Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Clupea
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Qlüten
Qlüten — suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksindən ibarətdir. Bu zülallar demək olar ki, bütün taxıl bitkilərinin dənlərində, xüsusən də buğdada miqdarca daha çoxdur. Ona görə keyfiyyətli çörək istehsalı üçün buğda unu əsas xammaldır. ABŞ, Türkiyə, İngiltərə, Fransa, İtaliya və başqa avropa dövlətlərində "qlüten" terminindən, Almaniyada "kleber" terminindən, Rusiyada və onunla qonşu olan respublikalarda "kleykovina" terminindən istifadə edilir. Suda həll olmayan buğda zülallarını ilk dəfə 1728-ci ildə italyan alimi Yakopo Bartolomeo Bekkari ayırmışdır. Qlüteni yaş və quru qlütenə ayırd edirlər. Yaş qlüteni xəmiri su ilə yumaqla, quru qlüteni isə yaş qlüteni qurutmaqla alırlar. Müəyyən miqdar buğda unu və sudan hazırlanan xəmirdən su ilə yuyularaq alınmış yaş qlüten hidratlaşmış hel şəklində olur. Qlütenin kimyəvi tərkibi (quru maddəyə görə %-lə) belədir: zülallar 75–99, nişasta 0,01–2,4, şəkərlər 1,2–2,1, lipidlər 0,7–8,0, mineral maddələr 0,5–2,0. Yaş qlütendə quru maddələrin kütləsinə görə 150-dən 250%-ə qədər su olur.
Lünet
Lünet — qeyri-sərt valların metalkəsən dəzgahlarda emal zamanı kəsmə qüvvəsinin təsiri altında və məxsusi ağırlıqdan yaranacaq elastiki yerdəyişmələri azaltmaq, hissənin titrəməyə qarşı davamlığını artırmaq məqsədilə tətbiq edilən dəzgah komponentidir. Lünet tərpənməz olaraq dəzgahın gövdəsinə bərkidilir və ya da hərəkətli olaraq supportla birlikdə emal zamanı hərəkət etdirilir.
Lüğət
Lüğət ya da sözlük — bəlli üslubla düzülən, anlamı ya da tərcüməsi verilən və deyilişi göstərilən sözlərin toplusudur. Çağdaş sözlüklər daha çox əlifba sırası ilə düzülür. Sözlüklər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz qarşılığını tapır və elmin normativ vəziyyətini əks edən qaynağa çevrilir. == Tarixçəsi == Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar. Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır.
Lupen
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Arsen Lupen

Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Poliqlot (elektron lüğət)
"Poliqlot elektron lüğəti" — bu sistemə Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Azərbaycan-Rus, Rus-Azərbaycan lüğətləri və ingilis, alman, fransız dillərindən Azərbaycan dilinə və Azərbaycan dilindən fransız dilinə məktəb proqramı çərçivəsində tərcümələr etmək üçün nəzərdə tutulan lüğətlər daxil edilmişdir. Poliqlotun yeni 1.1 versiyasında dəstəklənən lüğətlər siyahısına 20000-ə yaxın sözdən ibarət Azərbaycan və Rus lüğəti əlavə olunmuşdur.
Qupt İmperiyası
Qupta imperiyası — Təqribən 320–570-ci illərinə qədər Hindistanda mövcud olmuş imperiya. Ərazisi indiki Şimali və Mərkəzi Hindistan, Pakistan və Banqladeşin bəzi torpaqlarını əhatə edirdi. Qupta imperiyası dövrü Hindistanın qızıl çağı adlandırılır. Qupta soyadı 4–5 əsrlərdə Şimali Hindistanın böyük hissəsinə hakim olan imperiya ailəsi ilə Hindistan tarixində həkk edilmişdir. Lakin, Qupta adının bi ailə və ya klan adı olaraq çox qədim tarixə gedir. Buna ən məşhur nümunə Mauriya İmperiyası qurucusu Çandraqupta Mauriya və Aşokanı Buddizmə çevirən keşiş Upaqupta, sonrakı dövrlərdə isə Satavahana zamanında Pariqupta, Sivaqupta, Sivaskandaqupta kimi bəzi məmur adlarıdır. Prakrit dilindəki Qotiputa, Sanskritdəki Gautiputranın qarşılığıdır. Gotiputa Qupta ailəsinə məxsus bir qadının oğludur. Qotiputa adı imperiyadan əvvəl qayalardakı yazılarda azı 12 dəfə yazılmışdır. Bu yazıların analizi, Quptaların, Şimali Hindistanın və Dəkkən yaylasının müxtəlif bölgələrinə aid olduqlarını və fərqli peşələrlə (çatmış, keşiş, döyüşçü, yazar, zərgər və s.) məşğul olduqlarını göstərir.
Arsen Lupen: Centlmen oğru
Arsen Lupen: Centlmen oğru (fr. Arsène Lupin, gentleman-cambrioleur) — Moris Lebank tərəfindən yazılmış Arsen Lupenin sərgüzəştlərindən bəhs edən kitab seriyasının birinci kitabı. Kitab ilk dəfə 10 iyun 1907-ci ildə nəşr olunmuşdur. == Hissələr == "Arsen Lupenin həbs olunması" ("L'Arrestation d'Arsène Lupin" 15 iyul 1905) — Amerikaya gedən gəminin sərnişinlərinin içində Arsen Lupenin də olduğu xəbəri yayılır. Göndərilən xəbərlə Lupenin sarışın və adının baş hərifinin "R" olduğu bilinir. Xəfiyyə Qanimard limanda gəminin gəlişini gözləyir. Beləcə gəmi limana çatanda Lupen tutulur. "Arsen Lupen həbsxanada" ("Arsène Lupin en prison" 15 dekabr 1905) — Qanimard Lupeni ziyarətə gəlir. Lupen tutulmasının səbəbi olaraq diqqətinin limanda gördüyü qadına yayındığını deyir. O, deyir ki, qadını sevməsəydi onu tutmaq mümkün olmayacaqdı.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət