GİC

чудак, идиот, балда, блажной, глупый, глупец, олух, кретин
GƏZMƏK
GİC-GİC
OBASTAN VİKİ
Adi gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Əsas məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Dalamaz gicitkan
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Gicanoba
Gicanoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Quxuroba kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Gicanoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 142 nəfər əhali yaşayır.
Gicduvan
Gicduvan (özb. Gʻijduvon) — Özbəkistanın Buxara vilayətində şəhər. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Gicduvanda 44.289 nəfər yaşamaqda imiş. === Milli tərkibi === Gicduvanda yerli Özbəklər üstünlük təşkil etsə də burada az sayda Taciklər və Ruslar da yaşayır. == İqtisadiyyat == Gicduvan, Özbəkistanın Zərəfşan çayı çökəkliyi ilə Şimali kanalı arasında suvarılan pambıq əkin yerlərində yerləşir. Qəsəbədə bölgədəki əkinçilər tərəfindən yetişdirilən pambığı ixraca hazırlayan pambıq emalı zavodu var. Özbəkistan iqtisadiyyatında pambığın önəmi 1991-ci ildə müstəqillik qazandıqdan bəri davamlı olaraq azalmaqdadır, buna görə Gicduvan və bölgə iqtisadiyyatını şaxələndirir və kənd təsərrüfatı pambıqçılıqdan uzaqlaşaraq, tərəvəz və meyvə əkinçiliyinə çevrilir. İqtisadiyyatın nəqliyyat kimi bəzi sahələri də artmaqdadır. M34 magistral yolu Gicduvanı Buxara, Səmərqənd və Daşkəndi daxil olmaqla ölkənin ayrı bölgələrinə birləşdirir. Tarixən Gicduvan başqa böyük ticarət mərkəzlərinə səyahət edən və yerli bazara müxtəlif mallar gətirən çalışqan tacirləri ilə tanınırdı.
Gicduvan döyüşü
Gicduvan döyüşü — Səfəvi-Şeybani müharibələri çərçivəsində Mavəraünnəhr Şeybaniləri ilə qızılbaşlar arasında 12 noyabr 1512-ci ildə Gicduvan şəhəri yaxınlığında baş vermiş döyüş. Şeybani ordusunun komandanı Ubaydulla xan, Səfəvi qoşunlarının komandanı Bəlx valisi Nəcmi Sani bəy təyin olunmuşdu. Şeybanilərin qələbəsi ilə yekunlaşan döyüşdə Səfəvi ordusu komandanı Nəcmi Sani bəy döyüşdə həlak olmuşdu. == Döyüşün gedişi == Babur Kül Mələk döyüşündə məğlub olduqdan sonra sələfi Səfəvi hökmdarı Şah İsmayılın Bəlxdə xidmət edən komandiri Biram xan Karamanlıdan kömək istədi. Biramın dəstəsinin əlavə dəstəyi ilə, özbəklər sonda Hissar ölkəsindən çəkildi. Bu qələbədən sonra və Kül Mələkdəki məğlubiyyətinə cavab olaraq Babur I Şah İsmayılın şəxsən Mavəraünnəhr (Transoksiana) özbəklərini məğlub etmək üçün istifadə edə biləcəyi əlavə bir qüvvə istəməsi üçün ziyarət etdi. Şah buna görə Xorasının idarəsini vəkili Nəcmi Sani bəyə həvalə etdi. İsmayıl, əvvəllər sahibi olduğu hökmranlıqların bərpasında Babura kömək göstərilməsi üçün təlimat verdi. Bəlxə çatdıqda Nəcm Sanibəy şəxsən Herat valisini, Xorasan əmirlərini və Bəlx xanı Biramı da götürərək Mavəraünnəhrə getməyə qərar verdi. Səfər əsnasında Nəcm Amudəryanı keçdi və tezliklə Baburla birləşərək, 60.000 nəfərlik güclü ordu yaratdı.
