Kildin adası

Kildin adasıBarens dənizində, Murmansk sahilindən 1.5 km aralıda yerləşən ada. Materikdən Kildinski boğazı ilə ayrılır.

Kildin adası
rus. Кильдин
Ümumi məlumatlar
Uzunluğu
  • 18 km
Eni 7 km
Əhalisi 10 nəfər (2010-cu il)
Yerləşməsi
69°20′45″ şm. e. 34°10′50″ ş. u.HGYO
Ölkə  Rusiya
Vilayət
Akvatoriya
Kildin adası xəritədə
Kildin adası
Kildin adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kildinski mayakı

Adanın uzunluğu 17,6 km, eni 7 km təşkil edir. Səthi təpəliklərdən ibatrət olan bir platodur. Maksimal hündürlüyü 281 metrdir. Ərazisi qumdaşı və şistdən təşkil olunmuşdur. Şimal və qərbində sıldırımlar, cənub və şərqində isə geniş terraslar vardır[1]. Adanın səthi tundra bitkiləri ilə örtülmüşdür.

Adada iki yaşayış məntəqəsi vardır — Şərqi Kildin və Qərbi Kildin[2].

Adada yerləşən Moqilnoe gölü özünün unikallığı ilə seçilir. Burada həm göl həm də dəniz canlıları yaşayır. Bu göldə adanın endemiki olan Kildin treskası yayılmışdır.

Moqilnoe gölü
  1. "Topoqrafik xəritə". 2019-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  2. "Справочник административно-территориального устройства Мурманской области на 1 октября 2017 года" (PDF). Правительство Мурманской области. 2018-01-14 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.