Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gildir (Heris)
Gildir (fars. گيلدير‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 809 nəfər yaşayır (187 ailə).
Azərbaycanda gildiya ticarəti
Azərbaycanda gildiya ticarəti — XIX əsrin 70-ci illərində Azərbaycanda yeni yaranmış ticarət forması. == Gildiya ticarətinin səciyyəvi cəhətləri == Azərbaycanda Gildiya ticarət qaydasının tətbiqi, ticarətin təşkili sisteminin təkmilləşdirilməsi və formalarının genişlənməsi, Azərbaycan rayonları arasında ticarət dövriyyəsinin artması və bir sıra yeni ticarət mərkəzlərinin meydana gəlməsi, ticarətdə təmərküzləşmə və mərkəzləşmə prosesinin baş verməsi, kapitalın yeganə forması kimi ticarət kapitalının öz müstəqilliyini itirib sənaye kapitalının tədavül dairəsində nümayəndəsinə çevrilməsi, ticarətdə kapitalist münasibətlərinin yaranıb sürətlə inkişaf etməsi, ticarət əlaqələri coğrafiyasının xeyli genişlənməsi, ticarət əlaqələrinin getdikcə daha çox qarşılıqlı xarakter daşıması və s. XIX əsrin 70-ci illərin ortalarından etibarən ticarəti səciyyələndirən cəhətlər idi. == Azərbaycanda gildiya ticarətinin tətbiqi == 1876-cı ilin mart ayından etibarən gildiya ticarət qaydası Azərbaycanda da tətbiq edilməyə başladı. Bundan sonra tacirlərin hər biri malik olduğu kapitalın həcmindən və fəaliyyət dairəsindən asılı olaraq gildiyanın hər hansı bir dərəcəsinə yazılmalı və öz müəssisələri üçün müəyyən bilet götürməli idi. Birinci gildiya tacirinə çox böyük hüquqlar verilirdi. O, Rusiya başqa dövlətlərin mallarını-Rusiyanın hər yerində yük ilə, tay, və ya top ilə satmaq üçün lazım olan qədər kontor və anbar açmaq hüququna malik idi. İkinci gildiya şəhadətnaməsini götürənlər şəhadətnamə aldıqları qəza və kəndlərdə istənilən qədər dükan açıb Rusiya və başqa (dövlətin gömrüklənmiş mallarını sata bilərdilər. Xırda alış-veriş şəhadətnaməsi olan tacirin şəhadətnamə aldığı qəzada dükan açmağa ixtiyarı var idi. Lakin o, bu dükanlarda Qafqaz canişinliyi tərəfindən tərtib olunmuş siyahıda göstərilən malları satmalı idi.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Giardia
Lyambliya (lat. Giardia) — heyvanlar aləminin metamonada tipinin diplomonadida dəstəsinin hexamitidae fəsiləsinə aid heyvan cinsi. İnsan və digər bir çox məməlilər, eləcə də quşların nazik bağırsaqlarında parazitlik edir. Bu cinsin Giardia lamblia növü insanda lyambliyoz xəstəliyi törədicisidir. Lyambliyalar da digər diplomonadidalar kimi iki nüvə və iki cüt orqanoidlərdən — 4 cüt qamçı və 2 medial bədəndən ibarətdir.
Giraldia
Atractylodes (lat. Atractylodes) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Giraldia Baroni == Növləri == Atractylodes carlinoides (Hand.-Mazz.) Kitam. Atractylodes koreana (Nakai) Kitam. Atractylodes lancea (Thunb.) DC. Atractylodes macrocephala Koidz.
Valdia
Klerodendrum (lat. Clerodendrum) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Giliz
Giliz — adi atıcı silahların patronuna və artilleriya mərmisinin bağlı borusunun içərisinə yerləşdirilən barıt bükümü və yandırıcı kapsul. Əsas xüsusiyyətləri germetikliyi, korroziyaya davamlılığı, möhkəmliyi və atəşdən sonra patron yeşiyindən asanlıqla çıxarılmasıdır.
Qılça
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Tilda
Tilda (isp. tilde,lat. titulus — imza, yazı) — dalğalı şəklində bir neçə mətbəə nişanının adıdır. Əksər dillərdə sətirüstü tilda n və m hərflərində istifadə edilir. Orta əsrlərdə yazılarda tilda işarəsi sətirin üstündə tez-tez yazılırdı. Fərqli dillərdə istifadə edilən tilda işarəsi: ñ — ispan dilində yumşaq "n" səsinin yazılışı üçün istifadə edilir; õ — Eston dilində [ı] və [o] səsləri arasında fərqli bir səs ifadə edir.
