Hökmdar hamamı (Qədim Gəncə)

Hökmdar hamamıQədim Gəncə ərazisində, Hökmdar sarayı kompleksinə daxil olan XVI əsrə aid tarix-memarlıq abidəsidir.

Hökmdar hamamı
Hökmdar hamamının xarabalıqları
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Qədim Gəncə
Tikilmə tarixi XIII-XVI əsrlər
Üslubu Arran memarlıq məktəbi
Material çiy kərpic, çaydaşı, əhəng məhlulu
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.197
Kateqoriyanekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Tarixi[redaktə | mənbəni redaktə et]

Xan hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir.[1] Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir.[2]

Hamam ərazisindən 3 metr dərinlikdə sikkə dəfinəsi üzə çıxarılmışdır. Dəfinədə XII-XIII əsrlərə aid 104 mis sikkə olmuşdur.[2]

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Tikili ərazisində 40-50 sm qalınlıqlı divarlara malik tüstü boruları və istiliyin təsiri ilə yanmış otaqlar aşkarlanmışdır.[1] Hamamın aşmış divarlarından biri üzərində bir neçə qat əhəng məhlulu üzlüyü vardır. Divarın ən yuxarı hissəsi isə üçbucaqlardan əmələ gələn kobud həndəsi naxışlarla bəzədilmişdir.[2] Həmçinin, tikilinin altından keçən iki boru kəməri aşkarlanmışdır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Джафарзада, 1949. səh. 62
  2. 1 2 3 4 Джафарзада, 1949. səh. 63

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.