir ki, Kurqan tipli qədim qəbirlərin üstündə Nizami dövrünə (XII əsr) aid ikinci dəfn təbəqəsinin yaradılması, bu ərazinin hər-hansı kult əhəmiyyəti daşımış olmasından xəbər verə bilər. Qədim Gəncə nekropolundakı mədəni təbəqələşmənin oxşarını Ağdam və Xankəndi şəhərləri arasında yerləşən Xocalı kurqanlarında, Ağdam və Əsgəran arasında yerləşən Qaraağaclı qəbirsanlığında da müşahidə edilir.İ. Cəfərzadə belə hesab edir ki, Qədim Gəncə sakinləri vəfat etmiş yaxınlarını bu ərazilərin qədim sakinlərinin dəfn olunduğu ərazidə dəfn etməyə davam etmişlər. 1938-1939-cu illərdə qəbiristanlıq ərazisində 3 kurqan və 6 məzar açılmış, onların ətrafı təmizlənmiş və ətraflı tədqiq edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Джафарзаде, И. М. Историко археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.
Qədim Gəncə qalası
Qədim Gəncə qalası — Qədim Gəncə şəhərini əhatə edən üç qatlı müdafiə səddləri. Şəhər ərazisi əvvəlcə daxili, daha sonra ikinci, sonradan isə üçüncü qat divarlarla əhatə edilmişdir. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinməsə də, məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) artıq şəhər qala divarı ilə əhatə edilmişdir. 1063-cü ildə isə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanmışdır. 1139-cu ildə baş vermiş Gəncə zəlzələsi zamanı qala divarlarına ciddi zədə dəysə də, onlar sonradan bərpa olunmuş və 1235-ci ildə monqollar tərəfindən dağıdılana kimi şəhəri müdafiə etmişdir. XVII əsrdə şəhər ərazisi I Şah Abbas tərəfindən köçürülənə kimi Gəncə qalası əhali ilə məskunlaşmışdır. Qala-şəhərin solsahil hissəsi daşlarla üzlənmiş qala divarları və dərin xəndəklərlə əhatə olunmuşdur. Qala divarları ilə əhatə olunmuş ərazi düzgün olmayan dördbucaqlı formasına və 600x750 m ölçüyə malikdir. Daxili qala divarları çaydaşı və əhəng məhlulu qarışığından inşa edilmişdir. Qala divarları arasındakı dərin xəndək Gəncəçayından gələn su ilə doldurulurdu.
Qədim Gəncə xalçaları
Qədim Gəncə xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Qədim Gəncə şəhərinin adından almışdır. Qədim Gəncə xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == Sənətşünaslar tərəfindən bu xalçaları "Gəncə xalçaları", "Gəncə-şəhər xalçaları", həmçinin "Gəncə-buta xalçaları" və ya "Butalı Gəncə xalçaları" adlandırılan "Qədim Gəncə xalçaları" Gəncə şəhərində, hmçinin şəhərdən 40 şimal-qərb istiqamətində yerləşən Şəmkir rayonunda, və Gəncə ətraf ıxalçaçılıq məntəqələrində istehsal olunmuşdur. == Bədii analiz == Adətən, Qədim Gəncə xalçalarının orta sahəsinin kompozisiyası "Gəncə-buta" adlanan sıraya düzülmüş butalardan ibarət olur. Sadə forması və rəgarəngliyi ilə Bakı, Sərab, Şirvan butalarından fərqlən "Gəncə-buta" adlanan butalarla toxunmuş xalçalar daha çox tanınır. Gəncə xalçaçılıq məktəbinə xarakterik olan "Gəncə-buta" adlanan bu elementlər bəzi hallarda diaqonal üzrə düzülür. Orta sahənin sol və sağ tərəflərində "pəncə" adlanan təsvir olan xalçalarda istehsal edilirdi. "Pəncə" adlanan təsvir dini xarakter daşıyır.Orijinal xüsusiyyətləri olan Qədim Gəncə xaıçalarının orta sahəsinin kompozisiyası düzbucaqlı elementlərdən, yaxud müxtəlif enli və ensiz zolaqlardan ibarət idi. Qədim Gəncə xalçalarının köbə haşiyəsi Gəncə xalçaçılıq məktəbinin xalçalarına xarakterik olan köbə zolaqlarından ibarətdir."Namazlıq xalçalar" adı ilə tanınan Qədim Gəncə xalçalarının bəzilərinin orta sahəsinin yuxarı hissəsində butanın üzərində "mehrab" – həndəsi formada haşiyəli tağ yerləşdirilir.
Hökmdar hamamı (Qədim Gəncə)
Hökmdar hamamı — Qədim Gəncə ərazisində, Hökmdar sarayı kompleksinə daxil olan XVI əsrə aid tarix-memarlıq abidəsidir. == Tarixi == Xan hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir. Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir.Hamam ərazisindən 3 metr dərinlikdə sikkə dəfinəsi üzə çıxarılmışdır. Dəfinədə XII-XIII əsrlərə aid 104 mis sikkə olmuşdur. == Memarlıq xüsusiyyətləri == Tikili ərazisində 40-50 sm qalınlıqlı divarlara malik tüstü boruları və istiliyin təsiri ilə yanmış otaqlar aşkarlanmışdır. Hamamın aşmış divarlarından biri üzərində bir neçə qat əhəng məhlulu üzlüyü vardır. Divarın ən yuxarı hissəsi isə üçbucaqlardan əmələ gələn kobud həndəsi naxışlarla bəzədilmişdir. Həmçinin, tikilinin altından keçən iki boru kəməri aşkarlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.
