Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lazur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. == Tarixi == Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib.1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur. 2013-cü ilin mart ayında kəmərin başqa bir hissəsi dənizə çökür.
Alaqur
Alaqur Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. == Toponimkası == Alaqur- Tiflis quberniyasının Axalsix qəzasında qışlaq adı. Hunlarda və bolqarlarda "Oqur(Uqur)" tayfa adından və "el" sözündəndir. Əsli "El oqur", yəni "Oqur eli (tayfası)". Azərbaycanda Oğrukənd (Salyan rayonu, indi Təzəkənd) adı ilə eynidir.
Qlazqo
Qlazqo (ing. Glasgow [ˈɡlɑːzɡoʊ], ş.german Glesga, şot.kelt Glaschu [ˈkɫ̪as̪xu]) — Şotlandiyanın ən böyük şəhəri və əhalisinin sayına görə Böyük Britaniyada (London, Birminhem və Lidsdən sonra) dördüncü ən böyük şəhər. Şəhər Qlazqo regionunun inzibati mərkəzidir. Qlazqo Böyük Britaniyanın şimal-qərb hissəsində yerləşir və Klayd çayının qərb sahilləri boyu uzanır. VI əsrin ortalarında qurulan Qlazqo, orta əsrlərdə Şotlandiyanın ən əhəmiyyətli dini və təhsil mərkəzlərindən biri hesab edilirdi. XVIII əsrin sənaye inqilabı Qlazqonu Böyük Britaniyada ən böyük sənaye mərkəzlərindən (xüsusilə gəmiqayırma sahəsində) birinə çevirdi, və növbəti əsrdə şəhərin çiçəklənən iqtisadiyyatı Qlazqonu İmperiyanın ikinci şəhərinə çevirmişdi. Çoxlu sayda parkları, xiyabanları, saray və qədim kilsələri bu şəhərə xüsusi gözəllik verir. Qlazqo, tarixi abidələri və heyrətamiz memarlıq inciləri ilə Avropanın mədəniyyət paytaxtı titulunu daşıyır. == Tarix == === Etimologiya === Romalılar Britaniyanı fəth edən dövrdə, Qlazqo olan qəsəbə Kethyurs (ing. Cathures) adlanırdı.
Qravür
Qravür (fr. gravure alm. graben‎dən — qazmaq, kəsmək fr. graver) — çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyirlər. Daş üzərində həkk olunmuş qravürə litoqrafiya (yun. lito — “daş”), ağac üzərindəkilərə isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənir. == Metalları qravür vasitəsi == Bir kəsici olaraq istifadə olunanlar: ştihel, bor (frez), puanson (dırnağa bənzər alət, müxtəlif ölçülü və dərinlikdəki nöqtələrdən kəsikli bir xətt ilə oyma zamanı istifadə olunur).
Gazir
Gazir (fars. گازير‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (38 ailə).
Lavur
Lavur (fr. Lavours) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01208. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 148 nəfər təşkil edirdi.
Lazer
Lazer – (ing. LASER – "Light Amplification by Stimulated Emission of Radiation" – "Məcburi şüalanma ilə işığın gücləndirilməsi"). Bu söz 1957-ci ildə Qordon Quld (Gordon Gould ) tərəfindən istifadəyə daxil edilmişdir. Fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə koherent işıq axınının alınmasından ibarətdir. Lazer şüaları sabit amplitudalı fasiləsiz və ya olduqca böyük gücə sahib olan impuls xarakterli ola bilər. Bir çox konstruksiyalarda lazer qurğusunun elementləri başqa mənbədən yayılan şüaları optik gücləndirmə vasitəsi kimi istifadə edilir. Gücləndirilmiş siqnal dalğa uzunluğuna (tezliyinə), fazasına və polyarizasiyasına görə ilkin siqnalla üst-üstə düşür. Bu rabitə qurğuları üçün çox vacibdir. Adi işıq mənbələri, məsələn, közərmə lampası işığı müxtəlif istiqamətlərdə, böyük dalğa diapazonunda səpələyir. Onların çoxu koherent deyillər və bundan əlavə qeyri-lazer mənbələrdən buraxılan işıq şüaları dəqiq polyarizasiyaya da malik deyil.
