Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlavnıy adası
Qlavnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 6,6 km şimal-qərbdə yerləşir. Qlavnıy adasından şərqdə Kolokol adası və Krayniy adası (müvafiq olaraq 0,5 vvə 1 km) yerləşir. Adalar arasında qumlu say yerləşir. Qərbində, 1,4 km aralıda Raket adası yerləşir. == Təsviri == Uzunluğu 1,8 kilometr, eni isə 700 metr təşkil edir. Qrupun ən iri adasıdır. Bu isə adanın bu cür adlanmasına səbəb olmuşdur. Adanın sahilləri hamardır.
Əl-Qaviy
Əl-Qavi, Əl-Qaviy (ər. القويّ) — Allahın adlarından biri.
Gravity
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Gavia
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. == Karyerası == Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qladio əməliyyatı
"Qladio" əməliyyatı (it. Operazione Gladio) — İkinci Dünya Müharibəsindən sonra kommunistləri nüfuzdan salmaq və güc strukturlarından sıxışdırmaq üçün NATO-nun gizli əməliyyatının adıdır. Bunun üçün yollardan biri Varşava müqaviləsi ölkələrinin İtaliya və digər Qərbi Avropa ölkələrinə soxulacağı təqdirdə müqavimət göstərmək, təxribat və partizan müharibəsi aparmaq üçün nəzərdə tutulmuş “arxada qalanlar” (ing. stay-behind) adlı hərbiləşdirilmiş təşkilatlar şəbəkəsinin yaradılması idi. Qladio termini İtaliyada yaradılmış təşkilatlara aid edilsə də, bu ad çox vaxt qeyri-rəsmi olaraq Qərbi Avropada onun çərçivəsində yaradılmış bütün təşkilatlar üçün istifadə olunurdu. Qısa Roma qılıncı (lat. gladius) İtaliya təşkilatının simvolu, xarabaçıl isə beynəlxalq simvol idi. MKİ-nin keçmiş direktoru Vilyam Kolbi əməliyyatı “böyük proqram” adlandırıb. Qladio əməliyyatının mövcudluğu bu əməliyyatda iştirak edən ölkələrin hökumətləri tərəfindən rəsmən tanınıb. Eyni zamanda, Amerika hökuməti terrorizmin təşkili ittihamlarını rədd edir.
Qladis Tejeda
Qladis Tejeda (30 sentyabr 1985, Jauja, Peru) — Perulu marafonçu. Qladis Tejeda Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qladis Tejeda birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 37 dəqiqə 2 saniyəyə qət edərək 118 marafonçu sırasında 43-cü yeri tutdu. Qladis Tejeda növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 29 dəqiqə 55 saniyəyə qət edərək 15-ci yeri tutdu.
Silurus glanis
Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi. == Yayılması == Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır. == Morfoloji əlamətləri == Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır.
Slavoy Jijek
Slavoy Jijek (sloven. Slavoj Žižek; 21 mart 1949[…], Lyüblyana) — Sloveniya filosofu, marksisti, mədəniyyət tənqidçisi. İlk dəfə bir ictimai nəzəriyyəçi kimi 1989-cu ildə, ilk ingiliscə kitabı olan "İdeologiyanın əzəmətli obyekti" kitabı sayəsində məşhur olmuşdur. O, bu kitabında ideologiyanın marksizm tərəfindən verilən izahını saxta şüur olduğunu irəli sürmüş və ideologiyanı reallığı formalaşdıran şüursuz fantaziya kimi təqdim etmişdir. Jijek özünü neoliberalizm tənqidçisi hesab edir.Qeyri-ənənəvi tərzi sayəsində məşhur olmuş, bəzən də "Fəlsəfənin Elvisi" adlandırılmışdır. == Həyatı == === İlk illəri === 1949-cu ildə Lyublyanada iqtisadçı ailəsində anadan olmuşdur. Valideynlərinin hər ikisi ateist idi.1967-ci ildə Lyublyana Universitetinə daxil olmuş, fəlsəfə və sosiologiya oxumuş, Paris 8 Universitetində psixoanalitika təhsili almışdır. Üç dəfə evlənmiş, ilk dəfə başqa bir sloven filosof olan Renata Salekl ilə , ikinci dəfə model olan Analia Huni , 2013-cü ildə isə Yela Kreçiç ilə evlənmişdir. Slovencə, ingiliscə, serbcə, xorvatca, fransız və almanca səlis danışır. === Siyasi fəaliyyəti === 1980-ci illərdə Mladina qəzetində yazmağa başlamış, İosip Broz Tito rejimini tənqid etmişdi.
Flaviya Domisilla
Flaviya Domisilla (lat. Flavia Domitilla; bilinmir, Roma – ən tezi 95, bilinmir) — Roma zadəgan qadını. == Həyatı == Flaviya Domisilla Flavilər sülaləsindən idi. O, imperator Vespasianın nəvəsi, imperator Tit və Domisianın qardaşı qızı idi. Domisilla atası Tit Flavi ​​Sabinin vasitəsilə öz əmisioğlu konsul Tit Flavi ​​Klement ilə evlənmişdir. Tit Flavi Klementə "tanrısızlıq" ittihamı altında 95-ci ildə ölüm hökmü verilmiş, özü isə 96-cı ildə Pandateriya adasına sürgün edilmişdir. Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir. Svetoni sürgündən ümumiyyətlə bəhs etmir. Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.