Tilia
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Eucalyptus gillii
Eucalyptus gillii (lat. Eucalyptus gillii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eugenia gilgii
Eugenia gilgii (lat. Eugenia gilgii) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Gilgit-Baltistan
Gilgit-Baltistan (urdu گلگت بلتستان‎) və ya keçmiş adı ilə Şimal əraziləri Pakistan İslam Respublikasının ucqar şimalında yerləşən muxtar bölgədir. Bu vilayət cənubdan Hindistanın nəzarəti altında olan Azad Kəşmir, şimaldan Əfqanıstana məxsus Vahan dəhlizi, qərbdən Hayber Paxtunxva bölgəsi, şərqdən və şimal-şərqdən Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə əhatə olunmuşdur. Gilgit-Baltistan Hindistan və Pakistan arasında mübahisəli ərazi olan Kəşmirin tərkib hissəsidir. Hazırda Gilgit-Baltistanın yerləşdiyi ərazi 1970-ci ildə "Şimal əraziləri" adı altında muxtar inzibati vahid elan olunmuşdur. 2009-cu ildə Pakistan Prezidenti Asif Əli Zərdari tərəfindən imzalanmış əmrə əsasən muxtar bölgənin adı Gilgit-Baltistan formasına qaytarılmışdır. Bu bölgənin əhalisi Kəşmirlə birləşməyin əleyhinə olmuş, Pakistanın tərkibində beşinci muxtar vilayət olmaq istəmişdir, lakin Pakistan hökuməti BMT-də müzakirə olunan Kəşmir məsələsi ilə əlaqədar olaraq bu istəyi qəbul etməmişdir. Gilgit-Baltistanın sahəsi əksər hissəsi yüksək dağlıq relyef olmaqla 72,971 km²-dir. 2015-ci il hesablamalarına əsasən bölgə əhalisi 1 milyon 800 min nəfər təşkil edir. Paytaxtı Gilgit şəhəridir. Bu muxtar bölgədə olan zirvələrin 50-dən çoxunun hündürlüyü 7000 metrdən çoxdur.
Giulia Albini
Culiya Albini (8 mart 1982, Aritsano[d], Pyemont – 29 may 2012, İstanbul) — İtaliya voleybolçusu və physiotherapist idi. == Həyatı == 8 mart 1982-ci ildə doğulmuşdur. Uzunluq: 1,73 metr, çəkisi: 55 kq. İstanbul Fateh Sultan Mehmet körpüsündən atlayaraq intihar etdi. Albininin cəsədi Qəndilli, Üsküdar burnunda bir balıqçı tərəfindən görüldü. Onun intiharı ictimaiyyət arasında əks-səda doğurdu. == İstinadlar == == Mənbə == Giulia Albini su legavolleyfemminile.it, Lega Pallavolo Serie A femminile.
Kildin adası
Kildin adası — Barens dənizində, Murmansk sahilindən 1.5 km aralıda yerləşən ada. Materikdən Kildinski boğazı ilə ayrılır. == Təsvir == Adanın uzunluğu 17,6 km, eni 7 km təşkil edir. Səthi təpəliklərdən ibatrət olan bir platodur. Maksimal hündürlüyü 281 metrdir. Ərazisi qumdaşı və şistdən təşkil olunmuşdur. Şimal və qərbində sıldırımlar, cənub və şərqində isə geniş terraslar vardır. Adanın səthi tundra bitkiləri ilə örtülmüşdür. Adada iki yaşayış məntəqəsi vardır — Şərqi Kildin və Qərbi Kildin. Adada yerləşən Moqilnoe gölü özünün unikallığı ilə seçilir.