Hökmdar sarayı (Qədim Gəncə)
Hökmdar sarayı — Qədim Gəncə qala-şəhərində yerləşən XI-XII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidə 1939-1940-cı illərdə arxeoloq İ. Cəfərzadənin rəhbərliyi ilə aparılmış qazıntı-tədqiqat işləri zamanı aşkar edilmiş və öyrənilmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar. Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur. == Tarixi == 1939-cu ildə Qədim Gəncə qalasının birinci qala divarı daxilində, qala divarının şərq künc qülləsindən 200 addım şimalda həyata keçirilmiş qazıntılar zamanı 240 m2 sahəyə malik yaşayış kompleksinin qalıqları aşkarlanmışdır. Yaşayış kompleksinin ətrafında çoxlu sayda xidməti otaqlar da açılmışdır. Dəbdəbəli xüsusiyyəti, orta əsrlər üçün həddən artıq böyük olan ərazisi və yerləşdiyi əraziyə (kompleks şəhərin tam mərkəzində, sitadelin daxilində yerləşir) görə aşkarlanmış kompleksin Hökmdar sarayı olması qərarına gəlinmişdir.Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar.
Gəncə qalası (qədim şəhər yeri)
Qədim Gəncə — arxeoloji kompleks, orta əsrlər Gəncəsində məntəqə, təxminən XVII əsrdə burada şəhər mövcud olmuşdur. Qədim Gəncənin xarabalıqları hal-hazırda Azərbaycanın Gəncə şəhərinin 6–7 km şimal-şərqindədir.Qalanın xarabalıqları Gəncə şəhərinin yaxınlığında yerləşir. Şəhər yerində müxtəlif dövrlərdə arxeoloji qazıntı işləri aparılsa da bu işlər tamamilə yekunlaşdırılmayıb. Qazıntılar zamanı qala divarlarının bir hissəsi, şəhərin müxtəlif ictimai binalarının qalıqları və çoxlu maddi mədəniyyət nümunələri aşkarlanıb. Arran memarlıq məktəbinə uyğun olaraq Gəncə qalasının divarları kərpicdən inşa edilib. Ümumiyyətlə qədim Gəncə şəhər yerinin erkən orta əsrlər dövründə inkişafa başladığı, Nizami Gəncəvi dövründə ən yüksək inkişaf mərhələsinə çatdığı, monqol yürüşləri zamanı dağıdılaraq tənəzzülə uğradığı bildirilir. Lakin sonradan şəhər yenidən bərpa edilərək böyük ticarət mərkəzinə çevrilmişdi. == Yerləşməsi == Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır: Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir.
Binom
Binom (lat. bis — iki dəfə, nomen — d) və ya iki üzvlü — riyaziyyatda çoxüzvlü ədədlərin ikiüzvlü növü. == Nyuton binomu == ( b + x ) m = C m 0 b m + C m 1 b m − 1 x + C m 2 b m − 2 x 2 + . . . + C m m − 1 b x m − 1 + C m m + x m {\displaystyle (b+x)^{m}={C_{m}^{0}}b^{m}+{C_{m}^{1}}b^{m-1}x+{C_{m}^{2}}b^{m-2}x^{2}+...+{C_{m}^{m-1}}bx^{m-1}+{C_{m}^{m}}+x^{m}} == Binomial ədədlərin xassələri == Binomial əmsalların üç əsas xassəsi: 1-ci xassə: Verilmiş m {\displaystyle m} üçün binomial əmsalların cəmi 2 m {\displaystyle 2^{m}} -ə bərabərdir. 2-ci xassə: Cüt yerdə duran binomial əmsalların cəmi tək yerdə duran binomial əmsalların cəminə bərabərdir. 3-cü xassə: Nyuton binomunun ayrılışının başlanğıc və sonundan eyni uzaqlıqda olan binomial əmsallar bərabərdir. == İstinadlar == Abituriyent jurnalının xüsusi buraxılışı. Redaksiya şurasi: M.M.Abbaszadə, N.Ə.Bayramov, V.M.Bağırov, M.C.Mərdənov və b.
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Fenol
Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. == Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri == Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı. Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır. C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s.Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər. == Fenolların alınma üsulları == Fenol iri tonnajlı sənaye məhsulu olduğuna görə əsasən fenol-formaldehid qətranının istehsalında istifadə olunduğundan, onun alınmasının sənaye metodu üzərində dayanaq.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu.Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir.Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir. == Əhalisi == Kəndin əhalisi 5.834 nəfərdir (2019). Etnik tərkibi: taciklər - 5831 nəfər, özbəklər - 3 nəfər.
Gentoo
Gentoo (jentu, gentu - oxunur) - Gnu/Linuks əməliyyat sistemlərin bir növü. Güclü Portage texnologiya ilə təmin olunub. Ən sürətli Linux distributivlərindən biridir. Adnı Pygoscelis papua adlı pinqvinlərdən götürüb. Ginnesin rekordlar kitabına əsasən, bu növ pinqvinıər ən sürətli sayılır (36 km.s). Meta distributivlərə aiddir. Daniel Robinson tərəfindən 1999-cu ildə yaradılıb.
Geyim
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. == Tarixi və mənşəyi == Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Gəncə
Gəncə (1935-1989: Kirovabad) ( tələffüzü) — Azərbaycan Respublikasının ikinci böyük şəhəri. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "kənz" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir. === Gerbi === Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur.
Gəndov
Gəndov (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Gəndov (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Gənzə
Gənzə mineral bulağı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bulaq Gənzə (Ordubad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazi vahidində kənd. Gənzə (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzəçay — Ordubad rayonu ərazisində çay. Arazın sol qolu.
Qədim
Qədim — kişi adı, təxəllüs.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Qəvoy
Qəvoy — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.