Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silurus glanis
Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi. Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır. Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır.
Blanet
Blanet qara dəliklərin orbitində fırlanan hipotetik ekzoplanetlər sinfinin üzvüdür. Blanetlər prinsipcə planetlərə oxşardırlar; onların öz cazibə qüvvələri tərəfindən dövrə vurdurula biləcək qədər kütlələri mövcuddur, lakin ulduzların orbitində fırlanan planetlər kimi termonüvə birləşməsinə başlatmaq üçün kifayət qədər kütlələri yoxdur. 2019-cu ildə astronomlar və ekzoplanetoloqlardan ibarət bir qrup superkütləvi qara dəliyin ətrafında və onun orbitində minlərlə blaneti saxlaya bilən təhlükəsiz zona olduğunu göstərdilər. == Etimologiyası == Yaponiyanın Kaqoşima Universitetindən Keiiçi Vadanın rəhbərlik etdiyi komanda bu adı qara dəlik planetlərinə verib. Söz qara dəlik və planetin portmantosudur. == Formasiya == Kifayət qədər böyük qara dəliyin orbitində fırlanan yığılma diskində blanetlərin əmələ gəldiyindən şübhələnirlər.
Elanus
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Juanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
Planet
Planet (yun. πλανήτες α') — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Qaneşa
Qaneşa (sanskr. गणेश) — hinduizmdə müdriklik və gözəl sənətlər tanrısı, elmlər hamisi. Dünyada Hindistan panteonunun ən çox pərəstiş edilən tanrılarından biri. Qaneşanı adətən insan bədəni və fil başı ilə siçovulun üstündə təsvir edirlər. Əsatirə görə Qaneşa Şiva və Parvatinin oğludur. Bəzi fərziyələrə görə Qaneşanın başını doğma atası Şiva qoparmış və yerinə yaxınlıqdakı fil balasının başını qoymuş. Digər əsatirə görə isə Şivanın başını onun ad gününə çağırılmamış Şani tanrısı (Saturnun təsviri) baxışı ilə külə döndərmiş. Brahma da Şivaya məsləhət görür ki, Qaneşanın başının yerinə qarşısına çıxan ilk heyvanın başını qoysun. Bu heyvan İndranın Ayravata adlı fili olur. Qaneşanın rəmzi daşı qırmızıdır.
Qlanost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Qlasse
Qlasse (fr. glacé — dondurulmuş, soyudulmuş) — dondurma əlavə edilmiş qəhvə əsaslı soyuq içki. Bir fincan üçün Dondurma (vanilli şokoladlı və ya kofeli) — 100 qr Şokolad şirəsi (sirop) — 2 xörək qaşığı Qaymaq (şirin və çalınmış)- 2 xörək qaşığı Monpası konfətləri (sümürulən şüşə konfet) 1 xörək qaşığı Kofeni dəmləyin ve soyudun. Azacıq soyudulmuş qaymağı çalın və şəkər kirşanı əlavə edin. Fujerlərə dondurma doldurun və uzərinə şokolad şirəsi(sirop) əlavə edin. Daha sonra ehtiyatla soyudulmuş kofe əlavə edin. Bundan sonra hər fujerin ustunə bir xörək qaşığı çalınmış qaymaq yerləşdirib üstünə monpası ovuntusu tökun.
Xuanes
Xuanes (isp. Juanes, tam adı Xuan Esteban Aristisabal Vaskes (isp. Juan Esteban Aristizábal Vásquez); 9 avqust 1972, Medelyin, Kolumbiya) — kolumbiyalı populyar musiqi ifaçısı. 1998-ci ilə qədərEkhymosis ağır rok komandasının heyətində çıxış edib.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Elanus axillaris
Elanus axillaris (lat. Elanus axillaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus caeruleus
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus forficatus
Elanoides forficatus (lat. Elanoides forficatus) — elanoides cinsinə aid quş növü.
Elanus leucurus
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus melanopterus
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elanus scriptus
Elanus scriptus (lat. Elanus scriptus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Elephantopus glaber
Pseudelephantopus (lat. Pseudelephantopus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Pseudelephantopus spicatus (B.Juss. ex Aubl.) Rohr ex C.F.Baker == Sinonim == Cins Növ Ageratum dubium Blanco Ageratum quadriflorum Blanco Distreptus spicatus (B.Juss. ex Aubl.) Cass.
Eli Qlader
Eli Qlader — tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.
Faeton (planet)
Faeton (və ya Phaetton, daha az Phaethon) — Mars və Yupiterin orbitləri arasında var olduğu fərz edilən hipotetik planetdir və təxribatı, yəqin ki, asteroid qurşağının meydana gəlməsinə səbəb olmuşdur. Xəyali planet, Yunan mifologiyasında günəş tanrısı Heliosun oğlu və atasının günəş avtomobilini dağıdıcı nəticələr doğuran bir günə aparmağa çalışan və nəticədə Zeus tərəfindən yox edilən Phaethon'dan seçildi. 3200 Phaethon, bəzən Phaeton'u səhv yazmış olan asteroid, qeyri-adi xüsusiyyətlərə sahib bir Mercury, Venera, Dünya və Mars orbit keçişi edən Apollon asteroididir. Titius-Bode qanununa görə Mars ilə Yupiter arasında bir planetin var olduğuna inanılırdı. Johann Elert Bode, Alman astronom və professor Johann Daniel Titius (1729–1796) tərəfindən edilən kəşflərin sonra beşinci planeti araşdırmaya çağırdı. Asteroid qurşağındakı asteroid ən böyüyü olan Ceres 1801-ci ildə İtalyan Giuseppe Piazzi tərəfindən təəccüblü bir şəkildə kəşf edildi və beşinci planetin təxmin etdiyi mövqeyə uyğun gəldiyi təsbit edilincə çoxu itkin planetə inandı. Bununla birlikdə, 1802-ci ildə astronomu Heinrich Wilhelm Matthäus Olbers, Ceres'le eyni ümumi orbitdəki başqa bir cisim kəşf etdi və adını Asteroid Pallas olaraq nəşr etdi. Olbers, bu yeni kəşflərin, daha əvvəl Güneş'i orbitdə buraxmış olan parçalanmış bir planetin parçacıqları olduğunu təklif etmişdi. Ayrıca, bu parçalardan daha çoxunun tapılacağını nəzərdə tutdu. Olbers tərəfindən Karl Lüdviq Harding və Vesta'nın meteorit Juno kəşfi, Olbers fərziyyəsini izlədi.
Geropogon glaber
Geropogon (lat. Geropogon) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Geropogon hybridus (L.) Sch.Bip. Sinonim Tragopogon hybridus L. Tragopogon glaber (L.) Hill Tragopogon glaber (L.) DC. Geropogon australe Spreng. Geropogon glabrum L. Geropogon hirsutum L. Geropogon hirsutus L. Geropogon australis Spreng.
Kiçik planet
Kiçik planet və ya Cırtdan planet (ing. Dwarf planet) — Beynəlxalq Astronomiya İttifaqı planetlər haqqında 24 avqust 2006-cı il tarixində etdiyi açıqlama nəticəsində yaradılan səma cisimləri üçün kateqoriya. Ancaq günəş sisteminə aid olub, planetlər kateqoriyası və kiçik günəş sistemi cisimləri kateqoriyasından fərqlənir.
Lonely Planet
Lonely Planet — (Azərbaycanca: Kimsəsiz Planet) Ermənistannın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.