Mehmet Yıldız
Mehmet Yıldız, 1981-ci ilin 14 sentyabrında anadan olub. Futbolçu kimi karyerasına "Tigemspor" klubunda başlayıb. Çox keçmədən gənc hücumçu nisbətən güclü klubların maraq dairəsinə düşür və 2000-ci ildə Mehmet "Sivasspor"a keçir. Onun komandaya gəldiyi vaxt "Sivasspor" aşağı dəstədə superliqaya çıxmaq üçün mübarizə aparırdı. Elə həmin il, yəni 2000-2001-ci il mövsümündə "Sivasspor" aşağı dəstənin çempionu olur və superliqaya vəsiqə əldə edir. Amma Mehmet yeni klubunda təsadüfi hallarda meydana çıxır, özünü göstərmək şansı əldə edə bilmirdi. Ona görə də gənc futbolçu klubunu dəyişməli olur. Mehmet 3-cü liqada mübarizə aparan "Samsun Çarşanbaspor"a keçir. 21 yaşlı futbolçu peşəkar karyerasında ilk qolunu da Samsunda vurur. Yıldız "Divriğispor"a qarşı oyunun 7-ci dəqiqəsində hesabı açır.
Nan Qoldin
Nan Qoldin - fotoqraf. Nan Qoldinin fotosərgilərindəki adamların sayı adətən Misirdəki mumiyalara, Rafaelin əsərlərinə baxmağa gələnlərin sayından çox olurdu. Səbəb isə sadə və "məişətvari" idi: Nanın fotolarının motivi həyatın dibi - narkotika, qeyri-ənənəvi cinsi həyat, orgiyalar, içki məclisləri idi… Nan Qoldin 1953-cü ildə Vaşinqtonda anadan olub. Uşaqlıqda Nanla bacısını müayinə edən psixiatr həmişə bacıların intihara meylli olmasından şübhələnirdi. O, yanılmırdı. Nanın bacısı 18 yaşında intihar etdi. Nanı isə intihardan fotokamera xilas etdi. Nanın gəncliyi yetmişinci illərə təsadüf edirdi - bu, rok-n-rol, narkotika və seksin dövranı idi. Və belə zəngin gənclik həyatı Nana cəsarətli mövzular verirdi. Bir dəfə o, etiraf etdi ki, seksual motivli uğurlu fotosessiyalardan birinin səbəbi sırf səhər oyananda dünən gecə nə baş verdiyini xatırlamaq arzusu olub.
Pentacalia gelida
Pentacalia gelida (lat. Pentacalia gelida) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.
Poa gelida
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Silvia Paredes
Silvia Paredes (23 yanvar 1983) — Ekvadorlu marafonçu. Silvia Paredes Ekvadoru 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Silvia Paredes birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 1 saniyəyə qət edərək 157 marafonçu sırasında 95-ci yeri tutdu.
Silvia Toffano
Silvia Toffano (d. 5 yanvar 1985; Venesiya, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Silvia Toffano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Elizabet Qillis
Elizabet Qillis (ing. Elizabeth Gillies; 26 iyul 1993) — Amerikalı aktrisa və müğənni. == Bioqrafiya == Elizabet Egan Qillis ABŞ-ın Nyu-Cersi ştatının Hayvorth şəhərində anadan olub. Hayvorth Dövlət Liseyini bitirib. Onun 1996-cı il təvəllüdlü bir kiçik qardaşı var. Qillisin aktyorluq karyerası 12 yaşında yerli kastinq çağırışlarına getməklə başlayıb. Tez bir zamanda Virgin Mobile kimi şirkətlərin reklamlarında görünür. Elizabet Qillis ilk televiziya rolu The Black Donnellys'in üç epizodunda təkrarlanan bir personaj olur. Daha sonra Elizabet “The Stand” filmində Şelbi Ueksler adlı bir personajın rolunu oynayır. 2009-cu ildə Elizabet Viktoriya serialında Jade West rolunu oynamağa başlayır.
Yıldız Holding
Yıldız Holding — qida məhsullarının istehsalı ilə tanınan Türkiyə konqlomeratı. Şirkət digər istehlak məhsulları da istehsal edir və öz pərakəndə, özəl kapital və daşınmaz əmlak əməliyyatlarına malikdir. "Yıldız Holding" 2017-ci ildə bütün müəssisələr üzrə 42,3 milyard TL gəlir əldə edərək CEEMEA regionunda ən böyük qida istehsalçıları arasındadır. Şirkətin 56,000 işçisi var və 80 fabriki var (bunlardan 25-i Türkiyədən kənarda yerləşir). "Yıldız Holding"in 130-dan çox ölkədə 320-dən çox brendi var. "Yıldız Holding"in əsas diqqətini peçenye, tort və qənnadı məmulatlarına yönəldir. Şirkət gəlirinə görə şirin peçenye kateqoriyasında dünyada ikinci, şokolad kateqoriyasında isə yeddinci yerdədir.
Klaudiya Qoldin
Giardia (bitki)
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.