Gicgah epilepsiyası
Gicgah epilepsiyası — epilepsiyanın bütün parsial formaları arasında ən tez-tez (80-85%) rast gəlinir. Simptomatik və kriptogen gicgah epilepsiyaları ayırd edilir. Simptomatik gicgah epilepsiyasına medial (mezial) sklerozla gedən formalar, həmçinin əmələ gəlməsi şişlər, damar patologiyası (malformasiyalar), kortikal displaziya ilə əlaqələndirilən formalar aid edilir. Birincili epilepsiya ocağının baş beyində lokalizasiyasından asılı olaraq gicgah epilepsiyasının mediotemporal (paleo-kortikal) və neokortikal alttipləri fərqləndirilir. Onların klinik mənzərəsində prinsipial fərqlər mövcuddur. Medial gicgah epilepsiyası ən çox yayılmış parsial epilepsiyalara aiddir. Onun morfoloji substratını beynin hippokamp şöbələrinin neyroqliyanın mamırabənzər artmaları ilə gedən sklerozu (medial temporal skleroz, ammon buynuzu sklerozu) təşkil edir. Bu, sinir toxumasında sinxronizasiya və oyanıqlığın artmasına, son nəticədə isə spontan epileptik boşalmaların əmələ gəlməsinə gətirib çıxarır. Etioloji faktorlar arasında uşaq yaşlarında mürəkkəb febril tutmaların, həmçinin MSS xəstəliklərinin (o cümlədən infeksion və kəllə-beyin travması mənşəli) olması qeyd edilir. Xəstələrin bir hissəsində 2-5 yaşlarında baş verən, sonradan keçib gedən febril tutmalar müşahidə olunur.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Gicgah sümüyü
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
Gicitkan
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Gicitkanyarpaq minaçiçəyi
Gicitkənyarpaq minaçiçəyi (lat. Verbena urticifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü.
Gicitkən
Gicitkən (lat. Urtica) — gicitkənkimilər fəsiləsinə aid bitki cinsi. Növləri Azərbaycan ərazisində geniş yayılmışdır. == Ümumi məlumat == Hələ çox qədim dövlərdə insanlar gicitkənin müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar vermişlər. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb etmişdir. Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılmışdır. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılmışdır. Urtica — latınca "yandırmaq", "dalamaq" mənasını bildirir.
Gicitkənkimilər
Gicitkənkimilər (lat. Urticaceae) — gicitkənçiçəklilər sırasına aid bitki fəsiləsi.
Gicitkənçiçəklilər
Gicitkənçiçəklilər (lat. Urticales) — i̇kiləpəlilər sinfinə aid bitki sırası.
Gicəki dağ
Gicəki dağı — Azərbaycan Respublikasının Qobustan rayonunun ərazisində alçaqdağlıq tirə. Gicəki tirəsinin ən yüksək zirvəsi Gicəki dağıdır. (hünd.1047.) metrdir.
Gicəkiaxtarma
Ayazaxtarma və ya Gicəkiaxtarma — Azərbaycanda palçıq vulkanı. Şamaxı rayonu ərazisində, Qobustanda, Gicəki dağındadır. Nisbi hündürlüyü 45–50 metrdir. Brekçiyanın sahəsinə (3,100 hektar) və həcminə görə Ayazaxtarma Azərbaycanda ən iri palçıq vulkanlarındandır. == Haqqında == Ayazaxtarma palçıq vulkanı Çeyildağ qəsəbəsindən 24 km qərb-şimal-qərbdə yerləşən, uzunluğu 3 km və eni 2 km olan yüksəklik şəklindədir. Vulkanın şərq hissəsində oval krater sahəsi ayrılır. Vulkanın səthi kiçik dayaz dərələr, hünsürlüyü 2 m və eni 5-6 m olan ik krater bındli yastı düzənliyi təmsil edir. Vulkanın yüksəkliyi 50-60 m-dir. Palçıq vulkanı axımı qərb istiqamətində izlənilir. Vulkanın yamacları dik, çoxsaylı yarğanlarla kəsilmişdır.
İkievli gicitkan
İkievli gicitkən (lat. Urtica dioica) — gicitkən cinsinə aid bitki növü. Urtica dioica L. Hündürlüyü 130 sm-ə qədər, gövdəsi düzduran, yandırıcı tüklərlə örtülü, əsasən tüklər buğumlarda sıxdır, sürünən kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları yumurtaşəkilli-ürəkşəkilli və yaxud uzunsov-neştərvaridir, sivri, kənarları uc hissəyə doğru əyilmiş mişarvari dişlidir, üst tərəfdən daha tünd, səpələnmiş yandırıcı tüklərlə örtülmüşdür. Yalancı zoğları 12 mm-ə qədər olub, sərbəstdir, uzunsovdur. Çiçək qrupu qoltuqdadır, süpürgəvari, yarpaq saplağından çox uzundur, tüklərlə sıx örtülüdür. İkievli bitkidir. May May-Sentyabr Azərbaycanın bütün rayonlarında. Ovalıqdan yuxarı dağ qurşağına qədər. Yaşayış yerlərinə yaxın, hasarların dibində, meşə kənarında, kəsilmiş meşələrdə, bağlarda, kolluqlarda, dağlarda lava dağılan yerlər üçün xarakterdir.

Значение слова в других словарях