Yuliya Flaviya
Yuliya Flaviya (lat. Iulia Flavia) — Flavilər sülaləsinin nümayəndəsi. İmperator Tit və Marsiya Furnillanın qızı olmuşdur. Onun doğulmasından az sonra valideynləri boşanmışdılar. 79-cu ildə Yuliyanın atası imperator olmuşdur. Tit Yulianı qardaşı Domisianla evləndirmək niyyətində idi, lakin o, bundan imtina etmişdir. O, 81-ci ildə növbəti il konsul olan, Tit Flavi Klementin qardaşı Tit Flavi ​​Sabin ilə evlənmişdir. 82-ci ildə Yuliyanın əri edam edilmişdir. Bundan sonra o, artıq imperator olan Domisianın məşuqəsi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Anthony A. Barrett (Hrsg.): Lives of the Caesars.
Slavik Kriklivı
Vyaçeslav (Slavik) Leonidoviç Kriklivı (ukr. В'ячеслав Леонідович (Славік) Крикливий; 1 iyul 1976, Zaporojya) — Ukrayna bal rəqqası, peşəkarlar arasında dünya çempionatının qalibi. == Həyatı == Vyaçeslav Leonidoviç Kriklivı 1 iyul 1976-cı il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Zaporojya şəhərində həkim ailəsində anadan olmuşdur. O, beş il üzgüçülük ilə məşğul olmuşdur. Kriklivı 1987-ci ilin payızında ailəsi ilə birlikdə Melitopol şəhərinə köçmüşdür. O, burada Latın Amerikası rəqs proqramını öyrənməyə başlamışdır. Kriklivı 1990-cı illərdə Kiyevə köçmüş və burada çıxış etmişdir.Vyaçeslav Kriklivı 1998-ci ilin martında Ukrayna çempionu olmuşdur. O, bir həftə sonra Belçika çempionu Coanna Lünis ilə cütləşmişdir. Dünya Rəqs İdmanı Federasiyasının məlumatına görə, Kriklivı 1999-cu ildə Lünis ilə birlikdə Dünya Çempionatının gümüş medalını, bir il sonra həvəskarlar arasında Dünya və Avropa Çempionatının qızıl medalını qazanmışdır. O, "Slavik" adı ilə tanınır.Vyaçeslav Kriklivı Coanna Lünis ilə ayrıldıqdan sonra Nyu-Yorka köçmüşdür.
Slavik Alxasov
Slavik Alxasov (tam adı: Slavik Həsrət oğlu Alxasov, ) — azərbaycanlı futbolçu, Zirə klubunun müdafiəçisi. == Həyatı == Slavik Alxasov 1993-cü il fevralın 6-da Azərbaycanın Qusar şəhərində anadan olub. Slavik, 8 yaşından etibarən futbol oynamağa başlayıb. 2008-2010-cu illərdə Bakıda Respublika Olimpiya İdman Liseyində futbolun əsasları üzrə təhsil alıb. === Klub karyerası === Slavik Alxasov Neftçi futbol klubunun yetirməsidir. 2009-2011-ci illərdə Bakı FK-nın heyətində çıxış edib. Buradan 2011-ci ilin yanvarında icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun Abşeron FK komandasına keçib. Lakin yeni klubda debütü uğursuz oldu. Zədələnən futbolçu 3 ay yaşıl meydanlardan kənarda qaldı. İki ay sonra isə komanda maddi sıxıntıya görə dağıldı.
Avril Lavin
Avril Lavin (ing. Avril Lavigne; 27 sentyabr 1984[…]) — kanadalı məşhur müğənni, musiqiçi, bəstəkar, aktrisa və model. Onun ailəsi franko-kanada mənşəlidir. Adı isə fransızcadan tərcümədə Avril-aprel və la vigne-üzüm deməkdir. Rok və pop janrlarında ifa edir. Müğənnilik fəaliyyətinə 2002-ci ildən başlayan Avril Sum 41, The Black List Club, Avril Lavigne kollektivlərində çıxış edib. == İlk illər == Avril Belvill şəhərində katolik təriqətli Con və Cudi Lavinin ailəsində dünyaya göz açıb. 5 yaşından Napanee şəhərində böyüyən Avril orada kilsə xorunda oxuyub, həmçinin gitarada çalmağı öyrənib. Sonralar kantri stilində mahnılar ifa etməyə başlayıb. 16 yaşında olarkən Avrili görən Arista Records kompaniyasının üzvü Ken Kronqardöz bossu Antonio Reid-ə Avrili Nyu-Yorkdakı studiyada dinləməyi məsləhət görür.
Flavi Aetsi
Flavi Aetsi (ing. Flavius Aetius; 390-cı illər, Silistra[d] – 21 sentyabr 454, Ravenna) — Qərbi Roma imperiyası sərkərdəsi. 451-ci ildə romalılar və müttəfiqləri (barbar tayfaları) Aetsinin rəhbərliyi ilə Katalaun çöllərində Attilanın başçılığında olan hunları məğlub etmişdir. Aetsinin nüfuzunun artmasından qorxan imperator III Valentinian onu öldürmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Cameron, Averil. The Later Roman Empire. Harvard University Press, 2007. ISBN 0-674-51194-8. Cameron, Averil. The Cambridge Ancient History: The Late Empire.
Gavia adamsii
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia arctica
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia immer
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia lumme
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia pacifica
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gavia stellata
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.