Aleksandr Qlezer
Aleksandr Qlezer (10 mart 1934, Bakı – 4 iyun 2016, Paris) — tanınmış yazıçı və kolleksiyaçı. == Həyatı == Aleksandr Qlezer 1934-cü ilin martında Bakıda anadan olmuşdur. Uzun müddət Ufada yaşamışdır. Moskva Neft İnstitutunun məzunudur. 1961-ci ildən ədəbiyyatla maraqlanmağa başlamış və gürcü şairlərinin 7 kitabını tərcümə etmişdir. Müasir rəsm əsərləri ilə fəal şəkildə maraqlanmış və onları toplamaqla məşğul olmuşdur. 1970-ci illərdə SSRİ-dən deportasiya edilmişdir. Sürgündən sonra şair Fransaya köçmüş və görkəmli kolleksiyasının yalnız bir hissəsini – 500 rəsmdən 80 ədədini oraya apara bilmişdir. Sonradan o, ABŞ-nin Nyu-Cersi ştatına köçüb. 2016-cı il iyunun 3-dən 4-nə keçən gecə Fransanın paytaxtı Parisdə 82 yaşında vəfat etmişdir.
Andropogon glaber
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Daucus glaber
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Elephantopus glaber
Pseudelephantopus (lat. Pseudelephantopus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Pseudelephantopus spicatus (B.Juss. ex Aubl.) Rohr ex C.F.Baker == Sinonim == Cins Növ Ageratum dubium Blanco Ageratum quadriflorum Blanco Distreptus spicatus (B.Juss. ex Aubl.) Cass.
Eli Qlader
Eli Qlader - tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.
Geropogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Geropogon hybridus (L.) Sch.Bip.SinonimTragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Glamour (jurnal)
Glamour — aylıq qadınlar üçün moda jurnalı. Birinci nömrəsi 1939-cu ildə ABŞ-də təsis edilmişdi. Jurnal əvvəlcə «Glamour of Hollywood» — Hollivud qlamuru. == Tarixi == ABŞ-də jurnalın oxuyucuların sayı 2,4 mln. nəfərdir. Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Almaniya, İspaniya, Rusiya, Yunanıstan, Niderland, Polşa, Macarıstan və Rumıniyada çap edilir. Jurnalın auditoriyası - 19-43 yaşlı qadınlar. Britaniyalı «Glamour» hər il «National Glamour Week» adlı festival keçirir. Cib formatlı Glamour jurnalı 1998-ci ildə İtaliyada icad edilib. == ABŞ redaktorları == Alice Thompson (1939–1941) Elizabeth Penrose (1941–1953) Nina Kyle (1953–1954) Kathleen Aston Casey (1954–1967) Ruth Whitney (1967–1998) Bonnie Fuller (1998–2001) Cynthia Leive (2001–indiyə gədər) == Jurnalın üz qabığı == Glamour jurnalının üz qabığında Kira Naytli, Qvinet Peltrou, Milla Yovoviç, Skarlet Yohansson, Keyt Bekinseyl, Cennifer Lopez, Naomi Uotts,Kayli Minouq, Eva Lonqoria, Fergie, Keyt Hadson, Sara Cessika Parker, Cessika Simpson, Qven Stefani,Kirsten Danst, Penelopa Kruz, Odri Totu, Natali Portman, Keyt Blanşett, Rene Zellveger,Nikol Kidman, Şarliz Teron, Lindsi Lohan, Mena Suvari, Keyt Uinslet, Liv Tayler, Drü Berrimor, Tatyana Sorokko, Kristina Agilera, Sienna Miller, Ancelina Coli və Enn Hetey, rusiyalı ulduzlar - (Alsu, Tina Kandelaki, Çulpan Xamatova, Alina Kabayeva, Mariya Şarapova, Yelena Dementyeva, Nataliya Vodyanova, Yelena Korikova, İngeborqa Dapkunayte, Anastasiya Zavorotnyuk, Kseniya Sobçak və Oksana Akinşina).
Lotus glaber
Lotus glaber (lat. Lotus glaber) — paxlakimilər fəsiləsinin lotus cinsinə aid bitki növü.
Qlazqo (Montana)
Qlazqo — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər. == Demoqrafiya == 2020-ci il aprelin 1-də aparılan siyahıyaalmaya əsasən əhalisi 3202 nəfər təşkil edir.
Qlazqo Universiteti
Qlazqo Universiteti (ing. University of Glasgow) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.Əsası Şotland kralı II. Ceymsin müraciətindən sonra, 1451-ci ildə Papa V. Nikolayın Qlazqoda bir universitet qurulması üçün verdiyi rəsmi razılıq ilə qoyulmuşdur. Beləliklə, Qlazqo Universiteti Şotlandiya krallığında qurulmuş ikinci, Britaniya İmperiyasının isə hüdudları daxilində fəaliyyətə başlayan dördüncü ən qədim ali təhsil müəssisəsi olmuşdur. Universitet tarixən Şotlandiya maarifçiliyinin intellektual potensialını təmin edən əsas institutlardan biri kimi ön plana çıxmışdır. Hazırda, 9 institut və 4 kollec başda olmaqla, ümumən 3 kampusda yerləşən 33 elmi vahiddə dünyanın 140 ölkəsindən bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 30.805 tələbəsi vardır. Ümumi büdcəsi 1 milyard ABŞ dollarını aşan Qlazqo Universiteti, Böyük Britaniya iqtisadiyyatına 4.4 milyard funt sterlinq həcmində töhfə verir.Qlazqo Universiteti Times Higher Education jurnalı tərəfindən müxtəlif göstəricilər üzrə 2020-ci ilin ən mütərəqqi ali təhsil ocağı seçilmiş, 2022-ci ildə isə yaratdığı elmi təsirə görə dünyanın ilk 20 universiteti arasında göstərilmişdir. The Times qəzetinin sıralamasına görə isə Şotlandiya üzrə 2022-ci ilin universiteti seçilmişdir. Mütəmadi olaraq dünyanın ən nüfuzlu 100 universiteti arasında olan Qlazqo Universiteti, CWTS Leiden Ranking-in 2020-ci il sıralamasına görə qlobal miqyasda 53-cü yerdə, QS World University Rankings-in eyni il üçün təqdim etdiyi dünya sıralamasında isə 60-cı yerdə qərarlaşmışdır. Bundan əlavə, Böyük Britaniya üzrə milli ali təhsil müəssisələri reytinqində ilk onluqda yerləşir.Qlazqo Universiteti Böyük Britaniyadakı ən nüfuzlu və aparıcı tədqiqat universitetlərinin təmərküzləşdiyi Rassell qrupunun, o cümlədən qabaqcıl universitetlərin beynəlxalq elmi-tədqiqat assosiasiyası olan Universitas 21-in qurucu üzvüdür. Universitet nəzdnindəki tədqiqat prosesi "Tədqiqat Mükəmməlliyi Çərçivəsi"nin müəyyənləşdirdiyi xüsusi standartlara əsasən təşkil olunur və aparılan tədqiqatların 81%-i "Dünya miqyaslı" kateqoriyasında səciyyələndirilir.
Qlazqo kafedralı
Qlazqo kafedralı (ing. Glasgow Cathedral), bəzən Hay Kirk of Qlazqo (ing. High Kirk of Glasgow), Sent Kentigerns (ing. St Kentigern's) və ya Sent Manqo Kafedralı (ing. St Mungo's Cathedral) – Şotlandiyanın Qlazqo şəhərinin şərq hissəsində yerləşir. == Tarixi == 1136-ci ildə, kral I Devidin iştirakı ilə Sent Manqo Kafedralının yerində kafedral inşa olunmuşdu. Yanğın sonrası kafedral yenidən tikilmişdir və 1197-ci ildə təqdis edilmiş, və növbəti iki əsrlərdə təmir olunmuşdu.
Qlazqo metropoliteni
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Qlazqo metrosu
Qlazqo metropoliteni (ing. Glasgow Subway) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən dünyanın ən köhnə metrolarından biridir. 1896-cı ildən fəaliyyət göstərən və tək xəttdən ibarət olan Qlazqo metropoliteni (London və Budapeştdən sonra) dünyanın üçüncü ən qədim metrosu sayılır. İlk dəfə metro xətti 1970-ci ildə, sonuncu dəfə isə 2011-ci ildə tamamilə modernləşdirilmişdir. Hər il Qlazqo metrosunu 13 milyon insan işlədir. Metro yerli sakinlər tərəfindən "Qurulan portağal" (ing. The Clockwork Orange) kimi tanınır.
Rubus glaber
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Senecio glaber
Senecio glaber (lat. Senecio glaber) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Tragopogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Geropogon hybridus (L.) Sch.Bip.SinonimTragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Qlazqo (dəqiqləşdirmə)
Qlazqo — Qlazqo (Montana) — Amerika Birləşmiş Ştatlarının Montana ştatının Valley qraflığında şəhər.
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.